Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-644/2022 30.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nin 07 noyabr 1997-ci il tarixli 19 saylı qərarına əsasən Ərizəçi Məmiş oğlu, X3, X6, X9, X7 və X8 adına verilmiş JN- 022F nömrəli 40604028 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin və JN- 0023 nömrəli 40604028 kodlu dövlət aktının ona aid hissədə ona, Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Böyük Əmilli kəndində Aqrar İslahatları aparılarkən Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 07 noyabr 1997-ci il tarixli, 19 saylı qərarı ilə JN-022F nömrəli 40604028 kodlu şəhadətnamə əsasında 1,02 ha həyətyanı torpaq sahəsi və həmin tarixli qərar ilə JN-0023 nömrəli 40604028 kodlu dövlət aktı əsasında 1,50 ha çöl torpaq sahəsi ona və ailə üzvlərinə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və dövlət aktında səhv olaraq ata adı Məmiş yazılmışdır. Ata adının Məmili əvəzinə Məmiş yazılmasının səbəbi ona aydın deyil, bunun sadəcə olaraq texniki səhv olduğunu düşünür. Şəhadətnamədə və dövlət aktında ata adının səhv yazıldığına diqqət etməmiş və bu yaxın vaxta qədər də heç maraqlanmamışdır. Lakin sənədləri hazırlayıb çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edərkən Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adı səhv yazıldığından müvafiq sənədləşdirməni aparması mümkün olmamışdır. Həmçinin ona məxsus doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində ata adı Məmili kimi yazılmışdır. Hesab edir ki, bu səhv məhkəmə qaydasında düzəliş edilərək sənədin ona, yəni Ərizəçi məxsus olması müəyyən edilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İşdə olan JN – 022F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayon AİK-in 07 noyabr 1997-ci il tarixli 19 nömrəli qərarına əsasən, Ərizəçi Məmiş oğlunun, X1, X2, X5, X4 və X10 birgə mülkiyyətinə Qəbələ rayonu Böyük Əmilli kəndində 1,02 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN – 0023 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayon AİK-in 07 noyabr 1997-ci il tarixli 19 nömrəli qərarına əsasən, Ərizəçi Məmiş oğlunun, X1, X2, X5, X4 və X10 birgə mülkiyyətinə Qəbələ rayonu Böyük Əmilli kəndində 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 aprel 2022-ci il tarixli “Doğum haqqında” arayışdan görünür ki, Ərizəçi ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Böyük Əmilli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 aprel 2022-ci il tarixli, 84 nömrəli arayışdan görünür ki, Qəbələ rayon Böyük Əmilli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 03 nömrəli təsərrüfat kitabının 58-ci səhifəsinin 230 nömrəli şəxsi hesabında Ərizəçi kimi qeydiyyatdadır, lakin onlara verilmiş JN-0023 nömrəli kod 40604028 torpağın mülkiyyət hüququna dair dövlət aktında və JN-022F kod 40604028 nömrəli torpağın mülkiyyət hüququna dair şəhadətnamədə texniki səhv olaraq adı Ərizəçi Məmiş oğlu kimi qeyd edilmişdir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Böyük Əmilli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 aprel 2022-ci il tarixli, 85 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayon Böyük Əmilli kəndində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 11 aprel 2022-ci il tarixli **********72 nömrəli məktubundan görünür ki, JJN – 022F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN – 0023 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan ərizəçiyə aid AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin 07 noyabr 1997-ci il tarixli 19 nömrəli qərarlarına əsasən Ərizəçi Məmiş oğlunun, X1, X2, X5, X4 və X10 birgə mülkiyyətinə verilmiş JN – 022F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN – 0023 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi ata adı səhvən «Məmiş» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə və dövlət aktında yalnışlıq aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə və dövlət aktı üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması mümkün olmamışdır. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 07 noyabr 1997-ci il tarixli 19 nömrəli qərarlarına əsasən Ərizəçi Məmiş oğlunun, X1, X2, X5, X4 və X10 birgə mülkiyyətinə verilmiş JN – 022F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin və JN – 0023 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi aid hissədə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-644/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-644/2022
30.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver