Məhkəmə qərarları › İş №2(025)-743/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-743/2021

02.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-743/2021 02.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçilər Ərizəçi2, Ərizəçi3 və Ərizəçi1 nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçilər Ərizəçi1 Rəşid qızı, Ərizəçi2 və Ərizəçi3 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi1 Rəşid qızı, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarına əsasən, Nümayəndə, X2, X4, X12, X18 və X5 adına verilmiş JN-1155 nömrəli 40600048 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara aid hissədə, yəni Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayonu, İmamlı kəndi Aqrar İslahatları aparılarkən Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarı ilə, ona və ailə üzvülərinin mülkiyyətinə JN-1155 nömrəli 40600048 kodlu Dövlət Aktına əsasən 1.83 ha torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında səhv olaraq X6, X18 və X13 yazılmışdır. Onların Ərizəçi1 əvəzinə X6, Ərizəçi2 əvəzinə X18 və Ərizəçi3 əvəzinə isə X13 yazılmasının səbəbi onlara aydın deyil bunun sadəcə olaraq texniki səhv olduğunu düşünürlər. Dövlət Aktında səhv yazıldığına diqqət etməmiş və bu yaxın vaxta qədər də heç maraqlanmamışdır. Lakin sənədlərini hazırlayıb Çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edərkən Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Alctmda ad və soyadlar səhv yazıldığından müvafiq sənədləşdirməni aparmağı mümkün olmamışdır. Həmçinin onlara məxsus doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində və nikah haqqında şəhadətnamədə onların ad soyad və ata adlarının necə olması yazılmışdır. Bu səhv məhkəmə qaydasında düzəliş edilərək sənədlərin onlara məxsus olması müəyyən edilməlidir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 nümayəndəsi Nümayəndəərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1155 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən Nümayəndə, X2, X4, X12, X18 və X5 ümumi birgə mülkiyyətinə 1.83 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon, Vəndam kənd soveti tərəfindən verilmiş 26 iyul 1989-cu il tarixli XİV- JQ № 421002 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Rəhimova (Mansırova) Nəzakət Rəşid qızının tam adı “Rəhimova Nəzakət Rəşid qızı” olaraq qeyd olunmuşdur. İşdə olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 dekabr 2010-cu il tarixli AZ-İ № 616128 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Rəhimova Nəzakət Rəşid qızı ilə X3 arasında 14 dekabr 2010-cu il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Mansırov, arvada Mansırova soyadı verilmişdir. Burada ərizəçi Rəhimova (Mansırova) Nəzakət Rəşid qızının tam adı “Rəhimova Nəzakət Rəşid qızı” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş ASAN1 tərəfindən 01.11.2014-cü il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 Rəşid qızının ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Rəşid qızı” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon, Vəndam kənd İ.Ə.N tərəfindən verilmiş 01 mart 1993-cü il tarixli XVİİİ-JQ № 290755 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Əjdərli (Abdurəhmanova) Jalə Rəşid qızının tam adı “X14” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon, Vəndam kənd İ.Ə.N tərəfindən verilmiş 03 oktyabr 2009-cu il tarixli AZ-İ № 531339 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X1 arasında 03 oktyabr 2009-cu il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Abdurəhmanzadə, arvada Abdurəhmanzadə soyadı verilmişdir. Burada ərizəçi X9 tam adı “X14” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ tərəfindən 27.04.2018-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Rəşid qızı” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon, Vəndam kənd İ.Ə.N tərəfindən verilmiş 01 mart 1995-ci il tarixli XVİİİ-JQ № 484380 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Əjdərli (Abdulzadə) Aişə Rəşid qızının adı “Aişə”, soyadı “Əjdərli” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 fevral 2018-ci il tarixli AZ-İİ № 243327 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X7 arasında 06 fevral 2018-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Abdulzadə, arvada Abdulzadə soyadı verilmişdir. Burada ərizəçi Əjdərli (Abdulzadə) Aişə Rəşid qızının adı “Aişə”, soyadı “Əjdərli” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 adı şəxsiyyəti təsdiq edən sənəddə adı “Aişə” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1.83 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-1155 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında yalnışlığa yol verilərək, “Rəhimova Nəzakət Rəşid qızı” əvəzinə “Rəhimova Nəzakət Rəşid oğlu”, “X14” əvəzinə “X18” və “X15” əvəzinə “X13” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-1155 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının ərizəçilər Mansırova (Rəhimova) Nəzakət Rəşid qızına, Abdurəhmanova (Əjdərli) Jalə Rəşid qızına və Abdulzadə (Əjdərli) Aişə Rəşid qızına aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar