Məhkəmə qərarları › İş №2(025)-709/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-709/2020

27.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-709/2020 27.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-1705 F, Kod 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona, yəni Ərizəçi məxsus olması hüquq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxx 2020-ci il tarixdə Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Qəbələ rayon AİK-nin xx.xx.2001-ci il tarixli 03 nömrəli qərarına əsasən x4, x14, Ərizəçi Heybət oğlu, x15 və x7 birgə mülkiyyətinə verilmiş JN – 1705F nömrəli (kod:40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin ona aid hissədə ona və mərhum x1 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, o, xx.xx.1976-cı ildə Qutqaşen (indiki Qəbələ) Sileyli kəndində anadan olmuşdur. Qəbələ rayonu x8 xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarı ilə ona və digər ailə üzvləri atası x5, anası x16, qadaşları x9 və x10 Qəbələ rayonu ərazisindən 0,04 ha həyətyanı torpaq sahəsi verilmiş və bu barədə onlara JN-1705 F, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. xx.xx.2016-ci ildə atası x5 mədənin xərçəngi xəstəliyindən vəfat etmişdir. Şəhadətnamədə sonradan ona məlum olmuşdur ki, onun ata adı səhvən babasının adı olan “Heybət” kimi yazılmışdır. Lakin şəxsiyyət vəsiqəsində, doğum və nikah haqqında şəhadətnamələrdə, atasının ölüm haqqında şəhadətnaməsində və digər sənədlərdə Ərizəçi kimi qeyd edilmişdir. Hazırda ona məxsus torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istəyir. Şəhadətnamədə atasının adı düzgün yazılmadığından bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmir. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən o, aidiyyatı üzrə xidmətin 9 saylı x20 ərizə ilə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını xahiş etmiş, müvafiq xx xxxx 2020-ci il tarixli, **********75 saylı məktubu ilə yanlışlıqlara düzələşlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1705F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, x4, x14, Ərizəçi Heybət oğlu, x15 və x7 birgə mülkiyyətinə Qəbələ şəhərində 0,04 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Məlikli kənd İƏN tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, İV seriyalı, 039660 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1976-ci ildə Qəbələ rayonu Sileyli kəndində doğulmuşdur, atası x6, anası x11r. İş materiallarında olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx xxxxxx 1999-cu il tarixli, Vİİ-ЖГ seriyalı, 369383 nömrəli «nikah haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə x12 xx xxxxxx 1999-cu ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 49 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Osmanov, arvada Osmanova soyadı verilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İ seriyalı, 912888 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, x6 “mədənin xərçəngi” xəstəliyindən xx.xx.2016-ci il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-ci ildə 30 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxx 2020-ci il tarixli **********75 nömrəli məktubundan görünür ki, JN-1705F nömrəli (kod:40601004) “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamədə mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 1058 nömrəli arayışdan görünür ki, Qəbələ rayon x8 xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə verilmiş JN-1705F saylı, kod 40601004 “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamədə Ərizəçi atasının adı Mehralı əvəzinə səhvən Heybət olaraq yazılmışdır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZE seriyalı, 09387672 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli, 03 nömrəli qərarına əsasən x4, x14, Ərizəçi Heybət oğlu, x15 və x7 birgə mülkiyyətinə 0,04 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN – 1705F nömrəli (kod:40601004) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi ata adı səhvən «Heybət» kimi, mərhum x2 ata adı səhvən “Nəcməddin” kimi qeyd olunmuşdur. Qeyd olunan dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması mümkün olmamışdır. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nin xx.xx.2001-ci il tarixli 03 nömrəli qərarına əsasən x4, x14, Ərizəçi Heybət oğlu, x15 və x7 birgə mülkiyyətinə verilmiş JN – 1705F nömrəli (kod:40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi aid olan hissədə Ərizəçi və mərhum x3 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar