Məhkəmə qərarları › İş №2(025)-622/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-622/2021

18.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-622/2021 18.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1512F saylı, KOD 40601004 nömrəli şəhadətnamədə göstərilmiş Ərizəçibəy qızının - Ərizəçi olduğu və həmin şəhadətnamənin Ərizəçi yəni ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edib göstərdi ki, anası Ərizəçi xx.xx.1941-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Soltan-Nuxa kəndində anadan olmuşdur. 02.08.1963-cü il tarixində X3 ilə nikaha daxil olaraq soyadını “İsayeva” kimi qeyd etdirmişdir. Həyat yoldaşı X3 24.05.2004-cü il tarixində şiş intoksikasiyası xəstəliyindən vəfat etmişdir. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 fevral 2001-ci il tarixli 03 saylı qərarı ilə onlara yəni-Ərizəçi, X2, Nümayəndə, X6 və mərhum X1 Qəbələ şəhəri ərazisindən 0.22 ha fərdi yaşayış evi tikmək ücün torpaq sahəsi verilmiş və bu baradə onlara JN-1512F, KOD -1601004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Sonradan onlara məlum olmuşdur ki, Şəhadətnamədə ərizəçinin atasının adı olan “Mirzə” əvəzinə “Mirzəbəy” kimi yazılmışdır. Lakin şəxsiyyət vəsiqəsində və nikah haqqında şəhadətnamədə və digər sənədlərdə Mirzəyeva’ Gülsarə Mirzə qızı kimi qeyd edilmişdir. Hazırda onlara məxsus torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq istəyirlər. Şəhadətnamədə ərizəçinin atasının adı düzgün yazılmağından bu mümkün deyildir. “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən onlar aidiyyatı üzrə Xidmətin 9: saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını xahiş etmiş, müvaqifolaraq 23 fevral 2021-ci il tarixli **********83 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1512F saylı, KOD 40601004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarına əsasən, X3, Ərizəçibəy qızı, X4, Nümayəndə və X5 ümumi birgə mülkiyyətinə 0.22 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşun qəsəbə soveti tərəfindən 02 avqust 1963-cü il tarixdə verilmiş İ-ИЕ № 310647 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 02 avqust 1963-cü il tarixdə X3 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə İsayev, arvada İsayeva soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədə ərizəçinin ata adı “Mirzə” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Mirzə” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli, 546 saylı arayışından görünür ki, Qəbələ rayon AİK-nın 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə verilmiş JN-1512F saylı, KOD 40601004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə “Ərizəçi” əvəzinə səhvən “Ərizəçibəy qızı” yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçi və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,22 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN-1512F saylı, KOD 40601004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “Ərizəçi” əvəzinə “Ərizəçibəy qızı” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-1512F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin Ərizəçi aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar