Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-627/2020 07.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi və ərizəçinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayonu x3 26 may 1998-ci il tarixli 10 saylı qərarına əsasən, x4, x12, x2, x7, Nümayəndə və x1 adına verilmiş JN-012C nömrəli 40610028 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin ona və həyat yoldaşına aid hissədə, yəni Ərizəçi və x8 məxsus olması hüquqi faktı müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayonu, Qaradeyin kəndində Aqrar İslahatları aparılarkən Qəbələ rayonu x3 26 may 1998-ci il tarixli 10 saylı qərarı ilə, o və ailə üzvülərinin mülkiyyətinə JN- 012C saylı 40610028 kodlu Şəhadətnamə əsasında, 0.25 torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhv olaraq soyadı Yusifov, həyat yoldaşının ata adı isə Qulu yazılmışdır. Soyadının Yusibov əvəzinə Yusifov və həyat yoldaşının ata adının Gülü əvəzinə Qulu yazılmasının səbəbi ona aydın deyil bunun sadəcə olaraq texniki səhv olduğunu düşünür. Şəhadətnamədə səhv yazıldığına diqqət etməmiş və bu yaxın vaxta qədər də heç maraqlanmamışdır. Lakin sənədlərini hazırlayıb Çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edərkən Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə soyadının və həyat yoldaşının ata adının səhv yazıldığından müvafiq sənədləşdirməni aparmağı mümkün olmamışdır. Həmçinin ona məxsus doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində soyadı Yusibov və həyat yoldaşənın ölüm haqqında şəhadətnamədə ata adı Gülü kimi yazılmışdır. Hesab edir ki bu səhv məhkəmə qaydasında düzəliş edilərək sənədin ona və həyat yoldaşına məxsus olması müəyyən edilməlidir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizəyə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-012C (Kod: 40610028) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 may1998-ci il tarixli 10 nömrəli qərarına əsasən, x4, x12, x2, x5, Nümayəndə və x1ümumi birgə mülkiyyətinə 0,25 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan 11 iyul 1955-ci il tarixli İ-ЖГ № 419635 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxx 1940-cı il tarixdə Qəbələ rayonu, Qaradeyin kəndində anadan olmuş, ata qrafasında x10, ana qrafasında x6 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 11.07.1955-ci il tarixdə 576 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 27.08.2005-ci il tarixdə verilmiş seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1940-cı il tarixdə Qəbələ rayonu, Qaradeyin kəndində anadan olmuşdur və Qəbələ rayonu, Qaradeyin kəndində qeydiyyatdadır. İşdə olan Qəbələ rayonu, Qaradeyin kənd x19 tərəfindən 02 may 2013-cü ildə verilmiş AZ- İ № 594021 saylı Ölüm haaqında şəhadətnamənin surətindən görünür ki, x13 23 aprel 2013-cü ildə Qəbələ rayonu, Qaradeyin kəndində ölmüşdür və bu bərədə doğum haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 0,25 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN- 012C (Kod: 40610028) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “Ərizəçi” əvəzinə “x4” və “x13” əvəzinə “x12” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-012C (Kod: 40610028) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin Ərizəçi və x9 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-627/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-627/2020
07.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver