Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-680/2022 21.07.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1962-ci il tarixdə Qəbələ rayonu Tikanlı kəndində anadan olmuşdur. O, X4 ilə ailə qurmuşdur. Onların birgə nikahlarından xx.xx.1993-cü il tarixdə Elşad adlı oğlanları anadan olmuşdur. Övladı X1 rayonu Yemişanlı kənd sakini olmaqla, uşaqlıqdan 1-ci qrup ömürlük əlildir, Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsindən pensiya almaqla, əlillik vəsiqəsi də verilmişdir. O, uşaqlıqdan hal-hazıradək Yemişanlı kəndində qeydiyyatda olmaqla onun himayəsində yaşayır. Psixi qüsurlu olan qızı Elşad Muxtarlı anadangəlmə ömürlük əlil olduğundan hər cür qulluğa ehtiyacı vardır. Başqasının köməyi olmadan müstəqil hərəkət etmək və qərar vermək qabiliyyəti yoxdur, öz hərəkətlərini dərk etmədiyi üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə zərurət yaranmışdır. Bəzi hallarda onun tərəfindən hüquqmüəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından bir sıra çətinliklərlə üzləşir. Ona görə də ona qəyyum və ya himayəçi təyin edilmədən onun hüquqlarını həyata keçirmək mümkün deyildir Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yemişanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 aprel 2022-ci il tarixli, 123 nömrəli arayışa əsasən X1 rayon Yemişanlı kənd sakinidir və hal-hazırda həmin kənddə yaşayır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı Şəki-Zaqatala regional filialı tərəfindən verilmiş 14 aprel 2022-ci il tarixli arayışa əsasən, Qəbələ rayonu Yemişanlı kənd sakini X10 İ dərəcə ümumi səbəbdən əlil olmaqla hər ay 220 (iki yüz iyirmi) manat sosial müavinət, 130 (bir yüz otuz) manat prezident təqaüdü alır, əlilliyin müddəti isə ömürlükdür. Eyni zamanda Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X26 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qəbələ Rayon Mərkəzi Xəstəxənası” X29 tərəfindən verilmiş 433 nömrəli arayışdan görünür ki, Qəbələ rayon Yemişanlı kənd sakini, 1993-cü il təvəllüdlü X1 RMX PHŞ-nin Poliklinika şöbəsinin Nevroloji kabinetində xx.xx.1994-cü il tarixdən qeydiyyatdadır. (diaqnoz: Uşaq serebral iflici. (Tetraparetik forma). G80) Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verib, ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə müvafiq qətnamənin qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan 19 may 1993-cü il tarixli, XVİİİ-ЖГ seriyalı, 305994 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.1993-cü il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1993-cü ildə 64 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı Şəki-Zaqatala regional filialı tərəfindən verilmiş 14 aprel 2022-ci il tarixli, **********8 saylı arayışdan görünür ki, Qəbələ rayon Yemişanlı kənd sakini X10 İ dərəcə ümumi səbəbdən əlil olmaqla hər ay 220 (iki yüz iyirmi) manat sosial müainət, 130 (bir yüz otuz) manat Prezident təqaüdü alır. Əlilliyin Müddəti – ömürlük. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi TƏBİB “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X30 tərəfindən təqdim edilmiş 433 saylı, xx.xx.2022-ci il tarixli arayışında göstərilir ki, 1993-cü il təvəllüdlü X10 həqiqətən Qəbələ RMX PHŞ-nin Poliklinika şöbəsinin nevroloji kabnetində “Uşaq serebral iflici. (Tetraparetik forma). G 80” diaqnozunu ilə xx.xx.1994-cü il tarixdən qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Yemişanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 aprel 2022-ci il tarixli, 123 nömrəli arayışdan görünür ki, X1 rayonu Yemişanlı kənd sakinidir və həmin qəsəbədə yaşayır. Qəbələ Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2(025)-680/2022 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, iş üzrə rəy verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə göndərilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: X10 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi? X10 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X18 Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli, 1654 saylı rəyi ilə mülki iş materiallarından, təqdim edilmiş tibbi sənəd və yoxlanılan şəxsin anasından toplanılmış anamnestik məlumatlardan aşağıdakılar məlum olur. Yoxlanılan şəxs X11 26.04 1993-cü il tarixdə Qəbələ rayonu Yemişanlı kəndində anadan olmuşdur . İrsiyyəti psixi xəstəliklərlə ağırlaşmayıb. Valideynləri qohum deyil. Ailədə iki uşaqdan sayca birincidir. Ananın hamiləliyi və doğuşu çətin keçmişdir. Anadan olarkən doğuş travması ilə doğulmuşdur. İlkin psixofiziki inkişafı həmyaşıdlarına nisbətən xeyli geri qalmışdır. Heç bir təhsil almamışdır. Subaydır. Rəsmi olaraq heç yerdə işləmir. Zərərli vərdişləri inkar edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə fondu 1 saylı Şəki - Zaqatala regional filialının xx.xx.2022 ci il tarixli **********98 saylı arayışından məlum olur ki, X11 İ dərəcə ümumi səbəbdən əlil olmaqla hər ay 220 ( iki yuz iyirmi ) manat sosial muavinət, 130 manat (bir yüz otuz) manat Prezident təqaüdü alır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB " Qəbələ rayon X17 Hüquqi Şəxsin 16 04.2022-ci il tarixli, 433 saylı arayışdan məlum olur ki, X11 adı göstərilən xəstəxananın poliklinika şöbəsinin nevroloji kabinetinde xx.xx.1994 - cü il tarixdən “Uşaq serebral iflici (Tetraparetik forma)" diaqnozu ilə qeydiyyatdadır. Ambulator məhkəmə - psixiatrik ekspertizasının təyini haqqındakı qərardan məlum olur ki, ərizəçi X8 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1993-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilməlidir. Buna görə də X12 barəsində ambulator məhkəmə - psixiatrik ekspertizasının təyin edilməsi barədə qərar çıxarmış və məhkəmə - psixiatriya ekspertizasının aparılması Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Yoxlanılan şəxsin obyektiv müayinəsi. Yoxlanılan şəxsin obyektiv müayinəsi onun vəziyyətinin somatik, nevroloji və psixi cəhətdən qiymətləndirilməsindən ibarətdir. Şikayətləri: Səhhətindən şikayət təqdim edə bilmir. Somatik statusu: Yoxlanılan şəxs düzgün bədən quruluşludur. Dəri və gözə görünən selikli qişalar adi rəngdədir. Daxili orqanlar tərəfindən kobud patologiya aşkar olunmur. Nevroloji statusu: Mərkəzi sinir sistemi tərəfindən üzvi dəyişiklik əlamətləri qeyd olunur. Nevroloji statusu: Mərkəzi sinir sistemi tərəfindən üzvi dəyişiklik əlamətləri qeyd olunur. Pxisi statusu: Zahirən passiv görünür. Bələdiyi bütün istiqamətlərdə pozulub. Ünsiyyətə çətinliklə daxil olur. Verilən sualları başa düşmür, tək-tək anlaşılmaz sözlər işlədir. Söz ehtiyatı kasaddır. Mnestik qbailiyyəti və intelellektual səviyyəsi aşağıdır. Emosional-iradi sferası enib. Maraq dairəsi məhduddur. Ətrafında baş verən hadisələrə maraq göstərmir. Keçirilən ekspertizanın məqsədini dərk etmir. Öz vəziyyətinə qarşı tənqidi yoxdur. Yoxlanılan şəxs X6 " UŞAQ SEREBRAL İFLİCİ İLƏ ƏLAQƏDAR ƏQLİ GERİLİK " (F72) qeyd olunur. Bunu anamnestik məlumatlar (doğuş zədəsi ilə doğulması, erken psixo - fiziki inkişafdan geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil ala bilməməsi, Azerbaycan Respublikası İcban Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB “Qəbələ rayon Mərkəzi Xəstəxanası” X28 poliklinika şöbəsinin nevroloji kabinetinde xx.xx.1994-cü il tarixdən“ Uşaq serebral iflic (Tetraparetik forma) diaqnozu ilə qeydiyyatda olması, İ qrup əlil olması) hazırkı müayinə zamanı aşkar olunan əlamətlər (zahirən passiv, ətrafında baş verən hadisələrə maraq göstərməməsi, verilən sualların anlamaması, amnestik qabiliyyətinin və intellektual səviyyəsinin aşağı olması, emosional - iradi sferasının enməsi, maraq dairəsinin məhdud olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması ve sair) sübut edir. Beləliklə, X7 uşaq serebral iflici ilə əlaqədar yaranan əqli gerilik müəyyən edilir. X13 öz psixi vəziyyətinə gorə hərəkətlərinin mənəsını dərk etmək və onlan şuurlu idarə etmək iqtidarına malik deyil. X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X18 Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli, 1654 saylı rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X3 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1967-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1993-cü il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-680/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-680/2022
21.07.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver