Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-73/2023 26.01.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, onun vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə, üçüncü şəxs X2 və vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Qəbələ Regional Cavabdeh1ndə Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və üçüncü şəxslər X5 və X11 qarşı “vərəsəlik hüququ haqqında Şəhadətnamənin və DƏDR-dən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Qəbələ Regional Cavabdeh1ndə Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və üçüncü şəxslər X5 və X11 qarşı “vərəsəlik hüququ haqqında Şəhadətnamənin və DƏDR-dən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-163A kod 40666648 saylı Şəhadətnaməyə əsasən mərhumlar X14 və X19 mülkiyyətində olub, miras qalmış 0.49 ha həyətyanı torpaq sahəsinə Qəbələ "ASAN" xidməti notariusu tərəfindən X6 və X2 adına verilmiş vərəsəlik hüququ haqqında 10 06.2022-ci il tarixli Şəhadətnamənin,X7 adına ƏMDK DƏDKRX HDQHƏDR-dən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair JN-163A nömrəli Şəhadətnamə ilə babası X14 və nənəsi X19 mülkiyyətinə 0.49 ha həyətyanı torpaq sahəsi verilmişdir. Onların hər ikisi müvafiq olaraq 2000-ci və 2001-ci illərdə vəfat etmişlər, torpaq sahəsi miras qalmışdır. Miras qoyanların 7 nəfər vərəsəsi olmuş,onlardan 5 nəfəri miras qoyanların sağlığında ayrılıb getmiş, iki nəfəri (Abbəkirov Mais İsa oğlu və X40) isə valideyinləri ilə birlikdə yaşamışlar. Bu iki vərəsədən Əbbəkirov Əlsahib miras qoyanların sağlığı dövründə 1989-cu ildə vəfat etmiş, onun iki azyaşlı uşaqları, 1988-ci il təvəllüdlü Pərviz və 1998-cu il təvəllüdlü Gözəl qalmışdır. Abbəkirov Mais (atası) isə miras qoyanlar vəfat etdikdən sonra 2017-ci il tarixdə ölmüşdür. Öldükdən sonra onun da 3 nəfər uşaqları vərəsələri kimi qalmışlar. Miras qoyanlar ölən zaman Əlsahibin uşaqları azyaşlı olduğundan onları əmisi (atası) Mais baxıb böyütmüşdür. Miras torpaq sahəsi Mais tərəfindən faktiki qəbul edilmişdir. Daha sonra Maisin və Əlsahibin uşaqları həmin torpaq sahəsindən istifadə etmişlər. Mərhum atası Mais miras torpaq sahəsinin bir hissəsini dəmir torla və daş hasar ilə bağlamış və tərəvəz üçün istifadə etmiş, onlar da sonradan həmin hissəni tam olaraq daş hasarla bağlayaraq darvaza qoymuşlar. Hal-hazırda da istifadə edirlər. Bu yaxınlarda ona məhkəmədən bildiriş və iddia ərizəsi gəlmiş və həmin iddiada göstərilmişdir ki, JN-163A saylı Şəhadətnamə ilə X20 və X26 verilmiş və miras qalmış 0.49 ha həyətyanı torpaq sahəsinə mərhum Əlsahibin qızı Abbəkirova Gözələ və oğlu Abbəkirov Pərvizə hərbirinə 1/2 hissədə olmaqla Qəbələ "ASAN" xidmət mərkəzinin notariusu tərəfindən 0.49 ha torpaq sahəsinin hamısına qanuni vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Həmin Səhadətnamənin verilməsindən onun və digər vərəsələr olan, ailə üzvülərinin xəbərləri olmamışdır. Həmin Şəhadətnamə əsasında 0.49 ha torpaq sahəsi mərhum Əlsahibin qızı Abbəkirova Gözəlin adına təkbaşına hüquqsahibi kimi HDQHDƏDR-də qeydə alınmış və qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixli dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışı aldıqdan sonra X56 rayon Məhkəməsində iddia qaldıraraq onun və ailə üzvülərinin (mərhum Maisin vərəsələri) istifadə etdikləri miras torpaq sahəsinin hissəsindən məcburi qaydada çıxarılması və həmin miras torpaq sahəsinin üzərində inşa etdikləri hasarın və darvazanın sökülərək torpaq sahəsi boşaldılaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını istəmişdir. Hesab edir ki, Gözəldən və Pərvizdən əlavə 9 nəfər vərəsənin olduğu halda, həmin torpaq sahəsi barədə mübahisə olduğu halda,torpaq sahəsinin bir hissəsi tərəflərindən miras payı kimi qəbul edilərək istifadə edildiyi halda və mirasın açıldığı vaxtdan 21 ildən artıq vaxt keçdiyi halda notariat tərəfindən 10 nəfər vərəsədən yalnız ikisinin adına 0.49 ha miras torpaq sahəsinin hamısına (bütövlükdə) vərəsəlik şəhadətnaməsinin verilməsi qanuna uyğun deyildir. Ona görə də Qəbələ rayon "ASAN" xidmətinin notariusu tərəfindən X12 və X15 miras qalmış 0.49 ha torpaq sahəsinə dair verilmiş vərəsəlik hüququna dair şəhadətnamə və həmin şəhadətnamədən irəli gələn digər hüquqi aktlar ləğv edilməlidir. Miras torpaq sahəsinin vərəsələr arasında bölünməsi məsələsi qanunla müəyyən edilmiş ümumi qaydada yenidən həyata keçirilməlidir. Beləliklə, vərəsələr arasında razılıq əldə edilmədiyi təqdirdə vərəsələrin dairəsinin və ya vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisənin həll olunması üçün məhkəməyə müraciət edilməlidir. Qeyd etməlidir ki, iddia tələbində Abbəkirova Gözəl göstərmişdir ki, 0.49 ha torpaq sahəsinin bir hissəsini cavabdehlər İddiaçı, X53,X41 və X8 zəbt edərək ətrafina daş hasar çəkmişlər. İddia ərizəsində qeyd edilən cavabdehlər o da daxil olmaqla mərhum vərəsə Maisin vərəsələridir. Hansı ki, hələ miras qoyanların sağlığında iddia ərizəsində geri qaytarılması tələb edilən torpaq sahəsini özünün istifadəsinə almış, kənarlarını bağlamış,daha sonra isə bugünədək həmin torpaq sahəsindən onlar istifadə edirlər. Yəni mirasın bir hissəsi atası Mais tərəfindən faktiki qəbul edilmişdir və hazırda onların istifadəsindədir. Kənarlarını bağladıqları və istifadə etdikləri həmin torpaq sahəsi hissəsi onların yaşadıqları həyətlə həmsərhəddir. Hətta, bu hissə onların həyətyanı sahəyə HDQHDƏDR-ən verilmiş çıxarışın plan-ölçü kadastrında zəbt kimi göstərilmişdir. Bu da əlavə olaraq bir daha ona dəlalət edir ki, miras torpaq sahəsinin bir hissəsini onlar hələ miras qiyanlar vəfat etmədən əvvəl istifadə edirlər. İddiaya Etiraz: Cavabdeh Qəbələ Regional Cavabdeh1ndə Notariat Ofisinin notariusu Tamerlan Qurban xx.xx.2022-ci il tarixdə məhkəməyə poçt vasitəsilə etiraz ərizəsi göndərmiş və həmin ərizədə göstərmişdir ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olmuş X33 xx.xx.2001-ci il tarixdə, X34 isə xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 19 saylı qərarı ilə Həsrət Abbəkirovanın və İsa Abbəkirovun ümumi mülkiyyətinə verilmiş Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,49 ha yaşayış məntəqələrinin torpaq sahəsindən ibarət miras əmlakı qalmışdır. Cavabdehlər miras qoyanların nəvələri X21 və X3 müraciətləri və mirasın faktiki idarəçiliyinə, mülkiyyət hüququna və qohumluq münasibətlərinə dair təqdim edilmiş sənədlər, o cümlədən məhkəmə qətnamələri əsasında X15 miras qalmış Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,49 ha yaşayış məntəqlərinin torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamələr Qəbələ regional "ASAN xidmət" mərkəzində notariat ofisində xx.xx.2022-ci il tarixdə, 2V-425 və 2V-426 reyestr nömrə ilə rəsmiləşdirilmişdir. İddiaçı "mirasın faktiki qəbul edilməsinin müəyyən edilməsi barədə" iddiası Qəbələ rayon Məhkəməsinin 2(025)-1523/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-341/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Qəbələ rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-4022/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qəbələ rayon Məhkəməsinin qətnaməsinin təsviri hissəsində aşağıdakılar müəyyən edilmişdir: "Mais Abbəkirov valideynlərinin ölümündən sonra mirasın faktiki qəbulu ilə bağlı hər hansı aktiv hərəkətlər etməmiş və uzun müddət özünün vərəsəlik hüquqlarını mübahisələndirməmişdir. Mais Abbəkirov özünün ayrı təsərrüfatı olmuş, mübahisəsi gedən təsərrüfatla bağlılığı isə yalnız həmin təsərrüfatda yaşayan mərhum qardaşı Əlisahibin ailəsi ilə qohumluq münasibətləri müstəvisində ola bilərdi ki, məhkəmə iclasında da hər iki ailə arasında soyuq münasibətlərin olduğu müəyyən olundu. Məhkəmə qeyd edir ki, Mais Abbəkirovun mübahisəsi gedən təsərrüfatda ağac əkib-becərməsi inandırıcı olsa belə, bu hal öz-özlüyündə ona mirasın (onun bir hissəsinin)Konsitusiya Məhkəməsinin müvafiq şərhində əks olunan hüquqi yanaşmaya görə qəbul edilməsi üçün əsas vermir. İddiaçı mirasın faktiki qəbulu ilə bağlı mərhum atası, daha sonra isə özü tərəfindən hansı aktiv hərəkətlərin edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilmədi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisəsi gedən torpaq sahəsi Mais Abbəkirov, daha sonra isə sonuncunun oğlu İddiaçı tərəfindən faktiki qəbul edilməmişdir, ona görə də həmin faktın məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir." İddiaçı Bayram Abbəkirovun "mirasın faktiki qəbul edilməsinin müəyyən edilməsi barədə" iddiası Qəbələ rayon Məhkəməsinin 2(025)-47/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Şəki Apellyasiay Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-341/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Qəbələ rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamənin təsviri hissəsində aşağıdakılar müəyyən edilmişdir: "İddiaçı X27 atası Mais Abbəkirov 1980-ci illərdə valideyblərinin təsərrüfatından ayrılaraq özünə yeni təsərrüfat yaratmış və ailəsi ilə birlikdə həmin təsərrüfatda yaşamışdır. Özü öldükdən sonra ailə üzvləri ona məxsus təsərrüfatda yaşamağa davam etmişlər. X57 Həsrət Abbəkirovanın digər uşaqları da mübahisəli təsərrüfatdan ayrılaraq başqa ünvanlara köçmüş və həmin təsərrüfatdan qeydiyyatdan çıxmışlar. Mübahisəli torpaq sahəsində yalnız mərhum Əlisahib Abbəkirov qalmış və özü öldükdən sonra ailə üzvləri həmin təsərrüfatda qalıb yaşamağa davam etmişdir. X38 Həsrət Abbəkirova vəfat etdikdən sonra mərhum Leyla Abbəkirovanın adına keçirilmişdir. Hazırda sonuncuların uşaqları Pərviz və Gözəl həmin torpaq sahəsində qeydiyyatda olmaqla, Pərvizin ailəsi ilə birlikdə yaşayır." İddiaçı miras qoyanla qohumluq münasibətini, miras əmlakın faktiki idarəçiliyini təsdiq edən sənədləri notariat ofisinə təqdim etməmiş, o cümlədən mirasın qəbulu üçün nəzərdə tutulan müddəti itirməsi səbəbindən Mülki Məcəllənin 1273-1 maddəsi (vərəsə Mülki Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir) tətbiq edilmiş və iddiaçlılar vərəsəlik hüququ haqqında şəhadətnamədən kənarda qalmışlar. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mülki Məcəllədə göstərilən müddət ərzində onlar mirası notariusa müraciət edərək və ya faktiki olaraq mirası qəbul etdiyini təsdiq edən sübutlar təqdim edilmədiyi üçün həmin miras əmlakla bağlı mübahisə açmaq və vərəsəlik şəhadətnaməsini mübahisələndirmək hüququna malik deyillər və həmin hissədə iddia tələbləri subyektiv hüququ olmayan şəxslər tərəfindən qaldırılmış hesab olunmalıdır. Odur ki, hazırki iş üzrə iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı və onun vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə qeyd iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında üçüncü şəxs X16 və onun vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil2 iddianın əsassız olduğunu, iddiaçının tələbi ilə bağlı dəfələrlə məhkəmə araşdırması olduğunu və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri olduğunu bildirərək, iddianın rədd edilməsini xahiş etdilər. Cavabdehlər Qəbələ Regional Cavabdeh1ndə Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə, üçüncü şəxs X11 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri və üçüncü şəxs X22 məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Qəbələ Regional Cavabdeh1ndə Notariat Ofisinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsininnümayəndələrinin və üçüncü şəxs X9 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Mülki işdə olan sənədlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan JN-163 A, kod 40600048 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə X14 və X19 mülkiyyətinə Qəbələ rayonu Vəndam kəndi ərazisində 0,49 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəbələ regional Cavabdeh1ndə 2V-425 reyetr nömrəsi ilə qeydə alınmış “X72 Haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2000-ci il tarixdə vəfat etmiş X23 vərəsəsi: atası xx.xx.1989-cu il tarixdə vəfat etmiş X17 Qəbələ rayonu Vəndam qəsəbəsi ünvanında qeydiyyatda olan oğlu X16 və X18 hər biri miras əmlakdan ½ irs almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti tərəfindən 16iyun 2022-ci il tаrixdə verilmiş **********67 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxаrışın surətindən müəyyən olunur ki, Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,49 ha yaşayış məntəqələrinin torpaqlarından X2 ½, X3 ½ hissə paylarının müəyyən olunması daşınmaz əmlakın dövlət reystrində 230 nömrəli reyestr kitabının 55-ci vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Qəbələ rayonu Vəndam qəsəbə sakini X18 tərəfindən notariat ofisinə yazılmış və Qəbələ regional Cavabdeh1ndə 8İ-4408 reyetr nömrəsi ilə qeydə alınmış ərizədən görünür ki, Pərviz Abubəkirov paylı mülkiyyət hüququ üzrə Azərbaycan Respublikası DƏDRX-nin Qəbələ Əİ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********67 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarış əsasında Qəbələ rayon, Vəndam qəsəbəsində yerləşən ümumi sahəsi 0,49 ha torpaq sahəsindən ½ hissə payını bacısı X5 bağışlamaq istədiyini bildirmişdir. İş materiallarında olan Qəbələ regional Cavabdeh1ndə 4Ə-860 reyetr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanmasına dair 17iyun 2022-ci il tarixli müqaviləsinin surətindən görünür ki, hədiyyə verən X1 rayonu Vəndam qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,49 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsindən ½ hissə payını hədiyyə alan X4 mülkiyyətinə verir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2(025)-1523/2018 saylı Qətnaməsi ilə İddiaçı cavabdehlər X13, X42, X43, X54, X55, X58, X8, X53, X41, X24, X25 və X11 qarşı mərhum X35 və X28 JN-163F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən miras qalmış və hazırda onunla cavabdeh X10 birgə faktiki istifadəsində olan 0,49 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinin, yəni 0,245 ha hissəsinə dair vərəsəliyin onun tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməs barədə iddiası təmin edilməmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 2(107)-341/2019 saylı Qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2(025)- 1523/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının 10 iyun 2019-cu il tarixli, 2(102)-4022/2019 saylı Qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə 30 yanvar 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli, 2(025)-242/2020 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı və X9 cavabdehlər X58, X44, X45, X54, X42, X53, X41 və X5 qarşı “miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi, həmin əmlakı qəbul etmiş vərəsələrin mülkiyyəti sayılması” tələbinə dair iddiası təmin edilməmiş, qətnamədən apellyasiya şikayəti verilməmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 2(025)-47/2021 saylı qətnaməsi ilə iddiaçı X27 cavabdehlər X18, İddiaçı, X58, X44, X45, X54, X42, X53 və X5 qarşı “miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi, həmin əmlakdan payın müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməməsi qərara alınmış, qətnamədən apellyasiya şikayəti verilməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar xx.xx.2007-ci il tarixli Qərarı. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarı. M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarı. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1145.Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. X72 (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədəərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmənin mövqeyi (1): Məhkəmə qeyd edir ki, İddiaçı ərizəsində miras qoyanlardan miras qalmış 0,49 ha torpaq sahəsinin bir hissəsinin atası Maisin sağlığından onların istifadəsində olduğunu, kənarlarını bağladığını və bu günədək həmin torpaq sahəsindən istifadə etdiyini bildirmişdir. Nəticə olaraq mirasın bir hissəsinin atası Mais tərəfindən faktiki qəbul edildiyini və hazırda onların istifadəsində olduğunu iddia edir. Lakin məhkəmə hesab edir ki, iddiaçı X29 miras əmlakı hesab olunan 0,49 ha torpaq sahəsinin bir hissəsini zəbt edərək onu hasara alması, həmin torpaq sahəsindən istifadə etməsi faktı öz-özlüyündə mirasın qəbul edilməsi demək deyildir. “Mirasın qəbul edilməsi”nin mahiyyətinin dərk edilməsi üçün Mülki Məcəllənin 1243.2ci maddəsinə nəzər yetirilməlidir: “Vərəsə... əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır”. Göründüyü kimi, hazırkı qanuna görə vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməlidir. Beləliklə, göstərilənlər əsasında məhkəmə hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsızlığı məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı faktiki qəbul edib-etməmələri müəyyən olunmalıdır. Yuxarıda göstərildiyi kimi, mirasın faktiki qəbulu özündə miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək üsulunu ehtiva edir. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Bu baxımdan, məhkəmə tərəfindən mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız mləhdudlaşdırılmamalıdır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas gösrtəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı mübahisəsi gedən 0,49 ha torpaq sahəsinin, yəni miras əmlakı faktiki qəbul etməsini sübut etməlidir. Hazırkı iş üzrə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsədə, o, öz iddia tələbini sübuta yetirə bilməmişdir. Beləki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Əksinə olaraq iş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2(025)-1523/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X13, X42, X43, X54, X55, X58, X8, X53, X41, X24, X25 və X11 qarşı mərhum X35 və X28 JN-163F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən miras qalmış və hazırda onunla cavabdeh X10 birgə faktiki istifadəsində olan 0,49 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinin, yəni 0,245 ha hissəsinə dair vərəsəliyin onun tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi barədə iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 2(107)-341/2019 saylı Qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2(025)-1523/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmçinin Qəbələ Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2(025)-1523/2018 saylı qətnaməsi ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə 30 yanvar 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, yuxarıda istinad olunan qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən olunur ki, tərəflər arasındakı əvvəlki mübahisələrdə hazırda mübahisələndirilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,49 ha torpaq sahəsinin, yəni miras əmlakın ikidə bir hissəsinin İddiaçı tərəfindən faktiki qəbul edilməsi barədə iddiası təmin edilməmişdir. Beləliklə, qanuni qüvvəsində olan məhkəmə aktları ilə İddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,49 ha torpaq sahəsinin, yəni miras əmlakın ½ hissəsinin onun tərəfindən faktiki qəbul edilməsi sübut edilməmişdir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Bundan başqa, məhkəmə nəzərə alır ki, qanuni qüvvəsində olan sözügedən məhkəmə aktları ilə İddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,49 ha torpaq sahəsinin, yəni miras əmlakın ikidə bir hissəsi faktiki qəbul etməməsi müəyyən olunur. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar xx.xx.2007-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki,Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilikkimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarında şərh edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.” Məhkəmə hazırki iş materiallarını, tərəflərin izahatlarını və yuxarıda istinad olunan qanuni qüvvəsini almış məhkəmə aktlarının preyudusiallığını nəzərə alaraq qeyd edir ki, İddiaçı miras əmlakı faktiki qəbul etməsinə dair mülahizəsi eyni tərəflər arasında mövcud olmuş mübahisələrə dair mülki işlər üzrə qanuni qüvvəsini almış məhkəmə aktları ilə təkzib olunduğundan iddia tələbi təmin edilməməlidir. Məhkəmənin mövqeyi (2): Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən miras qəbul edilməmiş və onun miras əmlaka vərəsəlik hüququnun müəyyən edilməsi tələbi əsassızdır və təmin edilə bilməz. Eyni zamanda, iddiaçı mirası qəbul etmədiyinə görə onun mübahisəli torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsini mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Belə ki, miras əmlakla bağlı mübahisə açmaq və vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək hüququna yalnız miras əmlakı qəbul etmiş vərəsələr malikdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; yəni hazırkı iş üzrə iddiaçı tərəfindən miras qəbul edilməsi müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırkı halda iddiaçı cavabdehlərin onun hansı hüquqlarını pozmasını sübuta yetirə bilməmişdir “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçı hazırkı tələblə bağlı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki,İddiaçı hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki iddiaçı tərəfindən miras qəbul edilməmişdir. (Qəbələ Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2(025)-1523/2018 saylı qətnaməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 2(107)-341/2019 saylı Qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının 10 iyun 2019-cu il tarixli, 2(102)-4022/2019 saylı Qərarı). Belə ki, miras əmlakla bağlı mübahisə açmaq və vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək hüququna yalnız miras əmlakı qəbul etmiş vərəsələr malikdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas gösrtəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək, bütövlükdə iddianı əsaslı saymayıb, onun təmin edilməməsi qənaətinə gəlir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Qəbələ Regional Cavabdeh1ndə Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və üçüncü şəxslər X5 və X11 qarşı “vərəsəlik hüququ haqqında Şəhadətnamənin və DƏDR-dən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-73/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-73/2023
26.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver