Məhkəmə qərarları › İş №2(025)-68/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-68/2022

10.02.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-68/2022 10.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 iştirakları ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 28 noyabr 1986-cı ildə Qəbələ rayonu, Çarxana kəndində anadan olmuş, Qəbələ rayonu, Çarxana kəndində qeydiyyatda olan və yaşayan X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib göstərdi ki, o, X9 ilə 1977-ci ildə ailə qurmuş və nikahını 22.08.1977-ci il tarixində rəsmiləşdirmişlər. Həyat yoldaşı 06.07.2020-ci il tarixində astmatik statusdan vəfat etmişdir. Birgə nikahdan 5 övladı anadan olmuşdur. Uşaqlarından 28 noyabr 1986-cı il təvəllüdlü X2 2009-cu il tarixindən katatonik şizofreniya, katatonik sindrom xəstəliyi yaranmış və onda nitq qüsuru, ruhi sferanın dərin qüsuru ilə və s. olmaqla, davranış pozğunluqları yaranmışdır ki, hal-hazırda xəstədir, sonuncu dəfə 05.03.2021- 13.04.2021-ci il tarixində Şəki RPX-da stasionar müalicə almışdır və özünü sərbəst idarə edə bilmir, ona baxaraq qulluq göstərir. X12 tibbi müayinlərinə görə kənar şəxslərin köməyinə ehtiyacı olan şəxs hesab olunmuşlar. Onun xəstəlikləri ilə əlaqədar öz hərəkətlərini tənzimləyə bilmədiyindən başqa şəxsin köməyinə və qayğısına ehtiyacları vardır. Hal-hazırda bəzi hüquqmüəyyənedici sənədlərin onun tərəfindən imzalanması zərurəti yarandığından bir sıra çətinliklərlə üzləşir. Həmçinin, xəstə Qəbələ Rayon Mərkəzi Xəstəxanasının ruhi əsəb kabinetində qeydiyyatdadır. Odur ki, övladı X6 öz hərəkətlərinin mənasını başa düşməməsinə görə onun fəaliyyət qabiliyyəti olmaması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 28 noyabr 1986-cı ildə anadan olmuşdur. İşdə olan Qutqaşen rayon Hacallı kənd soveti tərəfindən 12 dekabr 1986-cı il tarixdə verilmiş Xİİ-JQ № 316752 saylı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X6 28 noyabr 1986-cı ildə Qəbələ rayon Çarxana kəndində anadan olmuşdur. X3, anası Ərizəçidır. İşdə olan Qutqaşen rayon Hacallı kənd soveti tərəfindən 22 avqust 1977-ci il tarixdə verilmiş İ-JQ № 415877 saylı Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X8 22 avqust 1977-ci ildə X10 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Rəfiyev, arvada Rəfiyeva soyadı verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 17 iyul 2020-ci il tarixdə verilmiş AZ-İİ № 101085 saylı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X10 06 iyul 2020-ci il tarixdə Qəbələ rayon Çarxana kəndində vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş Ambulator kitabçadan çıxarışın surətindən görünür ki, X2 “Katatonik şizofreniya” (F 20.2) aşkar olunur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 28.12.2021-ci il tarixli, 4431 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs X2 “şizofreniya katatonik forma, psixi qüsur əlamətləri ilə” (F20.2) xroniki psixi xəstəliyi" qeyd olunur. Bunu anamnestik məlumatlar (2009-cu ildən psixi vəziyyətinin dəyişməsi, dəfələrlə psixiatrdan müalicə alması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki rayon Psixiatriya Xəstəxanasında “Katotonik şizofreniya. Katotonik sindromla və nitq qüsuru" diaqnozu ilə stasionar müalicədə olması), həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər (zahirən süst və bir qədər gərgin olması, bələdliyinin zamana və məkana görə pozulması, ünsiyyətə çətinliklə daxil olması, təfəkkürünün paralogik olması, autizm əlamətlərinin qeyd olunması, emosional sferasının solğun olması, maraq dairəsinin məhdud olması, keçirilən ekspertizanın məqsədini dərk etməməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. İİ. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə-psixatriya ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən, məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1 -ci sual: X6 hər hansı bir psixi xəstəlikdən əzab çəkirmi? Cavab: X2 şizofreniya katatonik forma, psixi qüsur əlamətləri ilə xroniki psixi xəstəliyi müəyyən edilir. 2-ci sual: X1 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Cavab: X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5in fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 28.12.2021-ci il tarixli, 4431 saylı rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçiya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 28 noyabr 1986-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. 28 noyabr 1986-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar