Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-700/2022 07.07.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi X6 (eyni zamanda Ərizəçi1 etibarnamə üzrə nümayəndəsi) iştirakı ilə Ərizəçilər X6 və Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər X12 və Ərizəçi1 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 28 oktyabr tarixli 19 saylı qərarı ilə digər ailə üzvləri ilə birlikdə onların, X6 və Əzimova (Abdullayeva) Samirə Vahid qızının mülkiyyətlərinə verilmiş 1,27 ha torpaq sahəsinə dair JN-594 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında, eləcə də 0,12 və 0,25 ha torpaq sahələrinə diar JN-374A və JN-374B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə “X13 və X20” kimi qeyd edilmiş ad, ata adı və soyadın onlara X8 və Əzimova (Abdullayeva) Samirə Vahid qızına məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 1998-c il 28 oktyabr tarixli 19 saylı qərarları ilə digər ailə üzvləri ilə birlikdə onların X8 və Əzimova (Abdullayeva) Samirə Vahid qızının mülkiyyətlərinə 1,27 ha, 0,12 ha və 0,25 ha torpaq sahələri verilmişdir. Qeyd olunan 1,27 ha torpaq sahəsinə dair JN-594 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı, 0,12 və 0,25 ha torpaq sahələrinə dair isə JN- 374A və JN-374B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr verilmişdir. Lakin qeyd olunan sənədlərdə onlardan X6 adı səhvən “Sənyarə”, ata adı isə səhvən “Fərid” kimi, X9 adı isə səhvən “Samir” kimi qeyd edilmişdir. Tərəflərindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edilərək, qeyd olunan sənədlərdəki səhvlərin dəyişdirilərək, bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması xahiş edilmiş, lakin müraciətlərinə verilmiş cavab məktubunda aidiyyatı üzrə məhkəməyə müraciət etməli olduqları bildirilmişdir. Qeyd olunan sənədlərdə olan yanlışlıqlar onların mülkiyyətlərində olan torpaq sahələri üzərindəki mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur. Müvafiq sənədlərdə düzəlişlərin edilməsi ilə bağlı tərəflərindən Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edilmişdir. Lakin sözügedən təşkilat tərəfindən müraciətlərinə müsbət cavab verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında ərizəçi X12 (eyni zamanda Ərizəçi1 etibarnamə üzrə nümayəndəsi) ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan JN-374A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-nın 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarına əsasən X14, X7, X5, X15, X10 və X3 birgə mülkiyyətinə JN-374A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-374B (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-nın 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarına əsasən X14, X7, X5, X15, X10 və X3 birgə mülkiyyətinə JN-374B (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-594 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-nın 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarına əsasən X14, X7, X5 və X15 birgə mülkiyyətinə JN-594 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə 1,27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan 07 iyun 1978-ci il tarixli, V-ЖГ seriyalı, 452074 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçi X9 ad, soyad və ata adı “X17” kimi qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Doğum haqqında” arayışdan görünür ki, ərizəçi X16 ad, soyad və ata adı “X16” kimi qeyd edilmişdir. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: X12 və Ərizəçi1. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 04 aprel 2022-ci il tarixli **********50 nömrəli məktubundan görünür ki, JN-374A, JN- 374B nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə və JN-594 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Vəndam qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 mart 2022-ci il tarixli, 290 nömrəli arayışda göstərilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə JN-374 A kod 40600048-də qeyd olunmuş X1 Səyyarə Qərib qızı, X2 Samirə Vahid qızı kimi oxunmalıdır. Qəbələ rayon Vəndam qəsəbəsində X13 və X20 adlı şəxs qeydiyyatda olmamış və hal-hazırda yaşamır. İş materiallarında olan Qəbələ rayon İHB-nın Vəndam qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 mart 2022-ci il tarixli, 291 nömrəli arayışda göstərilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə JN-374 B kod 40600048-də qeyd olunmuş X1 Səyyarə Qərib qızı, X2 Samirə Vahid qızı kimi oxunmalıdır. Qəbələ rayon Vəndam qəsəbəsində X13 və X20 adlı şəxs qeydiyyatda olmamış və hal-hazırda yaşamır. İş materiallarında olan Qəbələ rayon İHB-nın Vəndam qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 mart 2022-ci il tarixli, 292 nömrəli arayışda göstərilmişdir ki, torpağa mülkiyyət hüququna dair dövlət aktı JN-594 kod 40600048-də qeyd olunmuş X1 Səyyarə Qərib qızı, X2 Samirə Vahid qızı kimi oxunmalıdır. Qəbələ rayon Vəndam qəsəbəsində X13 və X20 adlı şəxs qeydiyyatda olmamış və hal-hazırda yaşamır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKnın 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarlarına əsasən X14, X7, X5, X15, X10 və X3 birgə mülkiyyətlərinə verilmiş JN-374A və JN-374B nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə və Qəbələ rayon AİK-nın 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarına əsasən X14, X7, X5 və X15 birgə mülkiyyətinə verilmiş JN – 594 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında ərizəçi X6 adı səhvən “Sənyarə” ata adı səhvən “Fərid”, Ərizəçi1 adı səhvən “Samir”, cinsiyyəti isə səhvən “oğlu” kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamələrdə və dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamələr və dövlət aktı üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməzlər. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Həmçinin məhkəmə, Ərizəçi1 soyadının əvvəlcə (Əzimoa), nikaha daxil olduğdan sonra Abdullayeva olduğundan olduğundan, bu məsələyə də münasibət bildirərək onun soyadının Abdullayeva (Əzimova) kimi qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarlarına əsasən X14, X7, X5, X15, X10 və X3 birgə mülkiyyətlərinə verilmiş JN-374A və JN-374B nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin və Qəbələ rayon AİK-nın 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarına əsasən X14, X7, X5 və X15 birgə mülkiyyətinə verilmiş JN – 594 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının X8 və Abdullayeva (Əzimova) Samirə Vahid qızına aid hissədə X8 və Abdullayeva (Əzimova) Samirə Vahid qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-700/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-700/2022
07.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver