Məhkəmə qərarları › İş №2(025)-721/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-721/2022

24.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-721/2022 24.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nin xx.xx.1998 -ci il tarixli 19 saylı qərarı ilə X2, X13, X11 və X12 birgə mülkiyyətinə verilmiş JN-1652A saylı kodu 40600048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X3 və Ərizəçi münasibətdə X2, Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon AİK-nin xx.xx.1998 -ci il tarixli 19 saylı qərarı ilə verilmiş JN-1652 A saylı, kodu 40600048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə hüquq sahiblərinin adları siyahısında 1 -ci sırada X1 ata adı texniki səhv olaraq Mürsəddin oğlu əvəzinə “Müsrəddin” oğlu kimi qeyd edilmişdir. JN -1652 A saylı şəhadətnamədə 2ci sırada isə Ərizəçi ata adı texniki səhv olaraq “Səfər” qızı kimi qeyd edilmişdir. JN-1652 A saylı şəhadətnamə üzrə 0.58 ha torpaq sahəsini özəlləşdirmək məqsədilə DƏDRX -nin 9 saylı ərazi idarəsinə müraciət edərkən məlum olmuşdur ki, qeyd olunan JN-1652 A saylı şəhadətnamədə hüquq sahibləri siyahısında 1 ci sırada texniki səhv olaraq “Mürsəddin” oğlu əvəzinə “Müsrəddin” oğlu, 2 -ci sırada isə Səfdər qızı əvəzinə “Səfər” qızı kimi qeyd edilmişdir. JN-1652 A saylı şəhadətnamədə qeyd edilələn texniki səhvlərə görə əməliyyat aparılması mümkün olmamışdır. DƏDRX -nin 9 saylı ərazi idarəsinin imtina xarakterli cavab məktubunda JN-1652 A saylı şəhadətnamədəki texniki səhvlərin düzəlişinin məhkəmə qaydasında edilməsi tövsiyyə olunmuşdur. AZ -İ № 594028 saylı ölüm haqqında şəhadətnamədə X1 ata adı düzgün olaraq “Müsrəddin” kimi yox Mürsəddin kimi qeyd edilmişdir. Qəbələ Regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsində verilmiş doğum haqqında arayışda da X1 ata adı düzgün olaraq “Müsrəddin” kimi yox Mürsəddin kimi qeyd edilmişdir. Qəbələ Regional “Asan xidmət” mərkəzindən verilmiş 44/69 saylı nikahın bağlanması haqqında akt qeydindən çıxarışda da X1 ata adı düzgün olaraq “Müsrəddin” kimi yox Mürsəddin kimi qeyd edilmişdir. AA ******* saylı şəxsiyyət vəsiqəsində Ərizəçi ata adı düzgün olaraq Səfdər qızı kimi qeyd edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1652A nömrəli 40600048 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx.xx.1998 -ci il tarixli 19 nömrəli qərarına əsasən, X6, X22, X14 və X12 ümumi birgə mülkiyyətinə 0.58 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Bunud kənd İ.Ə.N tərəfindən verilmiş 07 aprel 2022-ci il tarixli AZ-T № 178270 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxx 1956-cı il tarixdə anadan olmuş, anası X8, atası X4r. Doğum haqqında şəhadətnamədə ərizəçinin ata adı “Səfdər” olaraq qeyd edilmişdir. İşdə olan Ərizəçi məxsus AA № ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, bu sənəddə ərizəçinin ata adı “Səfdər” kimi qeyd olunmuşdur. İşdə olan Qəbələ regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 aprel 2022-ci il tarixli 05/Q-38/68 saylı doğum haqqında arayışdan görünür ki, X6 18 mart 1950-ci il tarixdə anadan olmuş, anası X5, atası X9r. Doğum haqqında şəhadətnamədə ərizəçinin mərhum əri X1 ata adı “Mürsəddin” kimi qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 iyun 2020-ci il tarixli 44/69 saylı Nikah haqqında arayışdan görünür ki, X7 11 aprel 1974-cü ildə X6 ilə nikah bağlamışdır, nikah bağlandıqdan sonra ərə Həşimov, arvada Həşimova soyadı verilmişdir. Bu sənəddə ərizəçinin ata adı “Səfdər” kimi, ərizəçinin mərhum əri X1 ata adı “Mürsəddin” kimi qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Vəndam qəsəbə İ.Ə.N tərəfindən 10 yanvar 2013-cü il tarixdə verilmiş AZ-İ 594028 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 20 dekabr 2012-ci il tarixdə Qəbələ rayon, Vəndam qəsəbəsində vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədə mərhum X1 ata adı “Mürsəddin” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,58 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN-1652A nömrəli 40600048 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “Ərizəçi” əvəzinə “Ərizəçi Səfər qızı” kimi və “X6” əvəzinə “X10” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-1652A (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin Ərizəçi və ərizəçinin mərhum əri – X2 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar