Məhkəmə qərarları › İş №2(025)-624/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-624/2022

17.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-624/2022 17.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4, Nümayəndə və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4, Nümayəndə və Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4, Nümayəndə və Ərizəçi3 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4, Nümayəndə və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon Aqrar islahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 nömrəli qərarına əsasən, X4, X5, X1, X10 və Nümayəndə adına verilmiş JN-0080 (Kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının onlara aid hissədə onlara, yəni Ərizəçi1 Ərizəçi4, Məhərrəmova (Zəkərıyəyeva) Gülnaz Kamran qızına, Qəbələ rayon Aqrar islahat Komissiyasının 25 iyun 1998-ci il tarıxıi, 11 nömrəli qərarına əsasən, Ərizəçi1, X6, X2, X15, X11 adına verilmiş JN- 206F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin onlara aid hissədə onlara, yəni Ərizəçi4, Nuralıyeva (Xəlilli) Tünzalə Kamran qızına, Nümayəndə məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ölkədə aparılan torpaq islahatı zamanı Qəbələ rayon AİKin 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X4, X5, X1, X10 və Nümayəndə Qəbələ rayonu Uludaş kəndində yerləşən 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əvəzsiz olaraq verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-0080 (kod:********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktında Ərizəçi1 səhvən soyadı “Zəkərəliyev", ata adı “Xaliq”, Ərizəçi4 səhvən soyadı “Zəkərəliyeva”, Məhərrəmova (Zəkəriyəyeva) Gülnaz Kamran qızının səhvən soyadı “Zəkərəliyeva”, adı “Gülgəz” kimi qeyd olunub. Həmçinin, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən Ərizəçi1, X6, X2, X15, X16 Qəbələ rayonu Uludaş kəndində yerləşən 0,45 ha həyətyanı torpaq sahəsi əvəzsiz olaraq veriiib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-206F (kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə Ərizəçi4 səhvən soyadı “Zəkəriyəyev”, Nuralıyeva (Xəlilli) Tünzalə Kamran qızının səhvən soyadı "Xəlili”, Nümayəndə səhvən soyadı “Xəlili” kimi qeyd olunub. Nə biz, nə də ailə üzvlərinin heç biri uzun illər buna əhəmiyyət verməmiş, lakin torpağın sənədlərini hazırlayıb Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışlar. Bununla bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsinə müraciət etsə də, həmin idarə tərəfindən ona ünvanlanmış 30 mart 2022-ci il tarixli, **********80 nömrəli məktubda göstərilmişdir ki, torpaq sahəsinə dair hüquq müəyyən edici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahəiyyətində deyil və bununla bağlı məhkəməyə müraciət etməli olmağı tovsıyyə olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi4 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçi Nümayəndə ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-0080 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X4, X5, X1, X10 və Nümayəndə ümumi birgə mülkiyyətinə 0.95 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN- 206F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, Ərizəçi1, X6, X2, X15 və X7 ümumi birgə mülkiyyətinə 0.45 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon Mıxlıqovaq kənd soveti tərəfindən verilmiş xx.xx.1967-ci il tarixli AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi1 soyadı “Zəkəryəyev” olaraq, ata adı “Xalis” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon Tikanlı kənd soveti tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli X-JQ 458673 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X18 arasında xx.xx.1991-c il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Zəkəriyəyev, arvada Zəkəriyəyev soyadı verilmişdir. Burada həmçinin Ərizəçi1 ata adı “Xalis” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 soyadı adı şəxsiyyəti təsdiq edən sənəddə “Zəkəriyəyeva” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 soyadı adı şəxsiyyəti təsdiq edən sənəddə “Zəkəriyəyev” olaraq, ata adı “Xalis” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon Tikanlı İ.Ə.N tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli XİX-JQ 364846 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Nümayəndə soyadı “Xəlilli” olaraq qeyd olunmuşdur. Həmçinin şəhadətnamədə ata qrafasında Ərizəçi1 soyadı “Zəkəriyəyev” olaraq, ata adı “Xalis” olaraq, ana qrafasında Ərizəçi4 soyadı “Zəkəriyəyeva” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.008.2020-ci il tarixli AZ-İV 474712 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ata qrafasında ərizəçi Nümayəndə soyadı “Xəlilli” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə soyadı adı şəxsiyyəti təsdiq edən sənəddə “Xəlilli” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon Tikanlı İ.Ə.N tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli XVİ-JQ 479326 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Məhərrəmova (Zəkəriyəyeva) Gülnaz Kamran qızının soyadı “Zəkəriyəyeva” olaraq, adı “Gülnaz” olaraq qeyd olunmuşdur. Həmçinin şəhadətnamədə ata qrafasında Ərizəçi1 soyadı “Zəkəriyəyev” olaraq, ata adı “Xalis” olaraq, ana qrafasında Ərizəçi4 soyadı “Zəkəriyəyeva” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Uludaş kənd İ.Ə.N tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZ-İ 540902 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X8 arasında xx.xx.2009-cu il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Məhərrəmov, arvada Məhərrəmova soyadı verilmişdir. Burada ərizəçi Məhərrəmova (Zəkəriyəyeva) Gülnaz Kamran qızının soyadı “Zəkəriyəyeva” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş ASAN-Qəbələ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 adı şəxsiyyəti təsdiq edən sənəddə “Gülnaz” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon Tikanlı İ.Ə.N tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli XVİ-JQ 359756 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Nuralıyeva (Xəlilli) Tünzalə Kamran qızının soyadı “Xəlilli” olaraq qeyd olunmuşdur. Həmçinin şəhadətnamədə ata qrafasında Ərizəçi1 soyadı “Zəkəriyəyev” olaraq, ata adı “Xalis” olaraq, ana qrafasında Ərizəçi4 soyadı “Zəkəriyəyeva” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Qəmərvan kənd İ.Ə.N tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İİ 045403 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X19 arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Nuralıyev, arvada Nuralıyeva soyadı verilmişdir. Burada ərizəçi Nuralıyeva (Xəlilli) Tünzalə Kamran qızının soyadı “Xəlilli” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 0.95 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN- 0080 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında “Ərizəçi1” əvəzinə “X4”, “Ərizəçi4” əvəzinə “X5”, “X3” əvəzinə “X1” səhv olaraq, həmçinin 0.45 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN- 206F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə yalnışlığa yol verilərək “Ərizəçi4” əvəzinə “X9”, “Nümayəndə” əvəzinə “Nümayəndə” kimi və “X10” əvəzinə “X15” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-206F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN-0080 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının ərizəçilər Ərizəçi1, Məhərrəmova (Zəkəriyəyeva) Gülnaz Kamran qızına, Ərizəçi4, Nümayəndə və Nuralıyeva (Xəlilli) Tünzalə Kamran qızına aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar