Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-725/2022 30.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3 Bank Olmayan Kredit X1 Cəmiyyətinə, Cavabdeh1nə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hərracın etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, ipoteka müqaviləsi üzrə mübahisələr, ipoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh3 Bank Olmayan Kredit X1 Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3 Bank Olmayan Kredit X1 Cəmiyyətinə, Cavabdeh1nə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hərracın etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı cavabdehlər Cavabdeh3 Bank Olmayan Kredit X1 Cəmiyyətinə, Cavabdeh1nə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hərracın etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Nic kəndində yerləşən 0,59 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 83.1 m2 olan fərdi yaşayış evinə dair “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin hərracın nəticələrinə dair 01 mart 2012-ci il tarixli, Y- 816 saylı protokolun və alğı-satqı müqaviləsinin ləğv edilməsi, "xxxx" BOKT MMC- nin adına verilmiş ********** saylı qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və onun mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.2010-cu il tarixdə Cavabdeh3 BOKT QSC ilə oğlum X7 arasında bağlanmış təminatlı kredit müqaviləsinə görə ona 70 baş ana qoyun alınması məqsədilə illik 24 % olmaqla 18 ay müddətinə 10.000 (on min) manat məbləğində kredit verilmişdir. Öhdəliyinin icrasının təmin olunması məqsədilə ona mülkiyyət hüququ əsasında məxsus Qəbələ rayon Nic qəsəbəsində yerləşən 0,59 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.metr yaşayış, 65.44 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Ödənişlər vaxtında həyata keçirilmədiyi üçün bank X5 və onu məhkəməyə vermişdir. Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2011-ci il tarixli 2(025)-437/2011 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, X7 ilə Cavabdeh3 Bank Olmayan Kredit Təşkilatı QSC arasında xx.xx.2010-cu il tarixli CAGab 44753/10 №-li kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4489 (dörd min dörd yüz səksən doqquz) manat əsas borc, 491 (dörd yüz doxsan bir) manat faiz borcu, gecikdirməyə görə 1500 (bir min beş yüz) manat dəbbə pulu borcu, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat xidmət haqqı, cəmi 15 sentyabr 2011ci il tarixə 6530 (altı min beş yüz otuz) manat borc, ipotekaya qoyulmuş ona mülkiyyət hüququ əsasında məxsus Qəbələ rayon Nic qəsəbəsində yerləşən 0,59 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 44 kv.metr yaşayış, 65.44 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə (0,59 ha torpaq sahəsi ilə birlikdə) yönəldilərək açıq hərracda satılması, ipoteka ilə yüklü edilmiş torpaq sahəsinin hərracda ilkin satış qiyməti 10.000 (on min) manat məbləğində müəyyənləşdirilməsi, satışdan əldə olunan vəsait borcun həcmi məbləğində Cavabdeh3 Bank Olmayan Kredit Təşkilatı QSC-nin xeyrinə ödənilməsi, hərrac keçirildikdən sonra 1 (bir) ay müddətində girov qoyulmuş, yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2011-ci il tarixli 2(025)- 437/2011 nömrəli icra vərəqəsinə əsasən icra hərəkətləri aparılmış və ona məxsus əmlak satışa çıxarılmışdır. Onun hərraclar barədə məlumatı olmamışdır. Yaşlı adam olduğundan məhkəmə işləri və sənədləri ilə bağlı hər hansı hüquqi savadı yoxdur. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Hərracın yekunları barədə Y-816 nömrəli Protokola əsasən Qəbələ rayonu Nic kəndində fərdi yaşayış evinin (0,59 ha torpaq sahəsi ilə birlikdə) son qiyməti 6375 (altı min üç yüz yetmiş beş) manat müəyyən edilmişdir. Eyni zamanda göstərilmişdir ki, “İpoteka haqqında” AR qanunun 43.5 və 43.7 maddələrinə əsasən ilkin satış qiymətinin enmiş faizləri təkrar hərracda 15 % (on beş) və 25 % (iyirmi beş) azalmışdır. Bu da onu göstərir ki, 3 hərrac keçirilmiş, birinci hərracda əmlakın qiyməti 15 %, ikinci hərracda 25 % azaldılmışdır. Nəticədə üçüncü hərrac zamanı əmlakın qiyməti 6375 manat olmuşdur. Daha sonra 01 mart 2012-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə” müqaviləsinə əsasən satıcı əmlakı hərracın nəticələri barədə yekun protokoluna əsasən 6375 (altı min üç yüz yetmiş beş) manata satmış, alıcı isə həmin qiymətə almışdır. Nəticədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən Qəbələ rayonu, Nic kəndində yerləşən 0,59 ha torpaq sahəsi və fərdi yaşayış evi Cavabdeh3 BOKT QSC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 2 nömrəli reyestri kitabının 55 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyat aparılmışdır. Onun isə ya birinci hərracdan, ya ikinci, ya da üçüncü hərracdan xəbəri olmamışdır. Hərraclar keçirilən zaman əmlakın mülkiyyətçisi kimi birinci ona məlumat verilməli və hərraclar onun iştirakı ilə keçirilməli idi. O, hərrac keçirilən vaxt həmin evin mülkiyyətçisi olduğu halda hərrac onun iştirakı olmadan təşkil olunmuş, həmin ev dəyərindən ucuz qiymətə satılmış və evi alan isə onu ucuz qiymətə almaqda maraqlı olan bank olmuşdur. Hal-hazırda həmin torpaq sahəsinin fərdi yaşayış evi birlikdə 100000 (bir yüz min) və daha artıq qiyməti vardır. Dəyəri 100000 manatdan olan daşınmaz əmlakın 6375 manat qiymətləndirilməsi ilə onun mülkiyyət hüquqlarını kəskin şəkildə pozmuşdur. Bu yaxınlarda icra məmuru oğlu X3 bildirmişdir ki, bank əmlakını özü almış və artıq balansına götürmüşdür. Bu yaxınlaradək qətnamə üzrə icra icraatına başlanması, əmlakımın hərraca çıxarılması və hərracda satılması ona bildirilməmiş, rəsmi xəbərdarlıq göndərilməmiş, hərrac məqsədli şəkildə iştirakı olmadan həyata keçirilmişdir. Hərraclar keçirilən zaman, onun hüquqları kobud surətdə pozularaq, əmlakı qanunsuz olaraq əlindən qərəzli şəkildə alınmışdır. Cavabdehlər - hərracı keçirən təşkilatçılar bank ilə əlaqəyə girərək, əmlakı ona sərf edən ucuz, dəyərindən çox-çox aşağı qiymətə satılmasını təşkil etmiş və cavabdehlər bu cür qanunsuz hərəkətləri ilə ona küllü miqdarda ziyan vurulmuşlar. Cavabdehlər onun maraqlarına toxunaraq, qanunsuz hərəkətləri ilə Mülki Məcəllənin və “İpoteka haqqında” xx.xx.2005-ci il tarixli Qanunun tələbləri kobud surətdə pozmuşlar. Bundan əlavə "xxxx" BOKT MMC-yə bu yaxınlarda icra vərəqəsində nəzərdə tutulmuş məbləğin ödənilməsini və çıxarışın onların adlarına qaytarılması tələb edilsə də, onlar əsassız olaraq daha çox məbləğ tələb etmişlər və bütün bunlar onların göstəricisidir ki, "xxxx" BOKT MMC-nin məqsədi ondan borc öhdəliyini tələb etmək deyil, ona məxsus torpaq sahəsini və fərdi yaşayış evini daha yüksək qiymətə satıb gəlir əldə etməkdir. Buna görə də pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda qeyd olunanlardan məlum olur ki, hərracın keçirilməsi zamanı ipotekaya qoyulmuş daşınmaz əmlakların satılması “İcra haqqında” Azərbaycan Respublikası Qanunun, “İpoteka haqqında” Azərbaycan qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələbləri pozulmaqla həyata keçirildiyindən, ona məxsus Qəbələ rayonu Nic kəndində yerləşən 0,59 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 83.1 m2 olan fərdi yaşayış evi ilə bağlı hərracın yekunları barədə 01 mart 2012-ci ildə tərtib olunmuş № Y- 816 saylı protokol və hərracın yekunları üzrə həmin tarixli əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Belə ki, qeyd olunan hərracların keçirilməsi ilə bağlı əmlakların mülkiyyətçinə, yəni ona qanunla müəyyən olunmuş qaydada bildirişlər göndərilməmiş və onun həmin hərrac barədə məlumatı olmamışdır. Bu isə onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Yuxarıda qeyd olunduğu kimi ona məxsus Qəbələ rayonu Nic kəndində yerləşən 0,59 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 83.1 m2 olan fərdi yaşayış evi 01 mart 2012-ci il tarixli hərracın yekunları barədə protokola əsasən "xxxx" BOKT MMC-yə satılmış və daşınmaz əmlakın dövlət reyestrində "xxxx" BOKT MMC-nin adına qeydiyyata alınmamışdır. Hərracın nəticələri haqqında yekun protokol etibarsız olduğundan Qəbələ rayonu Nic kəndində yerləşən 0,59 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 83.1 m2 olan fərdi yaşayış evi üzərində "xxxx" BOKT MMC-nin mülkiyyət hüququna dair qeydiyyat ləğv edilməli, həmin əşya, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmalıdır. Başqa sözlə, "xxxx" BOKT MMC-nin adına verilmiş Çıxarış ləğv edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 Bank Olmayan Kredit X1 Cəmiyyətinin nümayəndəsi X6 iddianı qəbul etməyərək, təqdim etdiyi yazılı etiraz ərizəsinə uyğun olaraq bildirdi ki, 2(025)-725/2022 saylı mülki iş üzrə "xxxx" BOKT MMC cavabdeh qismindədir. Həmin müiki iş üzrə İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq, iddia ərizəsində qeyd edir ki, 2010-cu il tarixdə "Kredaqro” BOKT MMC dən oğlu Qəribov Mahmud götürdüyü kredit üzrə İddiaçı həmin krediti təminatı olaraq ona məxsus iki daşınmaz əmlaklari ipoteka itə yüklü etmiş, sonradan isə kredit öhdəlikləri yerinə yetirə bilmədiyi üçün “KredAqro" BOKT MMC məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq, iş hərraca gedərək, hərrac nəticəsinin olmasına baxmayaraq, iddiaçı güya ki, hərraclardan xəbəri olmayıb və heç bir bildirişi rəsmi qəbul etməyib. 2(0251-725 2022 saylı mülki iş üzrə iddia rədd olııumalıdır. Belə ki, İddiaçı ona məxsus olan Qəbələ rayonu, Nic kəndində yerləşən 0.59 ha torpaq sahəsinin və onun üzərində olan, ümumi sahəsi 130 kvadrat metrdən ibarət fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Kredit öhdəliyi yerinə yetirə bilmədiyi üçün "Kredaqro” BOKT MMC tərəfindən məhkəməyə müraciət olunmuş və iş üzrə qətnamə çıxaraq 2011-ci il tarixdə qanuni qüvvəsini almışdır. Bundan sonra, qətnamə əsasında iş icra şöbəsinin vasitəsi iiə hərraca gedərək, hərracın nəticələrinə əsasən, həmin daşınmaz əmlak "xxxx" BOKT MMC-nin xüsusi mülkiyyətinə keçmişdir. 14 oktyabr 2019-ci il tarixdə istifadə hüququnun xitam verilməsi barəsində son bildirişi Cavabdeh3 BOKT MMC İddiaçı göndərərək, İddiaçı həmin son bildirişi qəbul edərək, qəbul edilməsinə dair bildirişin sürətinə imza etmişdir. Bundan başqa həmin bildirişdə qeyd olunmuşdur ki, artıq həmin daşınmaz əmlak “KredAqro"’ BOKT MMC-nin mülkiyyətindədir. Bu bir daha onu sübuta yetirir ki, İddiaçı tərəfindən bu əmlakın icra və hərracı barədə bütün sənədlər qəbul olunmuşdur. Beləliklə qeyd olunanlara əsasən verilmiş iddia ərizəsi əsassızdır və rədd olunmalıdır. Həmçinin, İddiaçı ümumiyyətlə həmin iddia ərizəsi, ilə məhkəməyə müraciət edə bilməzdir. Əsas ondan ibarətdir ki, həmin tələblə iddia ərizəsinin verilmə müddəti ötürülübdür. Ona görə də hesab edir ki, iddiaçının iddia tələbi rədd olunmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin qanunun 42.1-ci maddəsinə əsasən, Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin qanunun 42.3-cü maddəsinə əsasən,iİstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Həmin qanunun 43.4-cü maddəsinə əsasən, İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun Həmin qanunun 43.7-ci maddəsinə əsasən, Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü və 337.5-ci maddələrinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, almanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2011-ci il tarixli 2(025)-437/2011 nömrəli qətnaməsindən görünür ki, Nümayəndə ilə Cavabdeh3 Bank Olmayan Kredit Təşkilatı QSC arasında xx.xx.2010-cu il tarixli CAGab 44753/10 №-li kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4489 (dörd min dörd yüz səksən doqquz) manat əsas borc, 491 (dörd yüz doxsan bir) manat faiz borcu, gecikdirməyə görə 1500 (bir min beş yüz) manat dəbbə pulu borcu, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat xidmət haqqı, cəmi 15 sentyabr 2011-ci il tarixə 6530 (altı min beş yüz otuz) manat borc, ipotekaya qoyulmuş İddiaçı mülkiyyət hüququ əsasında məxsus Qəbələ rayon Nic qəsəbəsində 0,59 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 44 kv.metr yaşayış, 65.44 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi (0,59 ha torpaq sahəsi ilə birlikdə) yönəldilərək açıq hərracda satılması, ipoteka ilə yüklü edilmiş torpaq sahəsinin hərracda ilkin satış qiyməti 10.000 (on min) manat məbləğində müəyyənləşdirilməsi, satışdan əldə olunan vəsait borcun həcmi məbləğində Cavabdeh3 Bank Olmayan Kredit Təşkilatı QSC-nin xeyrinə ödənilməsi, hərrac keçirildikdən sonra 1 (bir) ay müddətində girov qoyulmuş yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin № Y-816 nömrəli, xx.xx.2012-ci il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evi (0,59 ha torpaq sahəsi ilə birlikdə) Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2011-ci il tarixli 2(025)-437/2011 nömrəli icra vərəqəsinin, Qəbələ rayon İcra Qrupunun 248/11 nömrəli, xx.xx.2021-ci il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 10000 manat, əmlakın təkrar hərracdakı satış qiyməti 6375 manat olmaqla qalib alıcı Cavabdeh3 BOKT QSC-yə satılmışdır. İş materiallarında olan “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 01 mart 2012-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh3 Bank Olmayan Kredit X4 Cəmiyyəti Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2011-ci il tarixli 2(025)-437/2011 nömrəli icra vərəqəsi və “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin № Y-816 nömrəli, xx.xx.2012-ci il tarixli hərracın yekunları barədə protokoluna əsasən İddiaçı məxsus Qəbələ rayonu Nic kəndində yerləşən fərdi yaşayış evini (0,59 ha torpaq sahəsi ilə birlikdə) 6375 (altı min üç yüz yetmiş beş) manata almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı № ******* nömrəli çıxarışın surətindən görünür ki, Qəbələ rayonu Nic kəndində yerləşən 0,59 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 130 m2 olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 BOKT QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində xx.xx.2012-ci ildə qeydiyyata alınmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2011-ci il tarixli 2(025)-437/2011 nömrəli icra vərəqəsinin, Qəbələ rayon İcra Qrupunun sifariş məktubunun icrasına əsasən, İddiaçı məxsus Qəbələ rayonu Nic kəndində yerləşən 0,59 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 83.1 kv.metr olan fərdi yaşayış evi ilə bağlı hərracın keçirilməsini iddiaçının iştirakı olmadan təşkil etmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlaklar alıcı "xxxx" BOKT MMC-nə satılmışdır. Hal-hazırda iddiaçı Qəbələ rayonu Nic kəndində yerləşən 0,59 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 83.1 m2 olan fərdi yaşayış evinə dair “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin hərracın nəticələrinə dair 01 mart 2012-ci il tarixli, Y- 816 saylı protokolun və alğı-satqı müqaviləsinin ləğv edilməsi, "xxxx" BOKT MMC- nin adına verilmiş ********** saylı qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və onun mülkiyyət hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hərracın nəticələrinin etibarsız hesab olunması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində hərrac təşkilatının hərracın keçirilməsi barədə ona bildirişlər təqdim edilmədiyi, hərracın keçirilməsi qaydalarının pozulduğunu, real hərrac keçirilmədiyini, 100000 manat dəyərində olan əmlakın məhkəmə qərarı əsasında 10000 manata hərraca çıxarıldığını, 6375 manata banka satıldığını bildirmişdir. İş materiallarında görünür ki, İddiaçı məxsus Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,59 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 83.1 kv.metr olan fərdi yaşayış evi ilə bağlı hərrac iddiaçıya əvvəlcədən məlumat verilmədən və onun iştirakı olmadan keçirilmiş, iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun tələbindən göründüyü kimi, hərracın vaxtı, yeri və s. ilə yanaşı onun predmeti dəqiq şəkildə tərəflərə bildirilməli və elan olunmalıdır. Bu qaydanın məqsədi hərracın formal deyil, real şəkildə, yəni iştirakçı çoxluğu olan həqiqi auksion formasında keçirilməsidir. Bu səbəbdən həmin məlumatlardakı yanlışlıq (qeyri-dəqiqlik) hərracın iştirakçılar olmadan formal keçirilməsinə səbəb olur. Bu hal isə hərracların iştirakçısının olmaması, dolayısı ilə hərracların baş tutmamış sayılması ilə nəticələnir. Hərracın baş tutmaması isə ipoteka qoyanın əmlak mənafeyinə uyğun deyil. Çünki, bu halda hərrac predmetinin satış qiyməti əvvəlcə 15%, təkrar hərracdan sonra isə 25 % aşağı düşür və əşya daha ucuz qiymətə satılır. Göründüyü kimi, sözügedən məlumatların düzgün göstərilməməsi ipoteka qoyanın əmlakın həqiqi dəyərindən ucuz qiymətə əlindən çıxmasına, başqa sözlə onun əmlak mənafeyinin əsassız pozulmasına səbəb olur. Hərracın nəticələri haqqında protokol etibarsız hesab edildiyindən onun etibarsızlıqdan irəli gələn hüquqi nəticələr tətbiq edilməklə tərəflərin əvvəlki vəziyyətə qaytarılması təmin olunmalıdır. Çünki, “İpoteka haqqında” Qanunun 42.6-cı maddəsindən göründüyü kimi, hərracın nəticələri haqqında protokol müqavilə qüvvəsinə malik olur. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı məxsus olan Qəbələ rayonu Nic qəsəbəsində olan 0,59 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 83.1 kv.metr olan fərdi yaşayış evi haqqında 01 mart 2012-ci il tarixli hərracın nəticələri haqqında protokol əsasında Cavabdeh3 Bank Olmayan Kredit X1 Cəmiyyətinə satılmış və daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 Bank Olmayan Kredit X1 Cəmiyyətinin adına qeydiyyata alınmışdır. Məhkəmə, hərracın nəticələri haqqında yekun protokolun etibarsızlığından irəli gələn hüquqi nəticələri tətbiq edərək hesab edir ki, Qəbələ rayonu Nic qəsəbəsində olan 0,59 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 83.1 kv.metr olan fərdi yaşayış evi üzərində Cavabdeh3 Bank Olmayan Kredit X1 Cəmiyyətinin mülkiyyət hüququna dair qeydiyyat ləğv edilməli, həmin əşya, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmalıdır. Başqa sözlə, iddianın Cavabdeh3 Bank Olmayan Kredit X1 Cəmiyyətinin adına verilmiş çıxarışın ləğv edilməsi, adı çəkilən əmlakın iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsi də əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0.59 ha torpaq sahəsində olan 1 mərtəbəli, 2 otaqlı, 83.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin yenidən ilkin satış qiyməti müəyyən olunmaqla, hərracın keçirilməsi icra məmuruna həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Qəbələ rayonu, Nic qəsəbəsində 0.59 ha torpaq sahəsində olan 1 mərtəbəli, 2 otaqlı, 83.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə dair “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin hərracın nəticələrinə dair 01 mart 2012-ci il tarixli, Y-816 saylı protokolu və alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh3 Bank Olmayan Kredit X1 Cəmiyyətinin adına verilmiş xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməli, Qəbələ rayonu, Nic qəsəbəsində 0.59 ha torpaq sahəsində olan 1 mərtəbəli, 2 otaqlı, 83.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı adına qeydiyyatı bərpa edilməli, Qəbələ rayonu, Nic qəsəbəsində 0.59 ha torpaq sahəsində olan 1 mərtəbəli, 2 otaqlı, 83.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin yenidən ilkin satış qiyməti müəyyən olunmaqla, hərracın keçirilməsi icra məmuruna həvalə edilməlidir. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Qəbələ rayonu, Nic qəsəbəsində 0.59 ha torpaq sahəsində olan 1 mərtəbəli, 2 otaqlı, 83.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə dair “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin hərracın nəticələrinə dair 01 mart 2012-ci il tarixli, Y-816 saylı protokolu və alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh3 Bank Olmayan Kredit X1 Cəmiyyətinin adına verilmiş xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. Qəbələ rayonu, Nic qəsəbəsində 0.59 ha torpaq sahəsində olan 1 mərtəbəli, 2 otaqlı, 83.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı adına qeydiyyatı bərpa edilsin. Qəbələ rayonu, Nic qəsəbəsində 0.59 ha torpaq sahəsində olan 1 mərtəbəli, 2 otaqlı, 83.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin yenidən ilkin satış qiyməti müəyyən olunmaqla, hərracın keçirilməsi icra məmuruna həvalə edilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-725/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-725/2022
30.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver