Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-771/2020 17.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçilərin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, JN-1447A nömrəli (Kod: 40600048) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin onlara məxsus olması hüquqi faktı müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçilərin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon X2 xx xxxxxxx 1998-ci il tarixli, 19 saylı qərarına əsasən ərizəçilərə ailə üzvləri ilə birlikdə paylı mülkiyyət hüququ əsasında mülkiyyətlərinə 0,19 torpaq sahəsi verilmişdir. Ailə üzvləri Ərizəçi1, X4 və Ərizəçi2dur. Ailə üzvləri ilə birlikdə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair JN-1447A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə təqdim edilmişdir. Həmçinin JN-1447A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə ərizəçilərin soyadları düzgün qeyd olunmuşdur. Lakin, həmin torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə Ərizəçi1 adı Urufayım, ata adı Sevdi kimi, Ərizəçi2 ata adı Seydi kimi qeyd olunmuşdur. Ərizəçilərin şəxsiyyətlərini müəyyən edən sənədlərdə isə bütün insiallari düzgün qeyd olunmuşdur. Belə ki, şəxsiyyətlərini müəyyən edən şəxsiyyət vəsiqələrində adları və ata adları Ərizəçi1 və Ərizəçi2 kimi qeyd olunmuşdur. Bütün bunlar ərizəçilərə müəyyən problemlər yaratmışdır. Bu səbəbdən paylarının bölünərək hər birinin adına '‘Çıxarış” alınması və payları üzərində sərəncam vermək hüquqlarının həyata keçirilməsi mümkünsüz olmuşdur. Torpağın mülkiyyətə verilməsinə dair 1447A saylı X1 Seydi oğlu və Ərizəçi2 Urufayım oğlu kimi göstərilən inisiallar ərizəçilərə, yəni Ərizəçi1 və Ərizəçi2 aiddir. Sözü gedən sənəd hüquqmüəyyənedici sənəddir və bu baxımdan həmin sənəd mühüm əhəmiyyətə malikdir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçilərin nümayəndəsi və vəkilini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1447A (Kod: 40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X4, X3 və Ərizəçi2 Urufayım oğlunun ümumi birgə mülkiyyətinə 0,19 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş ASAN-Qəbələ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1995-ci il tarixdə Qazaxıstan Respublikası, Aktau şəhərində anadan olmuşdur və Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş ASAN-Qəbələ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1966-cı il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olmuşdur və Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 0,19 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-1447A (Kod: 40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “Ərizəçi1” əvəzinə “X3” və “Ərizəçi2” əvəzinə “Ərizəçi2 Urufayım oğlu” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-1447A (Kod:40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Ərizəçi1 və Ərizəçi2 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-771/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-771/2020
17.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver