Məhkəmə qərarları › İş №2(025)-657/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-657/2020

31.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-657/2020 31.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı “vərəsəliyin və miras pay torpağının paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t di İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı “vərəsəliyin və miras pay torpağının paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 mülkiyyətində olan bütün əmlakını o cümələdən Dızaxlı kəndində yerləşən yaşayış evini, bütün tikililəri, torpaq sahələrini vəsiyyət üzrə 1/2 hissəsini onun adına vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, mərhum xx xxxx 2014-cü il tarixdə vəfat etmiş X3 qızıdır. Anası, X9 ürəyin işemik xəstəliyindən dünyasını dəyişmişdir. Anası, X1 rayonu, Dizaxlı kəndinə yaşamış və rəhmətə getmişdir. Mərhumun adına JN-0014, 40606018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 3.66 ha JN-007H, 40606018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, 0.31 ha torpaq sahəsi, JN-007F, 40606018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, 0.32 ha torpaq sahəsi və JN-007G, 40606018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, 0.08 ha torpaq sahəsi Dızaxlı kəndində pay torpağı ayrılmışdır. Miras qoyanın huquqi varisləri - övladları İddiaçı, Cavabdeh1, Cavabdeh2 qzı, Cavabdeh3 qzı, Cavabdeh4, Cavabdeh5 və X14- miras əmlakı faktiki qəbul edərək yaşamışlar. Miras əmlakı bərabər şəkildə qəbul edərək yaşasalar da hazırda qeyd olunan mübahisə predmeti olan əmlakın bölünməsində mübahisə yaranmışdır. Belə ki, miras açılan vaxt vərəsəlik şəhadətnaməsinin alınması üçün aidiyyəti Qəbələ regional Asan Xidmət Mərkəzində Notariat Kontoru vərəsələri müəyyən edilmişdir, lakin vərəsəlik şəhadətnaməsi verilməmişdir. Vərəsəliyin müəyyən edilməsi barədə və miras payın bölüşdürülməsi barədə ərizəyə aidiyyəti üzrə baxılmış və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, iddiaçı, Cavabdeh1a mərhum X4 məxsus olmuş Torpağa mülkiyyət hüququna dair JN0014, 40606018 saylı Dövlət aktına əsasən 3.66 ha torpaq sahəsindən 0.83365 ha müəyyən edilmiş, lakin mənim vəziyyətnamə olduğu üçün digər torpaq sahələri üzrə yenidən iddia ilə müraciət etməyini tövsiyyə etdilər. Gəcəkdə onun və mərhum anasının payına başqa vərəsələlərin maneçilik törətməməsini əsas tutuaraq onun payının müəyyən edilərək məhkəmə qaydasında ayrılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf edərək bəhs olunan torpaq sahəsinin bölünməsi ilə razı olduğunu bildirdi. Mirasın bölünməsini və mirasdan ona düşən payın qardaşı Cavabdeh5 verilməsini xahiş etdi. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və eyni məzmunlu ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf edərək bəhs olunan torpaq sahəsinin bölünməsi ilə razı olduğunu bildirdi. Mirasın bölünməsini və mirasdan ona düşən payın qardaşı Cavabdeh5 verilməsini xahiş etdi. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və eyni məzmunlu ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Cavabdeh5 iddia tələbini etiraf edərək bəhs olunan torpaq sahəsinin bölünməsi ilə razı olduğunu bildirdi. Mirasın bölünməsini və mirasdan ona düşən payın özünə verilməsini xahiş etdi. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və eyni məzmunlu ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Cavabdeh4 nümayəndəsi X12 iddia tələbini etiraf edərək bəhs olunan torpaq sahəsinin bölünməsi ilə razı olduğunu bildirdi, Mirasın bölünməsini və mirasdan Cavabdeh4 düşən payın Cavabdeh4 özünə verilməsini xahiş etdi. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və eyni məzmunlu ərizəsini məhkəməyə təqdim etdi. İş üzrə cavabdehlər Cavabdeh6 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-0014, kod 40606018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Qəbələ rayon X7 xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə X9, İddiaçı, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 ümumi birgə mülkiyyətinə 3,66 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-007F, kod 40606018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin surətindən görünür ki, Qəbələ rayon X7 xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə X9, İddiaçı, Cavabdeh2 və Cavabdeh5 ümumi birgə mülkiyyətinə 0,32 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-007G, kod 40606018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin surətindən görünür ki, Qəbələ rayon X7 xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə X9, İddiaçı, Cavabdeh2 və Cavabdeh5 ümumi birgə mülkiyyətinə 0,08 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-007H, kod 40606018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin surətindən görünür ki, Qəbələ rayon X7 xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə X9, İddiaçı, Cavabdeh2 və Cavabdeh5 ümumi birgə mülkiyyətinə 0,31 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəbələ rayon Dızaxlı kənd X8 tərəfindən xx xxxx 1987-ci il tarixdə verilmiş İİİ-ЖГ №278269 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxxx 1987-ci ildə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 09 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ rayon Dızaxlı kənd X8 tərəfindən xx xxxx 2014-cü il tarixdə verilmiş AZ-İ №672360 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxx 2014-cü ildə Qəbələ rayon, Dızaxlı kəndində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx xxxxxxx 2007-ci il tarixli Vəsiyyətnamədən görünür ki, X9 bütün əmlakını o cümlədən Qəbələ rayon, Dızaxlı kəndində yerləşən yaşayış evini, bütün tikililəri və adına olan torpaq sahələrini qızı İddiaçı vəsiyyət etmişdir. İşdə olan Qutqaşen rayon Dızaxlı kənd soveti tərəfindən xx xxxxxx 1965-ci il tarixdə verilmiş АЗ № 588339 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1963cц il tarixdə Qəbələ rayonu, Dızaxlı kəndində anadan olmuş, anası X9, atası X6r. İşdə olan Qutqaşen rayon Dızaxlı kənd soveti tərəfindən xx xxxxxx 1967-ci il tarixdə verilmiş АЗ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 xx.xx.1967-ci il tarixdə Qəbələ rayonu, Dızaxlı kəndində anadan olmuş, anası X9, atası X6r. İşdə olan Qutqaşen rayon Dızaxlı kənd soveti tərəfindən xx xxxx 1978-ci il tarixdə verilmiş АЗ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1970-ci il tarixdə Qəbələ rayonu, Dızaxlı kəndində anadan olmuş, anası X9, atası X6r. İşdə olan Qutqaşen rayon Dızaxlı kənd soveti tərəfindən xx xxxxxx 1973-cü il tarixdə verilmiş İ-ЖГ № 493027 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1973-cü il tarixdə Qəbələ rayonu, Dızaxlı kəndində anadan olmuş, anası X9, atası X6r. İşdə olan Qutqaşen rayon Dızaxlı kənd soveti tərəfindən xx xxxxxx 1978-ci il tarixdə verilmiş İV-ЖГ № 498792 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh5 xx.xx.1978-ci il tarixdə Qəbələ rayonu, Dızaxlı kəndində anadan olmuş, anası X9, atası X6r. İşdə olan Qəbələ rayon Dızaxlı kənd İ.Ə.N tərəfindən xx xxxxx 1995-ci il tarixdə verilmiş Vİİ- ЖГ № 259542 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 xx xxxxxx 1967-ci il tarixdə X10 ilə rəsmi nikaha girmiş və bu barədə Qəbələ rayon Dızaxlı kənd İ.Ə.N tərəfindən 2 nömrə ilə nikah qeydi aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Osmanov, arvada Osmanova soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1282.1-ci maddəsinə əsasən əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcbur pay) təşkil edir. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Qəbələ rayonu X7 xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə X3 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Dızaxlı kəndində JN-0014, kod 40606018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında 3,66 ha, JN-007F, kod 40606018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» əsasında 0,32 ha, JN- 007G, kod 40606018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» əsasında 0,08 ha, JN-007H, kod 40606018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» əsasında 0,31 ha torpaq sahəsi verilmişdir. X9 xx xxxx 2014-cü il tarixdə vəfat etmişdir. Ədisə Məhərrəmova (miras qoyan) bütün əmlakını o cümlədən adına olan torpaq sahələrini İddiaçı vəsiyyət etmişdir. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 da birinci növbə vərəsələr sırasına daxil olduqlarından onların da analarından qalan miras əmlakda məcburi payı vardır. Qeyd olunan torpaq sahələrinin mərhum X3 payına düşən hissəsinin bütövlükdə İddiaçı vəsiyyət edildiyini nəzərə alaraq məcburi payçı olaraq iddiaçının qeyd olunan torpaq sahələrinin hər birindən X2 miras qalmış hissədəki payı ½ hissə təşkil edir. Miras qalmış torpaq sahələrinə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün vərəsələrdən İddiaçı Qəbələ Regional «Asan Xidmət» mərkəzindəki notariat kontoruna müraciət etmiş, lakin vərəsələr miras əmlakdan payların müəyyən olunmasına görə notariat orqanına gəlmədikləri və lazımi sənədləri təqdim etmədikləri halda payların məhkəmə qaydasında müəyyən olunması üçün məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Qəbələ rayonu X7 xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə X3 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Dızaxlı kəndində JN-0014, kod 40606018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında 3,66 ha, JN-007F, kod 40606018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» əsasında 0,32 ha, JN-007G, kod 40606018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» əsasında 0,08 ha, JN-007H, kod 40606018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» əsasında 0,31 ha torpaq sahələrindən X3 payına düşən hissə üzərində İddiaçı payı ½ hissə olaraq müəyyən edilməli və həmin hissə üzərində iddiaçının vəsiyyət üzrə vərəsəlik hüququ tanınmalıdır. Məhkəmə həmçinin iddianın "Dızaxlı kəndində yerləşən yaşayış evini və bütün tikililərini vəsiyyət üzrə 1/2 hissəsini onun adına vərəsəlik hüququnun tanınması" hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı iddiaçı iddianı bu hissədə əsaslandıra bilməmiş, məhkəməyə daşınmaz əmlaklarla bağlı hər hansı bir hüquq müəyyənedici sənəd göstərməmiş və bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumunun qənaətinə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququna dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Həmin Məhkəmənin İvaşkieviç Polşaya qarşı iş üzrə xx xxxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (§ 44) Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxx 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə x xxxxxxx 2012-ci il tarixli Qərarları). Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1153-cü maddəsi). Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir.Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. "Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Onu da nəzərə almaq lazımdır ki, MPM-nin 106.3-cü maddəsinin tələbinə görə, tərəfin tələb və etirazlarının əsaslandırıldığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə JN-0014 nömrəli (kod:40606018) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə verilmiş torpaq sahəsinin,Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə JN-007F nömrəli (kod:40606018) “Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş torpaq sahəsinin, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə JN-007G nömrəli (kod:40606018) “Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş torpaq sahəsinin vəQəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə JN-007H nömrəli (kod:40606018) “Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş torpaq sahəsinin mərhum X3 mülkiyyətində olan payından ½ hissəsi üzərində İddiaçı vəsiyyət üzrə vərəsəlik hüququ tanınmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə JN-0014 nömrəli (kod:40606018) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə verilmiş torpaq sahəsinin,Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə JN-007F nömrəli (kod:40606018) “Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş torpaq sahəsinin, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə JN-007G nömrəli (kod:40606018) “Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş torpaq sahəsinin vəQəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə JN-007H nömrəli (kod:40606018) “Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş torpaq sahəsinin mərhum X3 mülkiyyətində olan payından ½ hissəsi üzərində İddiaçı vəsiyyət üzrə vərəsəlik hüququ tanınsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar