Məhkəmə qərarları › İş №2(025)-646/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-646/2020

13.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-646/2020 13.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Şükürova (Məmmədova) Abuzər Xancan qızının iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Şükürova (Məmmədova) Abuzər Xancan qızının maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Şükürova (Məmmədova) Abuzər Xancan qızı məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nin 22.11.1997-ci il tarixli qərarı ilə x4, Ərizəçi1 Firudun oğlunun və x5 birgə mülkiyyətinə verilmiş JN-709 nömrəli kodu 40614018 olan dövlət aktının x3, Ərizəçi1 və Şükürova (Məmmədova) Abuzər Xancan qızına aid hissədə x6, Ərizəçi1 və Şükürova (Məmmədova) Abuzər Xancan qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Şükürova (Məmmədova) Abuzər Xancan qızı ərizəni müdafiə edib göstərdilər ki, Qəbələ rayon AİK-nin 22.11.1997-ci il tarixli 25 nömrəli qərarı ilə verilmiş JN-709 saylı, kodu 40614018 olan dövlət aktında hüquq sahiblərinin adları siyahısında birinci sırada mərhum atası x2 texniki səhv olaraq Firidun əvəzinə Firudun, ikinci sırada Ərizəçi1 ata adına Firirdun əvəzinə Firudun, üçüncü sırada isə x10 əvəzinə x1 qeyd edilməklə texniki səhvə yol verilmişdir. Qeyd olunan JN-709 saylı kodu 40614018 olan dövlət aktı ilə mülkiyyətlərinə verilmiş 0,39 ha torpaq sahəsi üzrə özgəninkiləşdirmə aparmaq məqsədilə DƏDRX-nın 9 saylı ərazi idarəsinə müraciət edərkən məlum olmuşdur ki, göstərilən dövlət aktında aparılmış qeydiyyatlarda texniki səhvə yol verilmiş, hüquq subyektlərinin siyahısında birinci sırada x6 əvəzinə adı “Firudun”, ikinci sırada Ərizəçi1 əvəzinə ata adı “Firudun”, üçüncü sırada isə x10 əvəzinə ata adı Xancan oğlu kimi qeyd edilmişdir. Qeyd edilən texniki səhvlərə görə JN-709 saylı dövlət aktı üzrə əməliyyat aparmaq mümkün olmamışdır. Hesab edirlər ki, JN- 709 saylı kodu 40614018 olan Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən texniki səhvlər məhkəmə qaydasında düzəliş edilməlidir. Ərizəçilər Ərizəçi1 və Şükürova (Məmmədova) Abuzər Xancan qızı ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-709 (Kod: 40614018) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən, x4, Ərizəçi1 Firudun oğlunun və x5 birgə mülkiyyətinə JN-709 (Kod: 40614018) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan 19 yanvar 1961-ci il tarixli, İİ-ЙЕ seriyalı, 089260 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Zöhrabova Abuzər Xancan qızı xx xxxxxx 1960-ci ildə Qutqaşen rayonunda doğulmuşdur. İş materiallarında olan 10 aprel 1968-ci il tarixli, АЭ seriyalı, ******* nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1968-ci ildə Qutqaşen rayonu Mıxlıqovaq kəndində doğulmuşdur. İş materiallarında olan Qəbələ rayon Mıxlıqovaq kənd x7 tərəfindən verilmiş 28.12.2004cü il tarixli, AZ-İ seriyalı, 059319 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, x6 “miokard infarktı” xəstəliyindən 31.12.2003-cü il tarixdə Qəbələ rayonu Mıxlıqovaq kəndində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 28.01.2004-cü ildə 1 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ rayonu VVADQ şöbəsi tərəfindən verilmiş 03.06.2004-cü il tarixli, AZ-İ seriyalı, 091358 №-li «nikah haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, x15 ilə Zöhrabova Abuzər Xancan qızının 03 iyun 2004-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 39 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Şükürov, arvada Şükürova soyadı verilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 may 2020-ci il tarixli, 146 nömrəli nikah haqqında arayışdan görünür ki, x6 ilə Zöhrabova Abuzər Xancan qızının 08 fevral 1994-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 01 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 08 may 2020-ci il tarixli **********96 nömrəli məktubundan görünür ki, JN-709 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ raylon İHB-nın Mıxlıqovaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 may 2020-ci il tarixli 315 nömrəli arayışdan görünür ki, Ərizəçi1 Qəbələ rayonu Mıxlıqovaq kəndində qeydiyyatdadır. İş materiallarında olan Asan-Qəbələ tərəfindən verilmiş 26.03.2018-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1968-ci il tarixdə Qəbələ rayonu Mıxlıqovaq kəndində doğulmuş, Qəbələ rayonu Mıxlıqovaq kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş 25.06.2012-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1960-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən x4, Ərizəçi1 Firudun oğlunun və x5 birgə mülkiyyətinə 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini verilməsini təsdiq edən JN-709 (Kod: 40614018) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi1 ata adı səhvən «Firudun», ərizəçi Şükürova (Məmmədova) Abuzər Xancan qızının cinsiyyəti isə səhvən «oğlu» və mərhum x2 adı səhvən «Firudun» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən x9, Ərizəçi1 Firudun oğlu və x5 birgə mülkiyyətinə verilmiş JN-709 (Kod: 40614018) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi1, Şükürova (Məmmədova) Abuzər Xancan qızı və mərhum x3 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar