Məhkəmə qərarları › İş №2(025)-746/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-746/2021

01.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-746/2021 01.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və “xxxx” Açıq Səhmdar Cəmiyyətinin X2 və Satışı İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və “xxxx” Açıq Səhmdar Cəmiyyətinin X2 və Satışı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» ASC-nin Şimal Qərb RETSİ-nin X3 əməkdaşları tərəfindən tərtib olunan 15 may 2018-ci il tarixli AKT R №099256 saylı və 17 avqust 2018-ci il tarixli AKT R № 113082 saylı Aktının etibarsız sayılaraq 585 manat 42 qəpik məbləğində və 561 manat borcun Qəbələ rayonu, Bum qəsəbəsindəki evə görə mərhum həyat yoldaşı X6 adına olan abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, onun yaşadığı Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən fərdi yaşayış evinə müvafiq qaydada texniki şərt və lazımi sənədləşmə aparılmaqla, elektrik xətti çəkilmişdir. Elektrik xəttinin çəkildiyi və sayğac quraşdırıldığı vaxtdan halhazıradək elektrik enerjisi sərfiyyatına görə bütün ödənişlər sayğac göstəricilərinə və şəbəkə tərəfindən verilmiş bildirişlərə uyğun olaraq vaxtlı-vaxtında ödənilmişdir. Sayğaca heç bir müdaxilə edilməmiş, o cümlədən sayğacdan kənar hər hansı kənar xətt çəkilməklə şəbəkəyə qoşulma kimi hallar olmamışdır. 15 may 2018-ci il tarixdə və 17 avqust 2018-ci il tarixdə, “xxxx” ASC-niıı Şimal Qərb RETSİ-nin X4 satış şöbəsinin əməkdaşları tərəfindən onun fərdi yaşayış evinə baxış keçirilib və sayğacın hesab mexanizimi qarışıb, sayğacdan kənar xətt daxil olması barədə R №099256 saylı və R №113082 saylı akt tərtib edilmişdir. Qeyd olunan akt onun iştirakım olmadan, hal şahidlərinin iştirakı təmin edilmədən tərtib edilmiş, sayğacdan kənar xəttin çəkilməsi və qoşulması barədə aktda göstərilənlərlə əlaqədar hər hansı foto, video çəkiliş aparılmamış, ümumiyyətlə göstərilən pozuntunun mövcudluğunu təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydalarınn tələbləri pozulmuşdur. Həmin Aktın necə yazılmasını məhkəmənin nəzərinə çatdıraraq bildirir ki, 15.05.2018-ci il və 17.08.2018-ci il tarixdə, gəlib yoxlayıblar, həmin tarixlərdə onun həyat yoldaşı sağ idi, onun həyat yoldaşı 31 oktyabr 2019cu il tarixdə vəfat etmişdir. Sonradan ona məlum olub ki, onlar akt tərtib ediblər. Bundan sonra o, ərizə ilə şikayət etdi və onlar da 12 avqust 2020-ci il tarixində məktub göndərərək bu barədə məhkəməyə müraciət etməyi tövsiyyə ediblər. Bütün bunları nəzərə alaraq məhkəməyə müraciət etməli oldu. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X5 iddianı qəbul etməyərək yazılı etiraz ərizəsi təqdim etdi və göstərdi ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Qəbələ rayonu, Bum qəsəbəsində yaşadığı fərdi yaşayış evi “xxxx” ASC-nin enerji satış bazasında X6 adına **********00470 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Həmçinin qüsur aktları və onun əsasında yazılan icra vərəqləri istehlakçı kimi X6 adına tərtib edilmişdir. Bu səbəbdən də iddia qaldırmaq hüququ X8 aiddir. İddiaçı iddia qaldırmaq hüququnun olmadığı nəzərə alınmalı və iddia təmin edilməməlidir. Elektrik enerjisindən istifadə ilə bağlı fiziki və hüquqi şəxslər arasında mövcud olan münasibətlər zamanı yaranan mübahisələrə məhkəmə qaydasında baxılması nəzərdə tutulmuş və bu münasibətlərin mövcud olub olmamasını yoxlamaqla, məhkəmə icraatının başlaması zamanı ilk olaraq iddia qaldırmış şəxsin bu münasibətlərdə hüquqa malik olması müəyyən edilməlidir. Məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdığı hüquqi mövqeyi bir neçə qərarlarında ifadə olunmuşdur. Belə ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008 ci il tarixli Qərarında əsasə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. 15.05.2018-cı il tarixdə “xxxx” ASC-nin əməkdaşları Ş.Seyidli və F.Cavadov tərəfindən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən X8 məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacdan kənar xəttdən bir başa qoşularaq elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 15.05.2018-ci il tarixli, R099256 saylı akt tərtib olunmuş və kənar xətt ləğv edilmişdir. 15.05.2018-ci il tarixli, R099256 saylı akta əsasən “xxxx” ASC-nin Şimal-Qərb RETSl-nin Akt komissiyası tərəfindən 17.05.2018-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 6 ay üçün 0.11 manatla 5322 kvt.s, dəyəri 585.42 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Həmin tarixdən 3 ay keçdikdən sonra 17.08.2018-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları Ş.Seyidli və F.Cavadov tərəfindən həmin fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının hesab mexanizminin qarışdığı və sayğacın dövriyyədən kənaşdırılaraq sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə edildiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydalarf’nın 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 17.08.2018-ci il tarixli, R113082 saylı akt tərtib olunmuşdur. Bundan sonra 17.09.2018-ci il tarixdə Şimal-Qərb RETSİ-nin əməkdaşları tərəfindən həmin sayğac yenisi ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı 940976 saylı protokol tərtib olunaraq elektrik sayğacı rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Laboratoriyanın 24.09.2018-ci il tarixli, 114431 saylı protokolu ilə elektrik sayğacının daxili sxemində yaranmış qüsur səbəbindən ekrandakı rəqəmlərin oxunmadığı barədə rəy verilmişdir. 17.08.2018-ci il tarixli, R113082 saylı akta əsasən Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən 29.09.2018-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 60 gün üçün 0.11 manatla 5100 kvt.s, dəyəri 561.00 manat məbləğində itirilmiş enerji hesabatı acarılmışdır. Müəyyən edilmiş qüsurların xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə tərtib edilmiş akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerji təchizatı müəssisəsinə ödənilməlidir. Sonda isə məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin X2 və Satışı İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və “xxxx” Açıq Səhmdar Cəmiyyətinin X2 və Satışı İdarəsi bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə cavabdehin və cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan «xxxx» ASC-nin 15 may 2018-ci il tarixli R 099256 saylı aktından görünür ki, «xxxx» ASC-nin əməkdaşlarının iştirakları ilə Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən İddiaçının mərhum əri - X8 məxsus yaşayış evində yoxlama keçirən zamanı məlum olmuşdur ki, sayğacdan kənar xəttdən istifadə edilir, xətt yeraltı aparılır. «xxxx» ASC-nin X2 və Satışı İdarəsinin vəzifəli şəxsi tərəfindən 15 may 2018-ci il tarixli R 099256 saylı akta əsasən tərtib edilmiş 07 may 2018-ci il tarixli icra vərəqindən görünür ki, X6 çıxarılmış sayğacda olan oxunmamış 5322 kVt.s enerji üzrə 585.42 manat borcu vardır. İş materiallarında olan «xxxx» ASC-nin 17 avqust 2018-ci il tarixli R 113082 saylı aktından görünür ki, «xxxx» ASC-nin əməkdaşlarının iştirakları ilə Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən İddiaçının mərhum əri - X8 məxsus yaşayış evində yoxlama keçirən zamanı məlum olmuşdur ki, sayğacın hesab mexanizmi qarışıb, sayğac dövriyyədən kənarlaşıb, sayğacdan kənar xəttdən istifadə edilir. «xxxx» ASC-nin X2 və Satışı İdarəsinin vəzifəli şəxsi tərəfindən 17 avqust 2018-ci il tarixli R 113082 saylı akta əsasən tərtib edilmiş 29 sentyabr 2018-ci il tarixli icra vərəqindən görünür ki, X6 çıxarılmış sayğacda olan oxunmamış 5100 kVt.s enerji üzrə 561 manat borcu vardır. İşdə olan Qəbələ regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 06 noyabr 2019-cu il tarixdə verilmiş AZ-İİ 033281 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X9 31.10.2019-cu il tarixdə vəfat etmişdir. İşdə olan Qəbələ rayon Bum kənd nümayəndəliyi tərəfindən 02 sentyabr 1995-ci il tarixdə verilmiş Vİİ-JQ № 259890 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 və X7 arasında 02 sentyabr 1995-ci ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Umarov, arvada Umarova soyadı verilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi, özü tərəfindən sayğacın dəyişdirilməsi və ya hansısa qanun pozuntusunun törədilməsi öz təsdiqini tapmamışdır. Cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Əksinə «xxxx» ASC-nin X2 və Satışı İdarəsinin əməkdaşları sayğaca nəzarət etmiş, istehlakçı-iddiaçı uzun müddət ərzində mütamadi olaraq hər ay enerji sərfiyyatının əvəzini ödəmiş və idarənin işçiləri tərəfindən ona quraşdırılmış elektrik sayğacın komputer bazasında mövcud olmaması barədə xəbərdarlıq edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»-nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. İşin materiallarında olan 17 avqust 2018-ci il tarixli R 113082 saylı aktdan da göründüyü kimi sayğac həyətdə quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Belə olan halda, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmaqla, cavabdeh tərəfindən tərtib olunmuş R № 113082 saylı, 17 avqust 2018-ci il tarixli akt əsasında hesablanmış 561 (beş yüz altmış bir) manat məbləğində borc silinməlidir. İddia tələbinin 15 may 2018-ci il tarixli AKT R №099256 saylı Aktın etibarsız sayılaraq 585 manat 42 qəpik məbləğində borcun silinməsi hissəsi ilə bağlı məhkəmənin gəldiyi hüquqi mövqe ondan ibarətdir ki, iddiaçının iddia tələbinin həmin hissədə əsası kimi istinad etdiyi hallar sübut olunmur. Tərtib olunmuş aktdan görünür ki, sayğacdan kənar xətt mövcud olmuş, həmin xətt vasitəsi ilə elektrik enerjisindən istifadə edilmişdir. Odur ki, iddia tələbi həmin hissədə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçının mərhum əri - X6 adına “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsinin 17.08.2018-ci il tarixli akt əsasında hesablanmış 561 (beş yüz altmış bir) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar