Məhkəmə qərarları › İş №2(025)-649/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-649/2023

24.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-649/2023 24.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 26 may 1998 ci-il tarixli, 10 nömrəli qərarına əsasən X11, X8, X14, X13, X5 və X2 adma verilmiş JN-209F nömrəli 40610018 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin ona aid hissədə yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon, Kürd kəndində Aqrar İslahatları aparılarkən Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı qərarı ilə, JN-209F nömrəli 40610018 kodlu şəhadətnamə əsasında ona və ailə üzvülərinə 0.49 ha həyət yanı torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhv olaraq soyadı Əzimova yazılmışdır. Soyadının Həsənova əvəzinə Əzimova yazılmasının səbəbi ona aydın deyil bunun sadəcə olaraq texniki səhv olduğunu düşünür. Şəhadətnamədə soyadının səhv yazıldığına diqqət etməyib və bu yaxın vaxta qədər də heç maraqlanmamışdır. Lakin sənədləri hazırlayıb çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edərkən Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə soyadının səhv yazıldığından müvafiq sənədləşdirməni aparmağı mümkün olmamışdır. Həmçinin bildirir ki, ona məxsus nikah haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində, soyadı Həsənova kimi yazılmışdır. Hesab edir ki, bu səhv məhkəmə qaydasında düzəliş edilərək sənədin ona, yəni Ərizəçi qızma məxsus olması müəyyən edilməlidir. Onuda qeyd edib ki, O X11yla nikaha daxil olararkən Həsənova yəni ərinin soyadını qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-209F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 may 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən, X4, X3, X9, X6, X1 və X2 mülkiyyətinə 0.49 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen Rayon Kürd kəndi tərəfindən verilmiş 10 sentyabr 1957-ci il tarixli İ-HE № 570551 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 20 avqust 1957ci ildə Qutqaşen rayonu Kürd kəndində anadan olmuşdur. Burada Ərizəçi tam adı “X7” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayonu Kürd kənd Soveti tərəfindən verilmiş 26 iyun 1982-ci il tarixli İİİ- ЖГ № 267072 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1982-ci il tarixdə X7 ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. Burada Ərizəçi tam adı “X7” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Kürd kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 47 saylı arayışdan görünür ki, JN-209F (Kod: ********) nömrəli «Torpağın Mülkiyyətə Verilməsinə Dair» Şəhadətnamədə Ərizəçi soyadı səhv olaraq “X10” kimi yazılmışdır. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Kürd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş № 5-59-21/2-86-2023 saylı arayışdan görünür ki, Ərizəçi həqiqətən Qəbələ rayonu Kürd kəndində qeydiyyatdadır və yaşayır. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən verilimş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi adı, soyadı, ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və ailə üzvilərinin mülkiyyətinə 0.49 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN-209F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə “Ərizəçi” əvəzinə “X10” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-209F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin Ərizəçi aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar