Məhkəmə qərarları › İş №2(025)-710/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-710/2020

17.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-710/2020 17.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Aslanova Ayşən Əfqan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-118, KOD 40607018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının mərhum atası x3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon x15 26 may 1998-ci il tarixli 26 nömrəli qərarı ilə mərhum atası-x4, anası-x11 və bibisi x6 Qəbələ rayonu, Zalam kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.17 ha torpaq sahəsi verilmiş və bu baradə JN-118, KOD 40607018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Dövlət Aktında sonradan ona məlum olmuşdur ki, atasının soyadı səhvən “Eyyubov” kimi yazılmışdır. Lakin ölüm haqqında şəhadətnamədə, onun doğum haqqında şəhadətnaməsində və digər sənədlərdə atası x1 yazılır. Atası 30 may 2000-ci il tarixdə ürək çatışmamazlığı xəstəliyindən vəfat etmişdir. Həmçinin, anası x18 23 noyabr 2009-cu ildə, bibisi x10 06 avqust 2003-cü ildə vəfat etmişlər. Hazırda atasının vərəsəsi kimi ona və digər yaxın qohumlarına məxsus torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istəyir. Lakin şəhadətnamədə atasının soyadı düzgün yazılmadığından bu mümkün deyildir. Dövlət Aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, aktdakı yanlışlığı aradan qaldıra bilmir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən o, aidiyyatı üzrə xidmətin 9 saylı x24 ərizə ilə Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında yanlışlıqların aradan qaldırılması barədə müraciət etmiş, müvafiq 05 iyun 2020-ci il tarixli **********79 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizəçi təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-118 (Kod: 40607018) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 26 may 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən, x8, x19, x5 mülkiyyətinə 1,17 ha fərdi kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayonu Zalam kənd İ.Ə.N tərəfindən verilmiş 13 fevral 2020-ci il tarixli AZ- İl 055394 nömrəli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, x930.05.2020-ci il tarixdə Qəbələ rayonuZalam kəndində vəfat etmişdir və bu barədə Qəbələ rayonu Zalam kənd İ.Ə.N-də 05 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan Qutqaşen rayonu Zalam kənd soveti tərəfindən verilmiş 20 oktyabr 1985-ci il tarixli İ-ИE № 615882 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, x12 xx xxxxxxx 1958-ci ildə Qəbələ rayonu Zalam kəndində doğulmuşdur. Atası x9, anası x13r. İşdə olan Qəbələ rayonu Zalam kənd İ.Ə.N tərəfindən verilmiş 01 dekabr 2009-cu il tarixli AZ-İ 288828 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, x10 06.08.2003-cü il tarixdə Qəbələ rayonu Zalam kəndində vəfat etmişdir və bu barədə Qəbələ rayonu Zalam kənd İ.Ə.N-də 09 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının x25 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04 iyun 2020-ci il tarixli 83 saylı arayışından görünür ki, JN- 118 saylı KOD 40607018olan Dövlət aktında hüquq sahibi olaraq adı qeyd olunmuş x2 adı texniki səhv olaraq düşmüşdür əslində “x9” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin mülkiyyətinə 1.17 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-118 (Kod: 40607018) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında yalnışlığa yol verilərək, “x9” əvəzinə “x8” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-118 (Kod: 40607018) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının x3 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar