Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-770/2020 05.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi1 etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə və Ərizəçi2 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRXnin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon X8 xx xxxxxxx 1998-ci il tarixli 19 saylı qərarı ilə mərhum həyat yoldaşı X7 və ailə üzvlərinə JN-240B saylı şəhadətnamə ilə 0.14 ha, JN-240A saylı şəhadətnamə ilə 0.16 ha və JN-1980 dövlət aktı ilə 1.33 ha “ümumi birgə mülkiyyətinə torpaq sahəsi ayrılmış ailə üzvlərinin siyahısı”nda göstərilən Ərizəçi1 və Ərizəçi2 məxsus eyni şəxs olması hüquqi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Ərizəçilər tələblərini onunla əsaslandırmışlar ki, Qəbələ rayon AİK-nın xx xxxxxxx 1998-ci il tarixli 19 saylı qərarı ilə mərhum həyat yoldaşı X7 və ailə üzvlərinə JN-240B saylı şəhadətnamə ilə 0.14 ha, JN-240A saylı şəhadətnamə ilə 0.16 ha və JN-1980 dövlət aktı ilə 1.33 ha torpaq sahəsi verilmişdir. X5 vəfatından sonra torpaq mülkiyyətlərini sənədləşdirmək istəyirlər. Lakin məlum olmuşdur ki, göstərilən torpaqların müvafiq sənədlərində Ərizəçi1 ata adı “Məzayir” əvəzinə “Məzahir”, Ərizəçi2 “Amil" əvəzinə “Alim” kimi göstərilmişdir. Buna görə də, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X18 müraciət olunaraq qeyd olunan səhvlərin düzəldilməsi ilə bağlı xahiş olunmuşdur. Müraciətlərinə cavab olaraq “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X19”nin xx xxx 2020-ci il tarixli, **********51 nömrəli məktub ilə bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatını aparan orqandır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 nümayəndəsi Nümayəndə və Ərizəçi2 ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Eyni zamanda göstərdilər ki, dövlət aktında və şəhadətnamələrdə səhvlərin düzəldilməsi onlara mərhum atalarından miras qalan əmlaka vərəsəlik açılması üçün lazımdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və ərizəçinin etibarnamə üzrə nümayəndəsini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-240A (Kod: 40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X10, Ərizəçi1 Məzahir qızı, Nümayəndə və X11 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Vəndam kəndində 0,16 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-240B (Kod: 40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X10, Ərizəçi1 Məzahir qızı, Nümayəndə və X11 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Vəndam kəndində 0,14 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-1980 (Kod: 40600048) nömrəli «Torpağın mülkiyyət hüququna dair» dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X10, Ərizəçi1 Məzahir qızı, Nümayəndə və X11 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Vəndam kəndində 1,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli, AZ-T seriyalı, 038135 №-li «Doğum haqqında» şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1994-cü ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuşdur, atası X10, anası Ərizəçi1dır. İşdə olan xx.xx.2020-ci il tarixli, AZ-T seriyalı, 123302 №-li «Doğum haqqında» şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.1968-ci ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuşdur, atası X2, anası X3r. İşdə olan xx.xx.2019-cu il tarixli, AZ-ll seriyalı, 033297 №-li “Ölüm haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2019-cu il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində vəfat etmişdir və bu barədə 395 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan xx.xx.1992-ci il tarixli, V-ЖГ seriyalı, 488369 №-li «Nikah haqqında» şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 ilə X1 xx xxxxx 1992-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 16 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Xanalıyev, arvada Xanalıyeva soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxx 2020-ci il tarixli **********51 nömrəli məktubundan görünür ki, JN-1980 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN-240A, JN-240B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ rayon İHB-nın Vəndam qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 573, 574 və 575 nömrəli arayışlardan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-1980 (kod:40600048) dövlət aktında, JN-240A (Kod: 40600048) nömrəli və JN-240B (Kod: 40600048) nömrəli şəhadətnamələrdə Ərizəçi1 adı səhvən Ərizəçi1 Məzahir qızı kimi, Ərizəçi2 adı səhvən X6 yazılmışdır. Qəbələ rayonu Vəndam qəsəbəsində Ərizəçi1 Məzahir qızı və X15 qeydiyyatda yoxdur və kənddə yaşamırlar. İşdə olan Qəbələ rayon İHB-nın Vəndam qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 576 nömrəli arayışdan görünür ki, Ərizəçi1 Vəndam qəsəbəsində qeydiyyatdadır və hal-hazırda Vəndam qəsəbəsində yaşayır. İşdə olan Qəbələ rayon İHB-nın Vəndam qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 577 nömrəli arayışdan görünür ki, Ərizəçi2 Vəndam qəsəbəsində qeydiyyatdadır və hal-hazırda Vəndam qəsəbəsində yaşayır. İşdə olan Ərizəçi2 məxsus şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin adı Amil olaraq göstərilmişdir. İşdə olan Ərizəçi1 məxsus şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin atasının adı Məzayir olaraq göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-nın xx xxxxxxx 1998-ci il tarixli, 19 saylı qərarlarına əsasən X10, Ərizəçi1 Məzahir qızı, X15 və Nümayəndə birgə mülkiyyətlərinə verilmiş JN-1980 nömrəli (kod:40600048) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında, JN-240A nömrəli (kod:40600048) və JN-240B (Kod: 40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə Ərizəçi1 ata adı səhvən “Məzahir” kimi, Ərizəçi2 adı səhvən “Alim” kimi qeyd olunmuşdur. Qeyd olunan dövlət aktında və şəhadətnamələrdə yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamə üzrə vərəsəlik və s. hüquqlarını həyata keçirə bilməzlər. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın xx xxxxxxx 1998-ci il tarixli, 19 saylı qərarına əsasən X10, Ərizəçi1 Məzahir qızı, X15 və Nümayəndə birgə mülkiyyətlərinə verilmiş JN-1980 nömrəli (kod:40600048) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının, JN-240A nömrəli (kod:40600048) və JN-240B (Kod: 40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin Ərizəçi1 və Ərizəçi2 aid hissədə Ərizəçi1 və Ərizəçi2 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-770/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-770/2020
05.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver