Məhkəmə qərarları › İş №2(025)-65/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-65/2021

02.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-65/2021 02.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh1 vəkili və etibarnamə üzrə nümayəndəsi, cavabdehlər Cavabdeh5 və Cavabdeh2 etibarnamə üzrə nümayəndələri Vəkil Nemət qızının iştirakları ilə İddiaçı Həsənova Mehrı̇ ban Çərkəz qızının cavabdehlər Cavabdeh1, Şükürova Nərmı̇ n Ramı̇ z qızına, Cavabdeh2 Ramı̇ z oğluna, Xancanova Qərı̇ bə Fazı̇ l qızına, Əmlak Məsələlərı̇ Dövlət Komı̇ təsı̇ nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı̇ Xı̇ dmətı̇ nin 9 saylı Qəbələ Ərazı̇ İdarəsı̇ nə və maraqlı şəxs Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə qarşı "çıxarışın etibarsız hesab olunması və vəsiyyətnamə üzrə miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Həsənova Mehrı̇ ban Çərkəz qızı cavabdehlər Cavabdeh1, Şükürova Nərmı̇ n Ramı̇ z qızına, Cavabdeh2 Ramı̇ z oğluna, Xancanova Qərı̇ bə Fazı̇ l qızına, Əmlak Məsələlərı̇ Dövlət Komı̇ təsı̇ nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı̇ Xı̇ dmətı̇ nin 9 saylı Qəbələ Ərazı̇ İdarəsı̇ nə və maraqlı şəxs Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə qarşı "çıxarışın etibarsız hesab olunması və vəsiyyətnamə üzrə miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası X35 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qanunsuz və əsassız əldə olunmuş Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışın etibarsız hesab olunması və mərhum anasından miras qalmış ünvan 1 ünvanındakı əmlaka vəsiyyətnamə üzrə 2/1 hissədə miras payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı Həsənova Mehrı̇ ban Çərkəz qızının vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası X35 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən əldə olunmuş Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışın qismən, yəni daşınmaz əmlakın növü – fərdi yaşayış evi və daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə) – 79.7 hissəsində etibarsız olunması və mərhum anasından miras qalmış ünvan 1-kı daşınmaz əmlak olan tikililər (birmərtəbəli, iki otaqlı, iki aynabəndli ev, təndir evi, hamam, mal tövləsi və digər əmlaklar) üzərində vəsiyyətnamə üzrə 2/1 hissədə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X14 xx.xx.1962-ci ildə Qəbələ rayonunda anadan olmuşdur. 1979-cu ildə orta məktəbi bitirdikdən sonra, 1980-cı ildən 1986-cı ilə kimi Azərbaycan Neft və Sənaye Universitetində ali təhsil almışdır. 1988-ci ildə X19 ilə nikaha daxil olmuş və soyadını Həsənova kimi qeyd etdirmiş və həmin evlilikdən iki övladı olmuşdur. Valideynləri – X12 1924-cü ildə anadan olmuş və xx.xx.1981-ci ildə ürək çatışmazlığı xəstəliyindən vəfat etmişdir. X3 1927-ci ildə anadan olmuş və xx.xx.1991-ci ildə insult, hipertoniya xəstəliyindən Qəbələ şəhərində vəfat etmişdir. Ailədə 7 övlad olmuşlar. Bacısı – X20 xx.xx.1950-ci ildə anadan olmuş və xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Qardaşı – X24 xx.xx.1952-ci ildə anadan olmuş və xx.xx.2008-ci ildə vəfat etmişdir. X4 xx.xx.1953-cü ildə anadan olmuş və ha-hazırda yaşayır. X5 xx.xx.1956-cı ildə anadan olmuş və hal-hazırda yaşayır. X6 xx.xx.1958-ci ildə anadan olmuş və xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. X2 xx.xx.1964-cü ildə anadan oluş, hal-hazırda yaşayır. X12 vəfat etikdən sonra atasının adına olan əmlaklar X3nın adına keçmiş və xx.xx.1989-cu il tarixdə Qəbələ rayon Notariat kontorunda vəsiyyətnamə tərtib olunmuş, həmin vəsiyyətnaməyə əsasən vəfat edəcəyi gündə ona məxsus birmərtəbəli, iki otaqlı, iki aynəbədli evini, təndir evini, hamamı, mal tövləsini və digər əmlaklarını qızlarına, yəni X10 və bacısı, X11 bərabər şəkildə vəsiyyət etmişdir. Anası vəfat etdiyi gündən sonra ona məxsus yaşayış evi, 0.07 ha torpaq sahəsi və digər tikililər miras qalmışdır. Həmçinin, o, valideynlərinə məxsus evdə yaşadığı zaman və ailə qurduqdan Bakı şəhərində yaşadıqdan sonra da bir övlad kimi anasına baxmış, xəstələndikdə müalicəsini, vəfat etdikdə dəfn xərclərini, yas mərasimini təşkil etmiş və sağlığında da ən sevimli övladı olmuşdur. Anası vəfat etdikdən sonra isə yaşadıqları evə hər il gedərək bir müddət ailəsi ilə birlikdə orada yaşamışdır. Hal-hazırda da məişət və mebel əşyaları oradadır. Lakin bir neçə ay bundan əvvəl ona məlum olmuşdur ki, anasından qalmış Qəbələ şəhəri, V.Qəhrəmanov küçəsi, 39-da miras əmlakı vəsiyyətnamə ilə vəsiyyət olunan digər bacısı Cavabdeh1 özünü və digər ailə üvlərini Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adına ümumi birgə mülkiyyət əsasında Azərbaycan Respublikası X35 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixdə, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarış əldə etmişdir. Onun isə sənədləşmədən xəbəri olmamışdır. Ona görədə də hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adına qanunsuz əldə olunmuş Çıxarış etibarsız hesab olunaraq ləğv edilməli və mərhum anasından qalan miras əmlaka vəsiyyətnamə əsasında mülkiyyət payı müəyyən edilməlidir. Məhkəmə iclasında iddiaçı Həsənova Mehrı̇ ban Çərkəz qızının vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə qeyd olunanlara uyğun izahat verib iddianın təmin edilməsi barədə (iddianın həcminin azaldılması barədə ərizə nəzərə alınmaqla) qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 vəkili və etibarnamə üzrə nümayəndəsi, cavabdehlər Cavabdeh5 və Cavabdeh2 etibarnamə üzrə nümayəndələri Vəkil Nemət qızı məhkəmə iclasında iddianı qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, çıxarışın verilməsinə əsas Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə olmuşdur. Həmin şəhadətnamə işlənərkən yaşayış evi göstərilmiş və həmin sənədlər əsasında da tərəflər çıxarış almışdır. İddiaçı isə həmin hüquqmüəyənedici sənədi mübahisələndirməmişdir. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. İş üzrə cavabdehlər Xancanova Qərı̇ bə Fazı̇ l qızına, Əmlak Məsələlərı̇ Dövlət Komı̇ təsı̇ nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı̇ Xı̇ dmətı̇ nin 9 saylı Qəbələ Ərazı̇ İdarəsı̇ nə və maraqlı şəxs Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Xancanova Qərı̇ bə Fazı̇ l qızı, cavabdeh Əmlak Məsələlərı̇ Dövlət Komı̇ təsı̇ nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı̇ Xı̇ dmətı̇ nin 9 saylı Qəbələ Ərazı̇ İdarəsı̇ nin və maraqlı şəxs Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndələri məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Ona görə də məhkəmə işə, cavabdeh Xancanova Qərı̇ bə Fazı̇ l qızının, cavabdeh Əmlak Məsələlərı̇ Dövlət Komı̇ təsı̇ nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı̇ Xı̇ dmətı̇ nin 9 saylı Qəbələ Ərazı̇ İdarəsı̇ nin və maraqlı şəxs Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndələrinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxxx 2015-ci il tаrixdə verilmiş RX seriyаlı ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxаrışın surətindən müəyyən olunur ki, Cavabdeh1 adına ünvan 2 ünvanda, 0,07 ha torpaq sahəsində ümumi sahəsi 79.7 kv.m olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reystrində 40 nömrəli reyestr kitabının 56-ci vərəqində qeydiyyata alınmışdır. Mülk onunla birgə Şükürova Nərmı̇ n Ramı̇ z qızı, Cavabdeh2 Ramı̇ z oğlu və Xancanova Qərı̇ bə Fazı̇ l qızının paylı mülkiyyətindədir. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 82/69 nömrəli “Ölüm haqqında” arayışdan görünür ki, X17 xx xxxx 1991-ci il tarixdə Qəbələ şəhərində “insult, hiperrtoniya” xəstəliyindən vəfat etmişdir. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 83/69 nömrəli “Ölüm haqqında” arayışdan görünür ki, X27 xx xxxx 1981-ci il tarixdə Bakı şəhəri Səbail rayonunda “ürək çatmamazlığı”ndan vəfat etmişdir. İş materiallarında olan JN-1114F, kod 40601004 saylı «Torpağın mülkiyyətəverilməsinə dair şəhadətnamə»nin təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarı ilə Qəbələ şəhərində X16, Cavabdeh3, X23 və X26 ümumi birgə mülkiyyətinə 0,07 həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası X35 Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Vəkil Nemət qızına ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli, **********96 nömrəli məktubda göstərilmişdir ki, Cavabdeh1 və digərlərinin ümumibirgə mülkiyyətində olan Qəbələ şəhəri, V.Qəhrəmanov küçəsi, 39 ünvanında 0,07 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi (q/n- ********** olan xx.xx.2019-cu il tarixli çıxarış) Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarına əsasə 4 (dörd) nəfərin adına tərtib edilmiş oktyabr 2002-ci il tarixli JN 1114F kod 40601004 olan “torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə” əsasında qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası X35 Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən vəkil Nümayəndə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, **********20 nömrəli məktubda göstərilmişdir ki, X18 adına Qəbələ şəhəri ərazisində xx.xx.1962-ci il tarixli fərdi yaşayış evinə aid texniki pasport tərtib edilmişdir, lakin, həmin əmlak dekabr 1988-ci il tarixli texniki pasporta əsasən X8 adına keçmişdir. Hal-hazırda ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə aid X8 adına tərtib edilmiş inventar nömrəsi 406-1/204 olan “A” və “B” tikililəri üçün 1988-ci il tarixli texniki pasport vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışdan görünür ki, İddiaçı ünvan 7 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəbdən məhkəmə, iddianın qanuni əsasının, yəni iddiaçının rəhbər tutduğu maddi-hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğuna hüquqi qiymət verməlidir. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Həmin Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məhkəmə ilk olaraq iddiaçının “Çıxarışın qismən, yəni daşınmaz əmlakın növü – fərdi yaşayış evi və daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə) – 79.7 hissəsində etibarsız hesab olunması” tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, iddiaçı iddia tələbində göstərir ki, anasından qalmış Qəbələ şəhəri, V.Qəhrəmanov küçəsi, 39-da miras əmlakı vəsiyyətnamə ilə vəsiyyət olunan digər bacısı Cavabdeh1 özünü və digər ailə üzvləri Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adına ümumi birgə mülkiyyət əsasında Azərbaycan Respublikası X35 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixdə, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarış əldə etmişdir. Onun isə sənədləşmədən xəbəri olmamışdır. Ona görə də hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adına qanunsuz əldə olunmuş Çıxarış etibarsız hesab olunaraq ləğv edilməlidir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 və digərlərinin ümumi birgə mülkiyyətində olan Qəbələ şəhəri, V.Qəhrəmanov küçəsi, 39 ünvanında 0,07 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi (q/n-********** olan xx.xx.2019-cu il tarixli çıxarış) anasının ölümündən 10 (on) il sonra Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarına əsasən 4 (dörd) nəfərin adına tərtib edilmiş oktyabr 2002-ci il tarixli JN 1114F kod 40601004 olan “torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə” əsasında qeydiyyata alınmışdır. Göründüyü kimi, JN-1114F, kod 40601004 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»yə əsasən Qəbələ rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarı ilə Qəbələ şəhərində X16, Cavabdeh3, X23 və X26 ümumi birgə mülkiyyətinə 0,07 həyətyanı torpaq sahəsi və onun üstündə yerləşən fərdi yaşayış evi verilmişdir. Həmin şəhadətnamə əsasında X16, Cavabdeh3, X23 və X9 əldə etmişlər. İddiaçının qeyd etdiyi kimi şəhadətnamədə mərhum X3nın adı olmamışdır. Belə ki, həmin X1 adı ola da bilməzdi. Çünki qeyd olunan sənəd N.D.Hacıyevanın ölümündən on il sonra cavabdehlərin birgə mülkiyyətinə verilmişdir. Bu səbəbdən iddiaçının sənədləşmənin ondan xəbərsiz edilməsi barədə qeyd etdikləri həqiqəti əks etdirə bilməz. Həmçinin Azərbaycan Respublikası X35 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən əldə olunmuş Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışın qismən, yəni daşınmaz əmlakın növü – fərdi yaşayış evi və daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə) – 79.7 hissəsində etibarsız olunması ilə bağlı məhkəmə qeyd edir ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə aid X8 adına tərtib edilmiş inventar nömrəsi 406-1/204 olan “A” və “B” tikililəri üçün 1988-ci il tarixli texniki pasport olsa da, (baxmayaraq ki, iddiaçı tərəfindən belə bir Texniki Pasport məhkəməyə təqdim olunmamışdır.) həmin texniki pasport iddiaçının anasının xüsusi mülkiyyətində olmuş miras əmlak olmasına dair hüquqmüəyyənedici (mülkiyyətin məxsusluğuna və statusuna dair) sənəd deyildir. Həmçinin çıxarışın verilməsinə əsas Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə olmuşdur. Həmin şəhadətnamədə də yaşayış evi göstərilmiş və həmin sənədlər əsasında da tərəflər çıxarış almışdır. İddiaçı tərəf isə həmin Şəhadətnaməni heç vaxt mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 178.1-ci maddəsinə görə isə daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə yuxarıda şərh olunanları, qanunvericiliyin sadalanan müddəalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi Azərbaycan Respublikası X35 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən əldə olunmuş Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışın qismən, yəni daşınmaz əmlakın növü – fərdi yaşayış evi və daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə) – 79.7 hissəsində etibarsız olunması hissəsində təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; yəni hazırkı iş üzrə iddiaçının anasının mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi fərdi yaşayış evi və daşınmaz əmlak olan digər tikililərin (təndir evi, hamam, mal tövləsi və digər əmlaklar) iddiaçının anasına məxsusluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırkı halda iddiaçı cavabdehlərin onun hansı hüquqlarını pozmasını sübuta yetirə bilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının, o cümlədən Cavabdeh1 X3 xx.xx.1991-ci ildə vəfat etmişdir. Tərəflərdən heç biri həmin dövrdə vərəsəliklə bağlı notariat kontoruna və ya məhkəməyə müraciət etməmişlər. Qeyd olunan torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin ilkin sənədləşdirilməsi xx.xx.2001-ci il tarixdə Cavabdeh1 müraciəti əsasında həyata keçirilmiş və ona ailə üzvləri ilə birlikdə qeyd olunan daşınmaz əmlaka dair Qəbələ rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarı ilə JN-1114F, kod 40601004 saylı «Torpağın mülkiyyətəverilməsinə dair şəhadətnamə» verilmiş, onlar sonradan həmin Şəhadətnamənin əsasında qeyd olunan daşınmaz əmlaka dair xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarış almışdılar. Qeyd olunan hüquqmüəyyənedici sənədlərdə X7 daşınmaz əmlaka hüququna dair hər hansı bir qeyd olmamışdır. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçı hazırkı tələblə bağlı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki onun anası, yəni X15mübahisəli fərdi yaşayış evi və daşınmaz əmlak olan digər tikililərin (təndir evi, hamam, mal tövləsi və digər əmlaklar) üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. Düzdür, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə aid X8 adına tərtib edilmiş inventar nömrəsi 406-1/204 olan “A” və “B” tikililəri üçün 1988-ci il tarixli texniki pasport vardır. Lakin həmin texniki pasport iddiaçının anasının xüsusi mülkiyyətində olmuş miras əmlak olmasına dair hüquqmüəyyənedici (mülkiyyətin məxsusluğuna və statusuna dair) sənəd deyildir. Eləcə də yuxarıda qeyd olunan Şəhadətnamədə də həmin Texniki pasportla bağlı hər hansı bir qeyd aparılmamışdır. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə proses iştirakçılarının digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Hazırkı iş üzrə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsədə, o, öz iddia tələbini sübuta yetirə bilməmişdir. Beləki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas gösrtəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, mübahisəsi gedən fərdi yaşayış evi və daşınmaz əmlak olan digər tikililərin (təndir evi, hamam, mal tövləsi və digər əmlaklar) iddiaçının X3nın mülkiyyətində olması müəyyən edilməmişdir, ona görə də çıxarışın etibarsız hesab olunması, iddiaçının vərəsəlik hüququnun təmin edilməsi və vərəsəlik payının müəyyən edilməsi yolverilməzdir. Çünki, iddianın təmin olunması cavabdehlərin mülkiyyətçi olaraq qanunla qorunan və qorunmasına dövlət tərəfindən təminat verilən hüquqlarırın pozulmasına səbəb olacaqdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək, bütövlükdə iddianı əsaslı saymayıb, onun təmin edilməməsi qənaətinə gəlir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və maraqlı şəxs Qəbələ regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə qarşı “Çıxarışın etibarsız hesab olunması və vəsiyyətnamə üzrə miras payının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar