Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-740/2022 30.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 etibarnamə üzrə nümayəndələri (ataları) Nümayəndə iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarına əsasən, X6, X3, X5, Ərizəçi3 Rəfail qızının adına verilmiş JN-307 (Kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının onlara aid hissədə onlara, yəni Əzimova (Əbdürəhimova) Səadət Rəfayıl qızına, Ərizəçi1 və Ərizəçi3 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, ölkədə aparılan torpaq islahatı zamanı Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, X6, X3, X5, Ərizəçi3 Rəfail qızına Qəbələ şəhəri ərazisində yerləşən 2,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əvəzsiz olaraq verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-307 (kod:********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» X13 (Əbdürəhimova) Səadət Rəfayıl qızının səhvən soyadı “Əbdürəhmanova”, ata adı “Rəfail”, Ərizəçi1 səhvən soyadı “Əbdürəhmanov”, ata adı “Rəfail”, Ərizəçi3 səhvən ata adı “Rəfail” kimi qeyd olunub. Nə onlar, nə də ailə üzvlərinin heç biri uzun illər buna əhəmiyyət verməmişlər, lakin torpağın sənədlərini hazırlayıb Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışlar. Bununla bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etsə də, həmin idarə tərəfindən ona ünvanlanmış 06 may 2022-ci il tarixli, **********38 nömrəli məktubda göstərilmişdir ki, torpaq sahəsinə dair hüquq müəyyən edici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahəiyyətində deyil və bununla bağlı məhkəməyə müraciət etməli olması tövsiyyə olunmuşdur. Şəxsiyyətlərini təsdiq edən şəxsiyyət vəsiqələrində, “doğum haqqında şəhadətnamə”lərdə, “Nikah haqqında şəhadətnamə”də, sürücülük vəsiqələrində soyadları, adları və ata adları düzgün qeyd edilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 etibarnamə üzrə nümayəndələri (ataları) Nümayəndə ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 etibarnamə üzrə nümayəndələri (ataları) Nümayəndə dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan JN-307 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-nın 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən X6, X3, X5 və Ərizəçi3 Rəfail qızının birgə mülkiyyətinə JN-307 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə 2,40 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli «Doğum haqqında» arayışlardan görünür ki, ərizəçilərin soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1, X4 və Ərizəçi3. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli «Nikah haqqında» çıxarışlardan görünür ki, ərizəçilərin soyad, ad və ata adları nikahda daxil olmamışdan əvvəl aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1, X4 və Ərizəçi3. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 06 may 2022-ci il tarixli **********38 nömrəli məktubundan görünür ki, JN-307 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Qəbələ şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 may 2022-ci il tarixli, 613 nömrəli arayışda göstərilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-307 KOD 40601004 saylı şəhadətnamədə X1 soyadı “Əbdürəhmanova”, ata adı “Rəfail”, Ərizəçi1 səhvən soyadı “Əbdürəhmanov”, ata adı “Rəfail”, Ərizəçi3 ata adı səhvən “Rəfail” yazılmışdır. Torpaq islahatı aparılan zaman Qəbələ şəhəri ərazisində X7, X11 və Ərizəçi3 Rəfail qızı adlı heç kim qeydiyyatda olmamışdır. İş materiallarında olan Qəbələ rayon İHB-nın Qəbələ şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 may 2022-ci il tarixli, 610, 611 və 612 nömrəli arayışlarda göstərilmişdir ki, Ərizəçi1 və Azaxlı X9 şəhəri, M.F.Axundov küçəsi, ev 28 ünvanda, Ərizəçi2 ünvan 2 ünvanda yaşayırlar. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKnın 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən X6, X3, X5 və Ərizəçi3 Rəfail qızının birgə mülkiyyətlərinə verilmiş JN-307 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi1 soyadı səhvən “Əbdürəhmanov”, ata adı səhvən “Rəfail”, Ərizəçi2 soyadı səhvən “Əbdürəhmanova”, ata adı səhvən “Rəfail”, Ərizəçi3 ata adı isə səhvən “Rəfail” kimi qeyd olunmuşdur. Qeyd olunan dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin dövlət aktı üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməzlər. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Həmçinin məhkəmə, Ərizəçi2 soyadının əvvəlcə Əbdürəhimova, nikaha daxil olduğdan sonra Əzimova olduğundan, bu məsələyə də məhkəmə münasibət bildirərək onun soyadının Əzimova (Əbdürəhimova) kimi qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən X6, X3, X5 və Ərizəçi3 Rəfail qızının birgə mülkiyyətlərinə verilmiş JN-307 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi1, Ərizəçi3 və Əzimova (Əbdürəhimova) Səadət Rəfayıl qızına aid hissədə Ərizəçi1, Ərizəçi3 və Əzimova (Əbdürəhimova) Səadət Rəfayıl qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-740/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-740/2022
30.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver