Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-692/2021 27.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Ərizəçi (anası) Ərizəçi və fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs Alxasov Vəkil Nizam oğlunun və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakları ilə Ərizəçi maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 30 sentyabr 1976-ci ildə Qəbələ rayonu, Uludaş kəndində anadan olmuş, Qəbələ rayonu, Uludaş kəndində qeydiyyatda olan və yaşayan Alxasov Vəkil Nizam oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, X6 ilə 1973-cü ildə ailə qurmuşdur və nikahlarını 17.10.1973-cü il tarixində rəsmiləşdirmişlər. Həyat yoldaşı 15.09.2003-cü il tarixində hipertenziyadan vəfat etmişdir. Birgə nikahlarından 5 övladları anadan olmuşdur. Uşaqlarından 30 sentyabr 1976-cı il təvəllüdlü Alxasov Vəkil Nizam oğlu doğulan zaman baş-beyin travması almış və onda ağır dərəcəli əqli gerilik, davranış pozğunluqları yaranmışdır ki, hal-hazırda xəstədir, özünü sərbəst idarə edə bilmir və ona baxaraq qulluq göstərir. Oğlu Vəkil Alxasovun tibbi müayinələrinə görə kənar şəxslərin köməyinə ehtiyac olmaqla 1-cü qrup müddətsiz əlil hesab olunmuşdur. O, xəstəlikləri ilə əlaqədar öz hərəkətlərini tənzimləyə bilmədiyindən başqa şəxsin köməyinə və qayğısına ehtiyacları vardır. Bəzi hallarda onun tərəfindən hüquqmüəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından bir sıra çətinliklərlə üzləşir. Həmçinin xəstə Qəbələ Rayon Mərkəzi Xəstəxanasının ruhi əsas kabinetində qeydiyyatdadır. Odur ki, övladı Alxasov Vəkil Nizam oğlu öz hərəkətlərinin mənasını başa düşməməsinə görə onun fəaliyyət qabiliyyəti olmaması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verib, ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 müvafiq qətnamənin qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 07.10.1976-ci il tarixli, İV-ЖГ seriyalı, 344147 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Alxasov Vəkil Nizam oğlu 30.09.1976-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 07.10.1976-cı ildə 64 № ilə qeyd edilmişdir. X1, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial X5 rayon şöbəsi tərəfindən verilmiş 01 may 2017-ci il tarixli, 000153 nömrəli vəsiqəsinin surətindən görünür ki, Alxasov Vəkil Nizam oğlu ömürlük İİ qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışından görünür ki, Alxasov Vəkil Nizam oğu “Ağır dərəcəli əqli gerilik. Davranış pozğunluqları və özünə qulluq qabiliyyətinin kəskin məhdudlaşması. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Özünə qulluq qabiliyyətinin kəskin məhdudlaşması. Kənar şəxlərin qulluğuna ehdiyacı var” diaqnozu ilə İ qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qəbələ Mərkəzi Xəstəxanasının ambulator xəstənin tibbi kartasından görünür ki, Alxasov Vəkil Nizam oğlu adı çəkilən xəstəxananın poliklinika şöbəsində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayonlararası Xəstəxanasının stasionar xəstənin tibbi kartasından çıxarışından göünür ki, Alxasov Vəkil Nizam oğlu “Ağır dərəcəli əqli gerilik. Davranış pozğunluqları və özünə qulluq qabiliyyətinin kəskin məhdudlaşması. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Özünə qulluq qabiliyyətinin kəskin məhdudlaşması. Kənar şəxlərin qulluğuna ehdiyacı var” diaqnozu ilə 25.01.2017-ci il tarixdən 13.02.2017-ci il tarixədək adı çəkilən xəstəxanada müayinədə olub. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayonlararası Xəstəxanasının stasionar xəstənin tibbi kartasından çıxarışından göünür ki, Alxasov Vəkil Nizam oğlu “Ağır dərəcəli əqli gerilik. Davranış pozğunluqları və özünə qulluq qabiliyyətinin kəskin məhdudlaşması. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Özünə qulluq qabiliyyətinin kəskin məhdudlaşması. Kənar şəxlərin qulluğuna ehdiyacı var” diaqnozu ilə 14.03.2017-ci il tarixdən 28.03.2017-ci il tarixədək adı çəkilən xəsdəxanada müayinədə olub. Qəbələ Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(025)-692/2021 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, iş üzrə rəy verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə göndərilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: Alxasov Vəkil Nizam oğlu hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi? Alxasov Vəkil Nizam oğlunun öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Hüquqi Şəxsinin 14.08.2021-ci il tarixli, 2531 saylı rəyi ilə mülki iş materiallarından, təqdim edilmiş tibbi sənəd və yoxlanılan şəxsin anasından toplanılmış anamnestik məlumatlardan aşağıdakılar məlum olur. Yoxlanılan şəxs Alxasov Vəkil Nizam oğlu 30.09.1976-cı ildə Qəbələ rayonu, Uludaş kəndində anadan olmuşdur. İrsiyyəti psixi xəstəliklərlə ağırlaşmayıb. Valideyinləri qohum deyil. Ailədə beş uşaqdan sayca ikincidir. Ananın hamiləliyi normal, doğuş çətin keçmişdir. Anadan olarkən doğuş travması ilə doğulmuşdur. İlkin psixofiziki inkişafı həmyaşıdlarına nisbətən xeyli geri qalmışdır. 8 aylığında qıcolma tutmaları qeyd edilib. Gec gəzib, nitqi qüsurlu inkişaf edib. Heç bir təhsil almamışdır. Subaydır. Rəsmi olaraq heç yerdə işləmir. Zərərli vərdişləri inkar edir. Anamnesis morbi (xəstəlik anamnezi). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışından məlum olur ki, Alxasov Vəkil Nizam oğu “Ağır dərəcəli əqli gerilik. Davranış pozğunluqları və özünə qulluq qabiliyyətinin kəskin məhdudlaşması. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Özünə qulluq qabiliyyətinin kəskin məhdudlaşması. Kənar şəxlərin qulluğuna ehdiyacı var” diaqnozu ilə İ qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qəbələ Mərkəzi Xəstəxanasının ambulator xəstənin tibbi kartasından məlum olur ki, Alxasov Vəkil Nizam oğlu adı çəkilən xəstəxananın poliklinika şöbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayonlararası Xəstəxanasının stasionar xəstənin tibbi kartasından çıxarışından məlum olur ki, Alxasov Vəkil Nizam oğlu “Ağır dərəcəli əqli gerilik. Davranış pozğunluqları və özünə qulluq qabiliyyətinin kəskin məhdudlaşması. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Özünə qulluq qabiliyyətinin kəskin məhdudlaşması. Kənar şəxlərin qulluğuna ehdiyacı var” diaqnozu ilə 25.01.2017-ci il tarixdən 13.02.2017-ci il tarixədək adı çəkilən xəstəxanada müayinədə olub. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayonlararası Xəstəxanasının stasionar xəstənin tibbi kartasından çıxarışından məlum olur ki, Alxasov Vəkil Nizam oğlu “Ağır dərəcəli əqli gerilik. Davranış pozğunluqları və özünə qulluq qabiliyyətinin kəskin məhdudlaşması. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Özünə qulluq qabiliyyətinin kəskin məhdudlaşması. Kənar şəxlərin qulluğuna ehdiyacı var” diaqnozu ilə 14.03.2017-ci il tarixdən 28.03.2017-ci il tarixədək adı çəkilən xəsdəxanada müayinədə olub. Bunları nəzərə alaraq belə qərara gəlirəm ki, Alxasov Vəkil Nizam oğlunda AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK (İMBESİLLİK DƏRƏCƏSİNDƏ). NİTQ VƏ DAVRANİŞ POZUNTULARLA (F72) qeyd olunur. Bunu anamnestik məlumatlar, doğuş zədəsi ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil ala bilməməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: zahirən passiv olması, ünsiyyətdə çətinliklə daxil olması, verilən sualları başa düşməməsi, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair əlamətlər sübut edir. Alxasov Vəkil Nizam oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Alxasov Vəkil Nizam oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar var. Buna görə də Alxasov Vəkil Nizam oğlu fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları,ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Hüquqi Şəxsinin 14.08.2021-ci il tarixli, 2531 saylı rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, Alxasov Vəkil Nizam oğlunun öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 30.09.1976-ci il təvəllüdlü Alxasov Vəkil Nizam oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 30.09.1976-ci il təvəllüdlü Alxasov Vəkil Nizam oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-692/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-692/2021
27.08.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver