Məhkəmə qərarları › İş №2(025)-643/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-643/2022

21.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-643/2022 21.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçilər Ərizəçi2, ərizəçilər Ərizəçi1 və Ərizəçi3 nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları Ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, JN-785B, KOD 40600048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin bizə dair hissəsində onlara yəni - Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarı ilə Nümayəndə, X6, X7, Heydərov Salman və bizə Ərizəçi1, Ərizəçi2, Heydərova (Səfərova) Ofeliya Oktay qızına Qəbələ rayonu, Vəndam kəndi ərazisindən 0.16 ha fərdi yaşayış evi tikmək ücün torpaq sahəsi verilmiş və bu baradə bizə JN-785B, KOD 40600048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Şəhadətnamədə sonradan onlara məlum olmuşdur ki, adı “Minirə” əvəzinə “Minayə”, “Ofeliya” əvəzinə “Ofelya”, “Sərvan” əvəzinə “Sarvan” kimi yazılmışdır. Lakin şəxsiyyət vəsiqələrində, doğum və nikah haqqında şəhadətnamələrdə və digər sənədlərdə Ərizəçi1, Ərizəçi2, Heydərova(Səfərova) Ofeliya Oktay qızı kimi qeyd edilmişdir. O, X8 xx.xx.2007-ci ildə X14 ilə nikaha daxil olaraq soyadını “Səfərova” kimi qeyd etdirmişdir. Hazırda onlara məxsus torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirik. Lakin Şəhadətnamədə adlar düzgün yazılmadığından bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən biz aidiyyatı üzrə Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını xahiş etmişlər, müvafiq olaraq 01 mart 2022-ci il tarixli **********82 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi1 və Ərizəçi3 nümayəndəsi Nümayəndə ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-785B (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, Nümayəndə, X3, X4, X5, X9, X1, X2 ümumi birgə mülkiyyətinə 0.16 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən verilmiş xx.xx.1957-ci il tarixli İ-İE 469170 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Heydərova (Eyvazova) Minirə Çinar qızının adı “Minirə” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Vəndam qsəbə İ.Ə.N tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ–İİ 104009 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə Nümayəndə arasında xx.xx.2016-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Heydərov, arvada Heydərova soyadı verilmişdir. Burada Ərizəçi2 adı “Minirə” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ-RPŞ tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 adı şəxsiyyəti təsdiq edən sənəddə “Minirə” olaraq qeyd olunmuşdur. İşdə olan Bakı şəhər Kirovski rayon zaqs bürosu tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli Vİİ- JQ 433642 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Heydərova (Ərizəçi) Ofeliya Oktay qızının adı “Ofeliya” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş ASAN-Qəbələ tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 adı şəxsiyyəti təsdiq edən sənəddə “Ofeliya” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Bunud kənd İ.Ə.N tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli AZ–İ 327234 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X14 arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Səfərov, arvada Səfərova soyadı verilmişdir. Burada Ərizəçi3 adı “Ofeliya” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli XV- JQ 448194 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi1 adı “Sərvan” olaraq, soyadı “Heydərli”, ata adı “Oqtay” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş ASAN-Qəbələ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE № 16845157 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 adı şəxsiyyəti təsdiq edən sənəddə “Sərvan”, soyadı “Heydərli”, ata adı “Oqtay” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 0.16 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-785B (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə yalnışlığa yol verilərək “Ərizəçi1” əvəzinə “X13” kimi, “X8” əvəzinə “X10” kimi və “Ərizəçi2” əvəzinə “X11” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-785B (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Səfərova (Heydərova) Ofeliya Oktay qızına aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar