Məhkəmə qərarları › İş №2(025)-645/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-645/2020

08.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-645/2020 08.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçi və digər ərizəçilərin nümayəndəsi Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi3, Ərizəçi1 və Babayeva (Məmmədova) Mənsurə Şamil qızının hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi3, Ərizəçi1 və Babayeva (Məmmədova) Mənsurə Şamil qızı məhkəməyə ərizə ilə müraciət edərək, JN-710 (Kod: 40614018) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının onlara məxsus olması hüquqi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi və digər ərizəçilərin nümayəndəsi Ərizəçi3 ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon AİK-nin 22.11.1997-ci il tarixli 25 nömrəli qərarı ilə verilmiş İN-710 saylı kodu 40614018 Dövlət aktında hüquq sahiblərinin adları siyahısında 1-ci sırada x1 ata adı texniki səhv olaraq Firidun adının 2-ci hecasında “i” hərifi əvəzinə “u” hərifi yazılmaqla texniki səhvə yol verilmişdir. Həmin dövlət aktının hüquq subyektləri siyahısında 2-ci sırada x3, hüquq subyektləri siyahısında 5-ci sırada isə x2 əvəzinə Məmmədova Axsurə yazılmaqla ata adı qeyd edilməməklə texniki səhvə yol verilmişdir. Qeyd olunan İN-710 saylı Dövlət aktı üzrə mülkiyyətlərinə verilmiş 0,65 ha torpaq sahəsi üzrə bir hissədə özkəninkiləşdirmə aparmaq məqsədilə DƏDRX-nin 9 saylı ərazi idarəsinə müraciət edərkən məlum olmuşdur ki, göstərilən dövlət aktında aparılmış qeydiyyatlarda texniki səhvə yol verilmiş, hüquq subyektlərinin siyahısında 1-ci sırada ata adı Firidun əvəzinə “Firudun”, 2-ci sırada Axsura adı “Axsurə” və həmin sırada ata adı Eyvaz əvəzinə “Şamil”, 5-ci sırada isə Mənsurə adı əvəzinə “Axsurə”kimi qeyd edilməklə ata adı Şamil kimi göstərilməli olduğu halda göstərilməmişdir. Qeyd olunan texniki səhvlərə görə JN-710 saylı dövlət aktı üzrə əməliyyat aparmaq mümkün olmamışdır. Odur ki, ərizəçi və digər ərizəçilərin nümayəndəsi Ərizəçi3 ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-710 (Kod: 40614018) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən, Ərizəçi3 Firudun oğlu, x3, x4, x6 və Məmmədova Axsurənin mülkiyyətinə 0,65 ha fərdi kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 16.10.2015-ci il tarixdə verilmiş seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1960-cı il tarixdə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuşdur və Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş ASAN-Qəbələ tərəfindən 09.10.2017-ci il tarixdə verilmiş seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1960-cı il tarixdə Ağdaş rayonunda anadan olmuşdur və Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatdadır. İşdə olan Qutqaşen rayonu, Mıxlıqovaq kənd soveti tərəfindən verilmiş 18 iyul 1983-cü il tarixli İİİ-ЖГ № 319289 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, x5 ilə Ərizəçi3 arasında 18 iyul 1983-cü ildə nikah bağlanmış və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 26 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İşdə olan Qutqaşen rayonu, Mıxlıqovaq kənd soveti tərəfindən verilmiş 12 sentyabr 1984-cü il tarixli X-ЖГ № 327639 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, x2 xx xxxx 1984-cü ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində doğulmuşdur. Atası Ərizəçi3, anası Ərizəçi1dır İşdə olan Qəbələ rayonu, Mıxlıqovaq kənd Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 17 may 2004-cü il tarixli AZ-İ № 094611 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, x2 ilə x7 arasında 17 may 2004-cü ildə nikah bağlanmış və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 15 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Babayev, aravada Babayeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin mülkiyyətinə 0,65 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-710(Kod: 40614018) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında yalnışlığa yol verilərək, “Ərizəçi3” əvəzinə “Ərizəçi3 Firudun oğlu”, “Ərizəçi1” əvəzinə “x3” və “x2” əvəzinə “Məmmədova Axsurə” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-710 (Kod: 40614018) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının ərizəçilər Ərizəçi3, Ərizəçi1 və Babayeva (Məmmədova) Mənsurə Şamil qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar