Məhkəmə qərarları › İş №2(025)-705/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-705/2023

16.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-705/2023 16.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli, 11 nömrəli qərarına əsasən, X21, X4, X17, X15, X22, X18, X19, X3, X7 adına verilmiş JN – 0091 nömrəli (kod:********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ona aid hissədə, yəni Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X21, X4, X17, X15, X22, X18, X19, X3, X8 Qəbələ rayonu, Yenikənd kəndində JN-0091 nömrəli (kod:********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə 5.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin şəhadatnamədə, o, Ərizəçi adı səhvən “X15” kimi göstərilmişdir. Lakin ona məxsus digər sənədlərdə soyadı, adı və ata adı Ərizəçi kimi göstərilmişdir. Beləliklə, ona məxsus şəxsiyyət vəsiqəsində doğum, nikah şəhadatnamələrində, sürücülük vəsiqəsində və digər sənədlərdə ad, soyad və ata adı Ərizəçi oğu kimi qeyd edilmişdir. Hazırda ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində çıxarış almaq istəyir. Şəhadatnamədə səhvlər olduğundan bu mümkün deyildir. Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadatnamədəki yanlışlığı aradan qaldıra bilmir. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə keçdiyindən aidiyyatı üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından yanlışlıqların aradan qaldırılmasını xahiş etmişdir, müvafiq 11 yanvar 2023-cü il tarixli 3-21-3-42/2- 0-00xx-xx/2022 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. O uzun illər buna əhəmiyyət verməmişdir, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışdır. Yol verilmiş yanlışlığı başqa cür aradan qaldırmaq iqtidarında deyil, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-0091F (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X14, X2, X11, X9, X16, X12, X13, X1 və X7 mülkiyyətinə 5.56 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen Rayon Yenikənd kəndi tərəfindən verilmiş 23 may 1989-cu il tarixli XİV- ЖГ № 420639 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 8 may 1989cu ildə Qutqaşen rayonu Yenikənd kəndində anadan olmuşdur. Burada Ərizəçi tam adı “Ərizəçi” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayonu Yenikənd kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 25 iyul 2011-ci il tarixli AZ-İ № 674472 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxx 1989-cu il tarixdə X20 ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Orucov, arvada Orucova soyadı verilmişdir. Burada Ərizəçi tam adı “Ərizəçi” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Az Res, DİN BDYPİ Şəki RQİTBŞ tərəfindən verilimş AE 733905 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Ərizəçi adı, soyadı, ata adı sürücülük vəsiqəsində “Ərizəçi” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Yenikənd kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 5-59-29/2-131-2023 №-li arayışdan görünür ki, Qəbələ rayonu Aqrar İslahat komissiyasının 25 iyun 1998-ci il tarixli 11 saylı qərarı ilə verilmiş JN-0091 (Kod: ********) nömrəli «Torpağa Mülkiyyət hüququna dair» aktında göstərilmiş X9 adı və soyadı texniki səhv olaraq yazılmışdır. Odur ki, Nümayəndəliyin 03-N-li təsərrüfatabaşına kitabın 33-cü səhifənin 204 saylı şəxsi hesabına əsasən yuxarıda göstərilən şəxsin soyadı, adı, atasının adı Ərizəçi İkrm oğlu kimi oxunsun. İslahat gedən zaman və hal hazırda Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində X15 adında şəxs yaşamamışdır və yaşamır. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Yenikənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş № 5-59-29/2-130-2023 saylı arayışdan görünür ki, Yenikənd kənd sakini xx.xx.1989-cu il təvəllüdlü Ərizəçi hal hazırda Qəbələ rayon Yenikənd kəndində yaşayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin tam mülkiyyətinə 5.56 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-0091 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında “Ərizəçi” əvəzinə “X15” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-0091 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar