Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-614/2020 08.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-336 F, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona, yəni Məhərrəmova (Rüstəmova) Vüsalə Rüstəm qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, o, yəni Məhərrəmova (Rüstəmova) Vüsalə Rüstəm qızı xx.xx.1967-ci ildə Qutqaşen (indiki Qəbələ) şəhərində anadan olmuşdur. 1994-cü ildə x8 ilə nikaha daxil olaraq ailə qurmuşdur və ərinin soyadı olan “Məhərrəmova” soyadını qəbul etmişdir. Qəbələ rayonu x6 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə ona Qəbələ rayonu ərazisindən 0,06 ha həyətyanı torpaq sahəsi verilmiş və bu baradə ona JN-336 F, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Sonradan JN-336 F, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dairŞəhadətnaməni itirmişdir. Bu barədə 13 avqust 2018-ci il tarixdə “Qəbələ” qəzetində elan dərc edilmiş, bundan sonra Qəbələ rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Qəbələ rayon Polis Şöbəsində bu barədə axtarış tədbirləri keçirilmiş, lakin 17 avqust 2018-ci il tarixədə itmiş sənəd barədə heç bir məlumat Qəbələ RPŞ-yə daxil olmamışdır. Bu məqsədlə Şəhadətnamənin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 9 saylı Ərazi İdarəsindən surətinin alınması və çıxarış almaq barədə müraciət etmişdir. Şəhadətnamədə sonradan ona məlum olmuşdur ki, onun yənix2 ata adı səhvən “Rümən” kimi yazılmışdır. Laki atasının ölüm haqqında Şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində, doğum və nikah haqqında şəhadətnamələrdə və digər sənədlərdə x3 qeyd edilmişdir. Hazırda ona məxsus torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarş almaq istəyir. Şəhadətnamədə atasının adı düzgün yazılmadığından bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən o, aidiyyatı üzrə Xidmətin 9 saylı x14 ərizə ilə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını xahiş etmiş, müvafiq 27 dekabr 2019-cu il tarixli, **********68 saylı məktubu ilə yanlışlıqla düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçi dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-336F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, Ərizəçi mülkiyyətinə mülkiyyətinə Qəbələ şəhərində 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 26 sentyabr 1967-ci il tarixli, AЭ seriyalı, ******* nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, x9 xx.xx.1967-ci ildə Qəbələ rayonunda doğulmuşdur, atası x11, anası x5r. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06.05.2020-c il tarixli, AZ-İİ seriyalı, 065651 №-li «Ölüm haqqında şəhadətnamə»nin təkrarından görünür ki, x11 “şiş intoksikasiyası” xəstəliyindən 31.12.1996-ci il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 03.01.1997-ci ildə 01 № ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin Ərizəçi ünvanlanmış 27 dekabr 2019-cu il tarixli **********68 nömrəli məktubundan görünür ki, JN- 336F nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamədə mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan 14.03.2020-ci il tarixli, AZ-T seriyalı, 015545 №-li «Nikah haqqında» şəhadətnamənin təkrarından görünür ki, x8 ilə x2 14 dekabr 1994-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 98 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məhərrəmov, arvada Məhərrəmova soyadı verilmişdir. İşdə olan Qəbələ raylon İHB-nın Qəbələ şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 fevral 2020-ci il tarixli 331 nömrəli arayışdan görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə JN-336 F saylı, kod 40601004 nömrəli verilmiş olan torpaq şəhadətnaməsində atasının adı səhvən x1 yazılmışdır. İşdə olan Qəbələ rayon Polis şöbəsi tərəfindən verilmiş 17 avqust 2018-ci il tarixli arayışdan görünür ki, Məhərrəmova (Rüstəmova) Vüsalə Rüstəm qızının adına verilmiş Qəbələ rayon x6 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə JN-336 F nömrəli (kodu 40601004) Torpağın mülkiyyət hüququna dair tapıntı kimi Qəbələ rayon polis şöbəsinə daxil olmamışdır. İşdə olan “Qəbələ” qəzetinin surətindən görünür ki, “Qəbələ Rayon Aqrar İslahat Komissiyası”nın 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı ilə Qəbələ şəhər sakini x4 verilmiş JN seriyalı 336F nömrəli (kod 40601004) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə itdiyi üçün etibarsız sayılır” başlığı ilə elan verilmişdir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər x17 üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 fevral 2020-ci il tarixli, 332 nömrəli arayışdan görünür ki, Rüstəmova (Məhərrəmova) Vüsalə Rüstəm qızı hal-hazırda ünvan 1 saylı ünvanda qeydiyyatdadır. İşdə olan “Elektron Hökümət Portalı”ndan çıxarışdan görünür ki, Ərizəçi xx xxxx 1967-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1967-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən Məhərrəmova (Rüstəmova) Vüsalə Rüstəm qızının mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN – 336F nömrəli (kod:40601004) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə ərizəçi Məhərrəmova (Rüstəmova) Vüsalə Rüstəm qızının ata adı səhvən «Rümən» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıq aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması mümkün olmamışdır. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən x2 mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN – 336F nömrəli (kod:40601004) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Məhərrəmova (Rüstəmova) Vüsalə Rüstəm qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-614/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-614/2020
08.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver