Məhkəmə qərarları › İş №2(025)-737/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-737/2025

25.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-737/2025 25.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X11, iddiaçı X1 cavabdehlər, Qəbələ Regional “Asan Xidmət” mərkəzində notariat ofisi, X7 və qeyrilərinə qarşı daşınmaz əmlak obyektinin ösgəninkiləşdirilməsinə və ipotekasına dair müqavilələrin etibarsız hesab edilməsi, vərəsəlik üzrə mirasın bölünməsi və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X4 cavabdehlər, Qəbələ Regional “Asan Xidmət” mərkəzində notariat ofisi, X7 və qeyrilərinə qarşı daşınmaz əmlak obyektinin ösgəninkiləşdirilməsinə və ipotekasına dair müqavilələrin etibarsız hesab edilməsi, vərəsəlik üzrə mirasın bölünməsi və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələbi barədə iddia qaldıraraq xx.xx.2006-cı il tarixdə vəfat etmiş X2 miras qalmış Qəbələ şəhəri, Bakıxanov küçəsi 1-də yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 130,3 kv/m,yaşayış sahəsi 74,3 kv/m, köməkçi sahəsi 56,0 kv/m olan 4 otaqlı fərdi yaşayış evinin X5 bağışlanmasına dair Qəbələ Regional “Asan Xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə-1957 saylı müqavilənin və Cavabdeh2 QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi haqqında xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik üzrə miras üzərində 1/2 hissədə payının müəyyən edilməsi və həmin hissəyə dair adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. AR Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin ( miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsaən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə hesab edir ki, X4 mübahisələndirdiyi müqavilələr üzrə tərəf olmadığından həmin müqavilələri ləğv etmək təklifi ilə çıxış edərək mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət etmək imkanına malik olmamışdır. İddia ərizəsində xx.xx.2006-cı il tarixdə vəfat etmiş X2 miras qalmış Qəbələ şəhəri, Bakıxanov küçəsi 1-də yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 130,3 kv/m,yaşayış sahəsi 74,3 kv/m, köməkçi sahəsi 56,0 kv/m olan 4 otaqlı fərdi yaşayış evindən qanun üzrə vərəsəlik üzrə 1/2 hissədə payının müəyyən edilməsi və həmin hissəyə dair adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələb olunduğu halda X3 mübahisə predmetini təşkil edən həmin daşınmaz əmlak obyekti üzərində əmlak hüquqlarını təsdiq edən heç bir sənəd iddia ərizəsinə əlavə edilməmiş, o cümlədən mübahisə predmetini təşkil edən daşınmaz əmlak obyektinin ösgəninkiləşdirilməsinə və ipotekasına dair müqavilələrin biri-biri ilə əlaqəsi və ləğvi əsasları göstərilməmişdir. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilir. . Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilir. Həmin Məcəllənin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri əlavə edilir. Həmin Məcəllənin 150.1.6-ci maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarılır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsinə mübahisə predmetini təşkil edən Qəbələ şəhəri, Bakıxanov küçəsi 1-də yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 130,3 kv/m,yaşayış sahəsi 74,3 kv/m, köməkçi sahəsi 56,0 kv/m olan 4 otaqlı fərdi yaşayış evi üzərində X3 əmlak hüquqlarını təsdiq edən sənəd əlavə edilmədiyindən, o cümlədən mübahisə predmetini təşkil edən tərəflərinə və predmetinə görə fərqli olan daşınmaz əmlak obyektinin özgəninkiləşdirilməsinə və ipotekasına dair müqavilələrin biri-biri ilə əlaqəsi və ləğvi əsasları göstərilmədiyindən iddiaçı X1 cavabdehlər, Qəbələ Regional “Asan Xidmət” mərkəzində notariat ofisi, X7 və qeyrilərinə qarşı daşınmaz əmlak obyektinin özgəninkiləşdirilməsinə və ipotekasına dair müqavilələrin etibarsız hesab edilməsi, vərəsəlik üzrə mirasın bölünməsi və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələbi barədə iddia ərizəsi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı X1 cavabdehlər, Qəbələ Regional “Asan Xidmət” mərkəzində notariat ofisi, X7 və qeyrilərinə qarşı daşınmaz əmlak obyektinin ösgəninkiləşdirilməsinə və ipotekasına dair müqavilələrin etibarsız hesab edilməsi, vərəsəlik üzrə mirasın bölünməsi və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələbi barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən X6 hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar