Məhkəmə qərarları › İş №2(025)-691/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-691/2021

26.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-691/2021 26.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi2 və Ərizəçi1 nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, JN-183B, kod 40616028 və JN-183F, kod 40616028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin onlara dair hissəsində Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edib göstərdi ki, onlar Ərizəçi1 və X11 18.11.1972-ci və xx.xx.1979-cu illərdə Qutqaşen (indiki Qəbələ) rayonu, Nohurqışlaq kəndində anadan olmuşlar. O, X11 02.11.2002-ci il tarixdə X4 ilə nikaha daxil olaraq soyadını “Calalova” kimi qeyd etdirmişdir. Qəbələ rayonu Aqrar İslahat Komissiyasımn 26 dekabr 2002-ci il tarixli 17 nömrəli qərarları ilə onlara valideynləri Nümayəndə Mövlud oğluna və X3 digər ailə üzvləri X12, X8 Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindən 0,53 ha və 0,33 ha həyətyanı torpaq sahələrinə görə JN- 183B, KOD 40616028 saylı və JN-183F, KOD 40616028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə sonradan onlara məlum olmuşdur ki, soyadları səhvən “Əhmədov”, “Əhmədova” kimi yazılmışdır. Lakin şəxsiyyət vəsiqəsində, pasportda, doğum və nikah haqqında şəhadətnamələrdə və digər sənədlərdə Ərizəçi1 və X2 yazılır və “Məcidov” soyadını valideynlərin mərhum ulu babası Məcidin adma uyğun olaraq onlara vermişdir. Hazırda onlara məxsus torpaq sahələrinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər, lakin Şəhadətnamələrdə soyadları düzgün yazılmadığından bu mümkün deyildir. Şəhadətnamələri verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən həmin sənədlərdəki yanlışlıqları aradan qaldıra bilmirlər. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən aidiyyatı üzrə Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə yanlışlıqların aradan qaldırılması barədə müraciət olunmuş, müvafiq olaraq 19 oktyabr 2020-ci il tarixli, **********39 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 nümayəndəsi Nümayəndə ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-183B, kod 40616028 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 dekabr 2002-ci il tarixli 17 nömrəli qərarına əsasən Nümayəndə, X1, X9, X5, X10 və X6 ümumi birgə mülkiyyətinə 0.53 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon Tüntül kənd ИДС tərəfindən 08 iyul 1979-cu il tarixdə verilmiş Vİ-Ж № 389985 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Məcidova Könül Mamed qızı xx xxxx 1979-cu il tarixdə Qutqaşen rayonu, Nohurqışlaq kəndində anadan olmuş, doğum haqqında şəhadətnamədə ərizəçinin soyadı “Məcidova” olaraq qeyd edilmiş, sonradad düzəliş qeydi aparılaraq soyadı “Əhmədova” kimi qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Tüntül kənd İƏNi tərəfindən 05 fevral 2016-cı il tarixdə verilmiş AZ-İİ № 090089 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 02 noyabr 2002-ci il tarixdə X4 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Calalov, arvada Calalova soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədə ərizəçinin soyadı “Calalova” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 soyadı şəxsiyyəti təsdiq edən sənəddə “Calalova” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Tüntül kənd İƏN tərəfindən 25 oktyabr 2005-ci il tarixdə verilmiş AZ-İ № 686466 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 18 noyabr 1972-ci il tarixdə Qəbələ rayonu, Nohurqışlaq kəndində anadan olmuş, doğum haqqında şəhadətnamədə ərizəçinin soyadı “Məcidov” olaraq qeyd edilmişdir.. İşdə olan Qəbələ Qeydiyyat şöbəsi tərəfindən 02 dekabr 2020-cı il tarixdə verilmiş AZ-İİ № 376022 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 Mamed oğlu 12 iyul 2000-ci il tarixdə X7 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Məcidov, arvada Məcidova soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədə ərizəçinin soyadı “Məcidov” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş 25 17 464678 saylı Rusiya Federasıyası vətəndaşın pasportun surətindən görünür ki, Ərizəçi1 soyadı şəxsiyyəti təsdiq edən sənəddə “Məcidov” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.37 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-183B, kod 40616028 nömrəli və JN-183F, kod 40616028 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamələrdə yalnışlığa yol verilərək, “Ərizəçi1” əvəzinə “X16” kimi və “X11” əvəzinə “X13” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-183B (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN-183 F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Ərizəçi1 və Ərizəçi2 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar