Məhkəmə qərarları › İş №2(025)-628/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-628/2020

09.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-628/2020 09.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Ərizəçilər Ərizəçi2 (eyni zamanda Ərizəçi1 etibarnamə üzrə nümayəndəsi) və Ərizəçi3 iştirakları ilə Ərizəçilər Ərizəçi2, Ərizəçi3 və Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi2, Ərizəçi3 və Ərizəçi1 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 29 noyabr 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən x11, x3, x4, x5 və x8 adına verilmiş JN-493G nömrəli 40608018 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin onlara aid hissədə onlara, yəni Ərizəçi2, Ərizəçi1, Ərizəçi3 Fizuli oğluna və mərhum x17 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2 (eyni zamanda Ərizəçi1 etibarnamə üzrə nümayəndəsi) və Ərizəçi3 ərizəni müdafiə edib göstərdilər ki, Qəbələ rayonu Zarağan kəndində Aqrar İslahatları aparılarkən Qəbələ rayonu x15 29 noyabr 1997-ci il tarixli 26 saylı qərarı ilə onlara, yəni ailə üzvlərinin mülkiyyətinə JN-493G nömrəli 40608018 kodlu şəhadətnamə əsasında 0,48 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhv olaraq atalarının adı Füzuli, soyadları Məmmədov, Məmmədova yazılmışdır. Atalarının adı Fizuli, soyadları Cavadov, Cavadova əvəzinə atalarının adının Füzuli soyadlarının Məmmədov, Məmmədova yazılmasının səbəbini belə izah edə bilərlər ki, ataların və analarının soyadlarını Məmmədov və Məmmədova olduğu üçün onlarında soyadları valideyinlərinin soyadlarına uyğunlaşdıraraq qeyd ediblər. Lakin atalarının adı Fizuli əvəzinə Füzuli yazılmasını səbəbini texniki səhv olduğunu düşünürlər. Şəhadətnamədə ata adlarının, soyadlarının səhv yazıldığına diqqət etməmişlər və bu yaxın vaxta qədər də heç maraqlanmamışlar. Lakin sənədləri hazırlayıb çıxarış almaq üçün Azəbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edərkən Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ata adlarının və soyadlarının səhv yazıldığından müvafiq sənədləşdirməni aparmaqları mümkün olmamışdır. Həmçinin, onlara məxsus doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqələrində ata adları Fizuli, soyadları Cavadov kimi yazılmışdır. Bu səhv məhkəmə qaydasında düzəliş edilərək sənədin onlara, yəni x17, Ərizəçi2, Ərizəçi3 Fizuli oğlu və Ərizəçi1 məxsus olması müəyyən edilməlidir. Həmçinin Ərizəçi1 29 sentyabr 2000-ci il tarixdə nikaha daxil olaraq Cavadova soyadından çıxaraq ərinin soyadını qəbul etmişdir. Ərizəçilər Ərizəçi2 (eyni zamanda Ərizəçi1 etibarnamə üzrə nümayəndəsi) və Ərizəçi3 ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, işdə olan JN-493G (Kod: 40608018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİKin 29 noyabr 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən, x21, x9, x12, x13 və x8 birgə mülkiyyətinə JN-493G (Kod: 40608018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,48 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan 29.07.1983-cü il tarixli, İX-ЖГ seriyalı, 363794 №-li «Doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 Fizuli oğlu xx.xx.1983-cü ildə Qutqaşen rayonu Zarağan kənində doğulmuşdur, atası x22, anası x6r. İş materiallarında olan 08.05.1979-cu il tarixli, Vİ-ЖГ seriyalı, 389706 №-li «Doğum haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1979-cu ildə Qutqaşen rayonu Zarağan kənində doğulmuşdur, atası x22, anası x6r. İş materiallarında olan 17.03.1981-ci il tarixli, Vİİ-ЖГ seriyalı, 373273 №-li «Doğum haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, x18 xx.xx.1981-ci ildə Qutqaşen rayonu Zarağan kənində doğulmuşdur, atası x22, anası x6r. İş materiallarında olan 29.09.2000-ci il tarixli, Vİİ-ЖГ seriyalı, 403741 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, x2 ilə x7 29 sentyabr 2000-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 167 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abdusalamov, arvada Abdusalamova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 31 may 2020-ci il tarixli **********26 nömrəli məktubundan görünür ki, JN-493 G nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Ərizəçi2 aid olan AC 460236 nömrəli “sürücülük vəsiqəsi”nin surətindən görünür ki, həmin sənəddə ərizəçinin soyadı “Cavadov”, ata adı “Fizuli” kimi göstərilmişdir. İş materiallarında olan Ərizəçi2 aid olan AO seriyalı ******* nömrəli “hərbi bilet”in surətindən görünür ki, həmin sənəddə ərizəçinin soyadı “Cavadov”, ata adı “Fizuli” kimi göstərilmişdir. İş materiallarında olan Qəbələ rayon Zarağan kənd icra nümayəndəliyi tərəfindən verilmiş 03.05.2013-cü il tarixli, AZ-İ seriyalı, 619780 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, x23 “ürək çatmamazlığı ÜİX şəkərli diabet” xəstəliyindən 28.04.2013-cü il tarixdə Qəbələ rayonu Zarağan kəndində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 03.05.2013-cü ildə 08 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ rayon Zarağan kənd icra nümayəndəliyi tərəfindən verilmiş 20.02.2006-cı il tarixli, AZ-İ seriyalı, 148237 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, x10 “ürək çatmamazlığı uşağlığın bəd xassəli şişi” xəstəliyindən 18.02.2006-cı il tarixdə Qəbələ rayonu Zarağan kəndində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 20.02.2006-cı ildə 02 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ raylon İHB-nın Zarağan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyun 2020-ci il tarixli, 239 nömrəli arayışdan görünür ki, JN-493G saylı (kod – 40608018) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan onun ailə üzvlərinin soyadı, adı və ata adı onların şəxsiyyət vəsiqələrini təsdiq edən sənəddə yazıldığı kimi, yəni Ərizəçi2, Ərizəçi3 Fizuli oğlu və Ərizəçi1 kimidir. İş materiallarında olan Qəbələ raylon İHB-nın Zarağan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 iyun 2020-ci il tarixli, 249 nömrəli arayışdan görünür ki, x17 verilmiş JN-493G saylı (kod – 40608018) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun adı səhv olaraq yazılmış, mərhum vətəndaşın düzgün adı x1. İş materiallarında olan Qəbələ raylon İHB-nın Zarağan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi2 Qəbələ rayonu Zarağan kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ raylon İHB-nın Zarağan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavadov x24 rayonu Zarağan kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ raylon İHB-nın Zarağan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi1 Qəbələ rayonu Zarağan kəndində qeydiyyatdadır. İş materiallarında olan Asan-Qəbələ tərəfindən verilmiş 22.08.2017-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1981-ci il tarixdə Qəbələ rayonu Zarağan kəndində doğulmuş, Qəbələ rayonu Zarağan kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş 26.05.2014-cü il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1979-cu il tarixdə Qəbələ rayonu Zarağan kəndində doğulmuş, Qəbələ rayonu Zarağan kəndində qeydiyyatdadır. İş materiallarında olan ASAN-QƏBƏLƏ tərəfindən verilmiş 16.08.2018-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi3 xx.xx.1983-cü il tarixdə Qəbələ rayonu Zarağan kəndində doğulmuş, Qəbələ rayonu Zarağan kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-in 29 noyabr 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən x21, x9, x12, x13 və x8 birgə mülkiyyətinə 0,48 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN-493G (Kod: 40608018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə ərizəçilər Ərizəçi2, Ərizəçi3 Fizuli oğlu və Ərizəçi1 soyadları səhvən «Məmmədova», ərizəçilər Ərizəçi2 oğlu və Ərizəçi1 ata adları səhvən «Füzuli» və mərhum x14 adı səhvən «Füzuli» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni həmin hissədə əsaslı hesab edib, onun qismən təmin olunması qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, ərizəçilər ərizələrində JN-493G (Kod: 40608018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə də hər birinin həm soyadlarının, həm də ata adlarının səhv qeyd olunduğunu göstərmişlər. Lakin məhkəmə araşdırılması zamanı məhkəməyə təqdim edilən ASAN-QƏBƏLƏ tərəfindən verilmiş 16.08.2018-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə də Ərizəçi3 ata adı “Füzuli” kimi qeyd edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, JN-493G (Kod: 40608018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi3 ata adı düzgün olaraq “Füzuli” yazılmışdır. Bu səbəbdən ərizə həmin hissədə təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Ərizəçi3 digər ona məxsus sənədlərdə ata adının “Fizuli” olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin iddiaçı Ərizəçi1 soyadı əvvəlcə Cavadova olduğundan, bu məsələyə də məhkəmə münasibət bildirərək onun soyadının Abdusalamova (Cavadova) kimi qeyd olunmasının məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə qismən təmin edilsin. Qəbələ rayon AİK-in 29 noyabr 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən x21, x9, x12, x13 və x8 birgə mülkiyyətinə verilmiş JN-493G (Kod: 40608018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi2, Ərizəçi3 və Abdusalamova (Cavadova) Xuraman Fizuli qızına aid hissədə, Ərizəçi2, Ərizəçi3 və Abdusalamova (Cavadova) Xuraman Fizuli qızına və mərhum x17 məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar