Məhkəmə qərarları › İş №2(025)-720/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-720/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-720/2021 01.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1) 24.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung TV üçün 1792 (min yeddi yüz doxsan iki) manat ödənilməmiş hissə, 436 (dördyiız otuz altı) manat dəbbə. 2) 24.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********99460 olan Nokia 3310 markalı telefon üçün 54 (əlli dörd) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat dəbbə. 3) 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən, X2 üçün 70 (yetmiş) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat dəbbə. 4) 01.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Xiaomi Mi band 4 saat, Huawei band 3e saat üçün 69.4 (altmış doqquz, qırx qop) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə. 5) 13.02.2020-ci ilmüqaviləsinə əsasən, Samsung Soyuducu, Paltaryuyan, Bosch Qabyuyan, X1 üçün 3524.4 (iiç min beş yüz iyirmi dörd, qırx qəp) manat ödənilməmiş hissəy^öO (yeddiyiiz altmış) manat dəbbə. 6) 16.02.2020-ci il müqaviləsinə əsasən, Cable Baseus 3inl Touch aksesuar üçün 14 (on dörd) manat ödənilməmiş hissə, 0 (sıfır)manat dəbbə. 7) Ümumilikdə 6777.8 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6807.8 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 24.11.2019-cu il, 24.11.2019-cu il, 28.12.2019-cu il, 01.01.2020-ci il, 13.02.2020-ci il və 16.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung TV, İMEİ Kodu **********99460 olan Nokia 3310 markalı telefon, X2, Xiaomi Mi band 4 saat, Huawei band 3e saat, Samsung Soyuducu, Paltaryuyan, Bosch Qabyuyan, X1, Cable Baseus 3inl Touch aksesuar almış və nəticədə 6777.8 (altı min yeddi yüz yetmiş yeddi, səksən qəp) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2816 (iki min səkkiz yiiz on altı) manat (18 ay x 112 manat + 800 manat ilkin ödəniş) Samsung TV üçün ümumilikdə, 2228 (iki min iki yüz iyirmi səkkiz) manat olmaqla ondan, 1792 (min yeddi yüz doxsan iki) manat ödənilməmiş hissə, 436 (dörd yiiz otuz altı) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 138 (yüz otuz səkkiz) manat (6 ay x 19 manat + 24 manat ilkin ödəniş) İMEİ Kodu **********99460 olan Nokia 3310 markalı telefon üçün ümumilikdə, 71 (yetmiş bir) manat olmaqla ondan, 54 (əlli dörd) manat ödənilməmiş hissə, 17 (onyeddi) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 104 (yiiz dörd) manat (12 ay x 7 manat + 20 manat ilkin ödəniş) X2 üçün ümumilikdə, 91 (doxsan bir) manat olmaqla ondan, 70 (yetmiş) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 130.4 (yiiz otuz, qırx qəp) manat (6 ay x 17.4 manat + 26 manat ilkin ödəniş) Xiaomi Mi band 4 saat, Huawei band 3e saat üçün ümumilikdə, 89.4 (səksən doqquz, qırx qəp) manat olmaqla ondan, 69.4 (altmış doqquz, qırx qəp) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.02.2020-ci iltarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4500.4 (dörd min beş yüz, qırx qəp) manat (18 ay x 195.8 manat + 976 manat ilkin ödəniş) Samsung Soyuducu, Paltaryuyan, Bosch Qabyuyan, X1 üçün ümumilikdə, 4284.4 (dörd min iki yüz səksən dörd, qırx qəp) manat olmaqla ondan, 3524.4 (üç min beş yiiz iyirmi dörd, qırx qəp) manat ödənilməmiş hissə, 760 (yeddi yiiz altmış) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 26.3 (iyirmi altı, otuz qəp) manat (6 ay x 3 manat + 8.3 manat ilkin ödəniş) Cable Baseus 3inl Touch aksesuar üçün ümumilikdə, 14 (on dörd) manat olmaqla ondan, 14 (on dörcl) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 2191.3 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3cii bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 13.02.2020-ci il tarixli 20098921 №-li müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-dən ümumi qiyməti 4500.4 manat dəyərində olan Samsung soyuducu, Bosch Qabyuyan, Samsung Paltaryuyan, Redmi Pover bank almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 13.02.2020-ci il tarixli müqavilə üzrə borcu 18 ay müddətinə, aylıq 195.8 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 24.11.2019-cu il tarixli 01071832 №-li müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-dən ümumi qiyməti 2816 manat dəyərində olan Samsung QE55Q67RAUXRU almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 24.11.2019-cu il tarixli müqavilə üzrə borcu 18 ay müddətinə, aylıq 112 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 24.11.2019-cu il tarixli 01071870 №-li müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-dən ümumi qiyməti 138 manat dəyərində olan 3310 DS almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 24.11.2019-cu il tarixli müqavilə üzrə borcu 6 ay müddətinə, aylıq 19 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 28.12.2019-cu il tarixli 01167067 №-li müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-dən ümumi qiyməti 104 manat dəyərində olan Philips markalı ütü feni almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 28.12.2019-cu il tarixli müqavilə üzrə borcu 12 ay müddətinə, aylıq 7 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 01.01.2020-ci il tarixli 20001011 №-li müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-dən ümumi qiyməti 130.4 manat dəyərində olan Xiaomi markalı mi band 4 və Huavei markalı band 3e almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 01.01.2020-ci il tarixli müqavilə üzrə borcu 6 ay müddətinə, aylıq 17.4 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 16.02.2020-ci il tarixli 20106368 №-li müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-dən ümumi qiyməti 26.3 manat dəyərində olan Cable Basens 3in1 touch series 3.5 A almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 16.02.2020-ci il tarixli müqavilə üzrə borcu 6 ay müddətinə, aylıq 3 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Maliyyə və ödəniş cədvəlin”dən görünür ki, Cavabdeh ödənişləri gecikdərməklə müqavilə şərtlərini pozduğuna görə müqavilənin ödəniş cədvəli üzrə 2-ci bəndinə uyğun olaraq 24.11.2019-cu il tarixli müqavilə üzrə 1792 manat ödənilməmiş hissə, 436 manat dəbbə; 24.11.2019-cu il tarixli müqavilə üzrə 54 manat ödənilməmiş hissə, 17 manat dəbbə; 28.12.2019-cu il tarixli müqavilə üzrə 70 manat ödənilməmiş hissə, 21 manat dəbbə; 01.01.2020-ci il tarixli müqavilə üzrə 69 manat 40 qəpik ödənilməmiş hissə, 20 manat dəbbə; 13.02.2020-ci il tarixli müqavilə üzrə 3524 manat 40 qəpik ödənilməmiş hissə, 760 manat dəbbə; 16.02.2020-ci il tarixli müqavilə üzrə 14 manat ödənilməmiş hissə, 0 manat dəbbə hesablanmışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən borclu Cavabdeh ünvanlanmış bildirişlərdən görünür ki, borcunun tam olaraq qısa bir zamanda ödəməyi təklif etmişlər, əks təqdirdə borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddia üzrə iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam əsaslıdır. Ona görə də, cavabdehdən “xxxx” MMC-nin xeyrinə 24.11.2019-cu il tarixli 01071832 №-li müqavilə üzrə 1792 manat, 24.11.2019-cu il tarixli 01071870 №-li müqavilə üzrə 54 manat, 28.12.2019-cu il tarixli müqavilə üzrə 70 manat, 01.01.2020-ci il tarixli müqavilə üzrə 69 manat 40 qəpik, 13.02.2020-ci il tarixli müqavilə üzrə 3524 manat 40 qəpik, 16.02.2020-ci il tarixli müqavilə üzrə 14 manat ödənilməmiş əsas borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 24.11.2019-cu il tarixli müqavilə üzrə 436 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 20 manata endirilməli, 24.11.2019-cu il tarixli 01071870 №-li müqavilə üzrə 17 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 1 manata endirilməli, 28.12.2019-cu il tarixli müqavilə üzrə 21 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 2 manata endirilməli, 01.01.2020-ci il tarixli müqavilə üzrə 20 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 2 manata endirilməli, 13.02.2020-ci il tarixli müqavilə üzrə 760 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 50 manata endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 24.11.2019-cu il tarixli müqavilə üzrə 1792 manat əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi 1812 manat borc; 24.11.2019-cu il tarixli müqavilə üzrə 54 manat əsas borc, 1 manat cərimə borcu olmaqla, cəmi 55 manat borc, 28.12.2019-cu il tarixli müqavilə üzrə 70 manat əsas borc, 2 manat cərimə borcu olmaqla, cəmi 72 manat borc, 01.01.2020-ci il tarixli müqavilə üzrə 69 manat 40 qəpik əsas borc, 2 manat cərimə borcu olmaqla, cəmi 71 manat 40 qəpik borc, 13.02.2020-ci il tarixli müqavilə üzrə 3524 manat 40 qəpik əsas borc, 50 manat cərimə borcu olmaqla, cəmi 3574 manat 40 qəpik borc, 16.02.2020-ci il tarixli müqavilə üzrə 14 manat əsas borc olmaqla ümumilikdə 5598.8 (beş min beş yüz doxsan səkkiz manat səksən qəpik) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 24.11.2019-cu il tarixli müqavilə üzrə 1792 manat əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi 1812 manat borc; 24.11.2019-cu il tarixli müqavilə üzrə 54 manat əsas borc, 1 manat cərimə borcu olmaqla, cəmi 55 manat borc, 28.12.2019-cu il tarixli müqavilə üzrə 70 manat əsas borc, 2 manat cərimə borcu olmaqla, cəmi 72 manat borc, 01.01.2020-ci il tarixli müqavilə üzrə 69 manat 40 qəpik əsas borc, 2 manat cərimə borcu olmaqla, cəmi 71 manat 40 qəpik borc, 13.02.2020-ci il tarixli müqavilə üzrə 3524 manat 40 qəpik əsas borc, 50 manat cərimə borcu olmaqla, cəmi 3574 manat 40 qəpik borc, 16.02.2020-ci il tarixli müqavilə üzrə 14 manat əsas borc olmaqla ümumilikdə 5598.8 (beş min beş yüz doxsan səkkiz manat səksən qəpik) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar