Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-731/2021 31.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli 09 saylı qərarına əsasən, Ərizəçi2, X1, Ərizəçi1, Ərizəçi3 və X3 adına verilmiş JN-0005 nömrəli 40613038 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara aid hissədə, yəni Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayonu, İmamlı kəndi Aqrar İslahatları aparılarkən Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli 09 saylı qərarı ilə, ona və ailə üzvülərinin mülkiyyətinə JN-0005 nömrəli 40613038 kodlu Dövlət Aktına əsasən 1.54 ha torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında səhv olaraq X6 və X7 yazılmışdır. Onların Ərizəçi1 əvəzinə X6, Ərizəçi2 əvəzinə X7 və Ərizəçi3 əvəzinə isə Ərizəçi3 Söhrab oğlu yazılmasının səbəbi onlara aydın deyil bunun sadəcə olaraq texniki səhv olduğunu düşünürlər. Dövlət Aktında səhv yazıldığına diqqət etməmiş və bu yaxın vaxta qədər də heç maraqlanmamışdır. Lakin sənədlərini hazırlayıb Çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edərkən Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktında ad və soyadlar səhv yazıldığından müvafiq sənədləşdirməni aparmağı mümkün olmamışdır. Həmçinin onlara məxsus doğum haqqmda şəhadətnamədə, şəxsiyyət vəsiqəsində və nikah haqqında şəhadətnamədə onların ad soyad və ata adlarının necə olması yazılmışdır. Bu səhv məhkəmə qaydasında düzəliş edilərək sənədlərin onlara məxsus olması müəyyən edilməlidir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-0005 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 15 may 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən X7, X1, X8, Ərizəçi3 Söhrab oğlu və X3 ümumi birgə mülkiyyətinə 1.54 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon, Qəmərvan kənd İ.Ə.N tərəfindən verilmiş 09 oktyabr 2018-ci il tarixli AZ-T № 068212 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi2 adı “Səhrab” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon, Tikanlı kənd soveti tərəfindən verilmiş 07 aprel 1977-ci il tarixli İ-JQ № 415692 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 ilə X2 arasında 07 aprel 1977-ci il tarixdə nikah bağlanmışdır. Burada Ərizəçi2 adı “Səhrab” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 09.08.2015-ci il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 adı şəxsiyyəti təsdiq edən sənəddə “Səhrab” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 aprel 2021-ci il tarixli AZ-İ № 150278 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi1 tam adı “Ərizəçi1” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 25.01.2013-cü il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 tam adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi1” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon, Mirzəbəyli kənd soveti tərəfindən verilmiş 21 avqust 1985-ci il tarixli Xİ-JQ № 268077 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi3 ata adı “Səhrab” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 adı şəxsiyyəti təsdiq edən sənəddə ata adı “Səhrab” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1.54 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-0005 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında yalnışlığa yol verilərək, “Ərizəçi1” əvəzinə “Ərizəçi1”, “Ərizəçi3” əvəzinə “Ərizəçi3” və “Ərizəçi2” əvəzinə “Ə Ərizəçi2” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-0005 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-731/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-731/2021
31.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver