Məhkəmə qərarları › İş №2(025)-64/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-64/2023

16.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-64/2023 16.01.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı İsmayılov Faı̇ q Sabı̇ r oğlunun cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şimal X4 və Satışı İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçı İsmayılov Faı̇ q Sabı̇ r oğlunun və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İsmayılov Faı̇ q Sabı̇ r oğlunun cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şimal X4 və Satışı İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları İddiaçı İsmayılov Faı̇ q Sabı̇ r oğlu cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şimal X4 və Satışı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-ııin Şimal-Qərb Regional elektrik təhcizatı və satışı idarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli akt əsasında ona hesablanmış 856 manat elektrik enerjisi borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, Qəbələ rayonu, Kötüklü kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 03 avqust 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları yaşadığı ünvana gələrək sayğaca baxış keçirmiş və elektrik sayğacının qoşulma sxeminin səhv olduğu, sayğacın alt qapaq möhürünün yerində olmaması, sayğacın "A" möhürlərində müdaxilə izləri müşahidə olunduğu üçün 013027 saylı qüsur aktı tərtib edilmiş, buna uyğun olaraq əlavə sərfiyyat hesablanaraq mənim hesabıma işlənmişdir. Əlavə sərfiyyatın dəyəri olaraq 856 manat məbləğində cərimə olunmuşdur. Qeyd etmək istəyir ki, sayğaca onun tərəfindən hər hansı müdaxilə edilməmişdir. Belə ki, sayğac əvvəlcədən köhnə olmuşdur. Belə ki, həyətindən kənarda yerləşən sayğac ondan asılı olmayan səbəblərdən zədə almışdır. Bu barədə isə onun yaşadığı kənddə sayğaca nəzarət edən nəzarətçilərə dəfələrlə məlumat vermiş, sayğacın yenisi ilə əvəz edilməsini xahiş etmişdir. Onlar isə sayğacın dəyişdirilməsinin mümkün olmamasını qeyd etmişlər. Həmin nəzarətçilər məhkəmə iclasına dəvət olunsalar, onlar da göstərdiyi faktı təsdiq edərlər. Elektrik sayğacının qoşulma sxeminin səhv olması, sayğacın alt qapaq möhürünün yerində olmaması, sayğacın "A" möhürlərində müdaxilə izlərinin müşahidə olunması ilə onun və ailə üzvlərinin heç bir əlaqələri yoxdur. Düşünür ki, cavabdeh tərəfindən tərtib olunmuş akt və hesablanmış cərimə tamamilə əsassızdır və ləğv olunmalıdır. Elektrik sayğacı evdən kənarda, yolda yerləşdiyi üçün onların sayğaca nəzarət etmək imkanları yoxdur. Sayğacın evdən kənarda, yolda yerləşməsi ona nəzarəti mümkünsüz etdiyindən baş verən pozuntunun cavadeh təşkilatın bu hadisənin onun və ya ailə üzvləri tərəfindən törədildiyini iddia etməsi tamamilə gülünc və əsassızdır. Kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti isə işıq paylayıcısı olan cavabdeh daşıdığından həmin sayğaca müdaxilə edilməyinə görə barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Eyni zamanda aktdan göründüyü kimi baxış zamanı sayağacın “elektrik sayğacının qoşulma sxeminin səhv olması, sayğacın alt qapaq möhürünün yerində olmamamsı, sayğacın "A" möhürlərində müdaxilə izləri müşahidə olunması" da, həmin pozuntunun məhz onun səhvi və ya qəsdi nəticəsində baş verməsi sübut olunmamışdır. Bu səbəbdən işıq sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində işıq sərfiyyatına görə iddia edilən məbləğ ondan tələb edilə bilməz. Həmçinin 03 avqust 2022-ci il tarixli 013027 saylı qüsur aktı tərtib olunarkən hal şahidlərinin iştirakı təmin edilməmişdir. Buna görə də aktın əsassız hesab olunması tamamilə qanunidir. Tərtib olunmuş akt və həmin akt əsasında hesablanmış 856 manat məbləğində cəriməni qəbul etmir. Buna görə də üzləşdiyi problemin hüquq müstəvisində həllinə nail olmaq üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Uzun illərdir elektrik enerjisinin istehlakçısıdır, heç vaxt elektrik sayğacına və ya elektrik xətlərinə müdaxilə etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı İsmayılov Faı̇ q Sabı̇ r oğlu iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək, yazılı etiraz ərizəsi təqdim etdi və göstərdi ki, iddiaçının, Qəbələ rayonu Kötüklü kəndində iddiaçıya məxsus qeyri-yaşayış sahəsi (market) “Azərişıq' ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********52016 (**********2) saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 03,08.2022-ci İİ tarixində “Azərişıq’ ASC-nin əməkdaşları B.Abdullayev, A.Məmmədov və T.Rüstəmov tərəfindən Qəbələ rayonu Kötüklü kəndində yerləşən iddiaçıya məxsus qeyri yaşayış sahəsinə quraşdırılmış elektrik hesablaşma sayğacına İddiaçı iştirakı itə “Elektrik enerjisindən istifadə Qaydalarına uyğun baxış keçirilmişdir. Baxış zamanı obyektə məxsus elektrik sayğacının qoşulma sxeminin səhv olduğu, sayğacın alt qapaq möhürünün yerində olmadığı və sayğacın “A’ möhüründə müdaxilə izlərinin olduğu aşkar edilmişdir, Aşkar edilmiş pozuntu ilə əlaqədar "Elektrik enerjisindən istifadə Qaydalarının 8.17-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixli, NDQ 013027 saylı akt tərtib olunmuş və tərtib olunmuş aktı İddiaçı öz imzasıyla təsdiq etmişdir. Tərtib olunmuş akta əsasən xx.xx.2022-ci il tarixində Şimal-Qərb RETSİ-nin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yeni M600 tipli elektrik sayğacı ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı 225359 saylı protokol tərtib olunaraq elektrik sayğacı rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Tərtib edilmiş 225359 saylı protokolu iddiaçı öz imzasıyla təsdiq etmişdir. Laboratoriyanın xx.xx.2022-ci il tarixli, 047942 saylı protokolu ilə elektrik sayğacının zavod "A’’ ştamp möhüründə ve qurğuşun möhüründə müdaxilə izlərinin olduğu barədə rəy verilmişdir. Bundan sonra 03,08.2022-ci il tarixli, NDQ013027 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 46 gün üçün 0.11 manatla 7066 kvts. dəyəri 777.26 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur.“EEİQ”-nın 8 17-ci bəndinə uyğun olaraq İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual ’baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu qaydaların 10.18.9-2-ci yarımbendinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “EEİQ”-nın 8.17-2. istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır, istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş apartlmaqfa) qeydə alınır, istehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İddiaçı iddia ərizəsində "Elektrik enerjisindən istifadə qaydalarının 8.32-cı və 8.33-cü bəndinə istinad etmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, “Elektrik enerjisindən istifadə Qatdaları”nın 8.32-ci və 8 33-cu bəndi Azərbaycan Respublikası Nazirlər Kabınetmın 14 aprel 2022-ci il tarixli 155 saylı qərarı ilə ləğv edilmişdir. Həmm qaydaların 7.11-ci bəndinin tələbinə görə "Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki pfombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır". Abonentin "abunə haqqında“ məlumat cədvəlinə nəzər saldıqda xx.xx.2019-ctı il tarixdən 03.03 2022-ci il tarixə qədər sərfiyyatının toplamda 220 kvts olduğu, lakin qüsur bərpa edildikdən sonrakı dövr üzrə 68 gün üçün artaraq 10.10,2022-ci il tarixə 920 kvts olduğu açıq aydın görünür. Abonentin “abunə haqqında“ məlumatından açıq aşkar görünür ki, sayğacın pozuntu aşkar olunan dövrdəki sərfiyyatı ilə qüsur bərpa edildikdən sonrakı dövrdəki sərfiyyatı arasında fərq (700 kvt.s) olduqca böyükdür. İddiaçı iddia tələbində silinəcək məbləği 856.00 manat göstərmişdir. Bildiririk ki, iddiaçıya qeyd olunan NDQ013027 saylı akt əsasında 777.26 manat hesabat aparılmışdır. Qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı məxsus Qəbələ rayonu Kötük!ü kəndində yerləşən qeyri-yaşayış sahəsinə tərtib edilmiş xx.xx.2022-ci il tarixli NDQ013027 saylı akt “EEİQ”nin tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerji təchizatı müəssisəsinə ödənilməlidir. Sonda isə məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 və Satışı İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 və Satışı İdarəsi bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qanunvericiliyin qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»-nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə iddiaçının və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 013027 saylı aktından görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə Qəbələ rayonu, Kötüklü kəndində yerləşən iddiaçı İsmayılov Faı̇ q Sabı̇ r oğluna məxsus yaşayış evində yoxlama keçirən zaman obyektə məxsus elektrik sayğacının qoşulma sxeminin səhv olduğu, sayğacın alt qapaq möhürünün yerində olmadığı və sayğacın “A’ möhüründə müdaxilə izlərinin olduğu aşkar olmuşdur. "xxxx" ASC-nin X1 və Satışı İdarəsinin vəzifəli şəxsi tərəfindən xx.xx.2022-ci il tarixli 013027 saylı akta əsasən tərtib edilmiş 07 oktyabr 2022-ci il tarixli icra vərəqindən görünür ki, İsmayılov Faı̇ q Sabı̇ r oğlunun çıxarılmış sayğacda olan oxunmamış 7066 kVt.s enerji üzrə 777.26 manat borcu vardır. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmçinin məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi, özü tərəfindən kənar xətt çəkilməsi və ya hansısa qanun pozuntusunun törədilməsi öz təsdiqini tapmamışdır. Cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Əksinə "xxxx" ASC-nin X1 və Satışı İdarəsinin əməkdaşları sayğaca nəzarət etmiş, istehlakçı-iddiaçı uzun müddət ərzində mütamadi olaraq hər ay enerji sərfiyyatının əvəzini ödəmiş və idarənin işçiləri tərəfindən ona quraşdırılmış elektrik sayğacdan kənar xətdən isifadə edildiyi barədə xəbərdarlıq edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmaqla, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 777.26 (yeddi yüz yetmiş yeddi manat iyirmi altı qəpik) manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində xx.xx.2022-ci il tarixli 013027 saylı aktın etibarsız sayılaraq 856 manat məbləğində borcun silinməsini tələb etsə məhkəmə araşdırması zamanı həmin akt əsasında yalnız 777.26 manat cərimə hesablandığı müəyyən edilmişdir. İddia tələbinin qalan hissəsi ilə bağlı məhkəmənin gəldiyi hüquqi mövqe ondan ibarətdir ki, iddiaçının iddia tələbinin həmin hissədə əsası kimi istinad etdiyi hallar sübut olunmur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı İsmayılov Faı̇ q Sabı̇ r oğlunun adına "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şimal X4 və Satışı İdarəsinin vəzifəli şəxsinin xx.xx.2022-ci il tarixli 013027 saylı akt əsasında hesablanmış 777.26 (yeddi yüz yetmiş yeddi manat iyirmi altı qəpik) manat məbləğində borc silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar