Məhkəmə qərarları › İş №2(025)-705/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-705/2020

21.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-705/2020 21.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və x13 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və x13 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və x21 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİKin 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, x11, x19, x14 və x15 adına verilmiş JN –579F nömrəli (kod:40601004) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin onlara aid hissədə onlara, yəni Ərizəçi1, x21 və mərhum x3 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və x21 ərizəni müdafiə edib göstərdilər ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, onlara və x11, x16 Qəbələ şəhərində JN – 579F nömrəli (kod:40601004) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin şəhadətnamədə Ərizəçi1 adı səhvən “Gülzadə” kimi, x13 adı səhvən “Aydın”, cinsiyyəti “oğlu” kimi, mərhum x2 ata adı səhvən “Nikolay” kimi göstərilmişdir. Hazırda torpaq sahəsinə vərəsəlik açmaq istəyirlər, ancaq «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə ad, ata adı və cinsiyyətlə bağlı səhv qeydlər olunduğundan bu mümkün deyildir. Onlar uzun illər buna əhəmiyyət verməmişlər, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışlar. Yol verilmiş yalnışlığı onlar başqa cür aradan qaldırmaq iqtidarında deyillər, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.Həmçinin onlara məxsus şəxsiyyət vəsiqələrində, doğum haqqında şəhadətnamələrdə, nikah haqqında şəhadətnamələrdə adları, soyadları və ata adları düzgün olaraq yazılmışdır. x20 məxsus ölüm haqqında şəhadətnamədə də ata adı düzgün olaraq “Nikolayevna” kimi göstərilmişdir.Bundan əlavə yalnışlığın düzəldilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müracit etmişlər və oradan onlara verilən cavab məktubunda məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Ərizəçilər Ərizəçi1 və x21 ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-579F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, x11, x19, x14 və x15 birgə mülkiyyətinə JN-579F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qutqaşen rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 28 may 1974-cü il tarixli, İİ-ЖГ seriyalı, 480611 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, x17 xx xxx 1974-cü ildə Qutqaşen rayonunda doğulmuşdur. İş materiallarında olan Qutqaşen rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 15 fevral 1994-cü il tarixli, XVİİ-ЖГ seriyalı, 462878 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, x21 xx xxxxxx 1994-cü ildə Qəbələ rayonunda doğulmuşdur. İş materiallarında olan Qəbələ rayon VVADQ şöbəsi tərəfindən verilmiş 28.12.2004cü il tarixli, AZ-İ seriyalı, 112250 №-li «Ölüm haqqında şəhadətnamə»dən görünür ki, x12 “beyinə qan sızma” xəstəliyindən 21.12.2004-cü il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 24.12.2004-cü ildə 77 № ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.05.2013-cü il tarixli, AZ-İ seriyalı, 846469 №-li «nikah haqqında şəhadətnamə»nin surətindən görünür ki, x5 ilə x13 17 may 2013-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 650 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Orucəliyev, arvada Orucəliyeva soyadı verilmişdir. İş materiallarında olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən verilmiş 23 oktyabr 1992-ci il tarixli, Vİ-ЖГ seriyalı, 462878 nömrəli «nikah haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, x19 ilə x8 23 oktyabr 1992-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 122 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Osmanov, arvada Osmanova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 18 may 2020-ci il tarixli **********83 nömrəli məktubundan görünür ki, JN-579F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Qəbələ şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 may 2020-ci il tarixli, 826 nömrəli arayışdan görünür ki, x4 vəfat etdiyi 21.12.2004-cü il tarixədək ünvan 1 saylı ünvanında yaşamışdır. İş materiallarında olan Qəbələ rayon Qəbələ Bələdiyyəsi tərəfindən verilmiş 08 may 2020-ci il tarixli, 42 nömrəli arayışdan görünür ki, Qəbələ rayonu x10 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı ilə, JN-579 F kod 40601004 olan, Torpağa Mülkiyyət Hüququna Dair Şəhadətnaməsinə əsasən x6 adına verilmiş, Qəbələ şəhərində yerləşən, fərdi yaşayış evi tikmək məqsədi üçün 0,07 ha torpaq sahəsini, sonuncunun vəfat etdiyi 21 dekabr 2004-cü il tarixdən hal hazırki tarixə kimi x19 idarə etmiş, sahiblik etmiş, istifadə etmiş və torpaq vergisini vaxtında ödəmişdir. İş materiallarında olan Asan 4 tərəfindən verilmiş 22.04.2016-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1994-cü il tarixdə Qəbələ şəhərində doğulmuş, ünvan 3 mənzil 21 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş 22.08.2012-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1974-cü il tarixdə ünvan 5 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən x11, x19, x14 və x15 birgə mülkiyyətinə 0,07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini verilməsini təsdiq edən JN- 579F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi1 adı səhvən «Gülzadə», ərizəçi x13 adı səhvən «Aydın», cinsiyyəti isə səhvən «oğlu» və mərhum x7 ata adı səhvən «Nikolay» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Həmçinin məhkəmə, iddiaçı x1 əvvəlcə Osmanlı, nikaha daxil olduğdan sonra Orucəliyeva olduğundan, bu məsələyə də məhkəmə münasibət bildirərək onun soyadının Osmanlı (Orucəliyeva) kimi qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən x11, x19, x14 və x15 birgə mülkiyyətinə verilmiş JN-579F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi1, Osmanlı (Orucəliyeva) Aydan Elman qızı və mərhum x9 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar