Məhkəmə qərarları › İş №2(025)-775/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-775/2020

17.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-775/2020 17.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakları ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 məhkəməyə ərizə ilə müraciət edərək, JN-208F nömrəli (Kod: 40604028) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin onlara məxsus olması hüquqi faktı müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, xx.xx.1996-cı il tarixdə qəbul edilmiş torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq X1 məxsus həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmiş, müvafiq olaraq torpağın mülkiyyətə verilməsinə dair JN-208F, KOD 40604028 Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnaməyə əsasən 0.40 ha torpaq sahəsinin paylı mülkiyyətçiləri X3, X5, Ərizəçi2 və Ərizəçi1dır. X2 Tahir və Ərizəçi1 ata adı qrafasında Muradağa əvəzinə səhvən Muradxan qeyd edilmişdir. Sənəddə ata adının səhv qeyd edilməsi həmin sənəd əsasında başqa bir əməliyyat aparılmasını mümkünsüz edir. Bununla bağlı maraqlı şəxs - inzibati orqana müraciət etsələr də onlar qeyd edilən səhvin aradan qaldırılmasının onların səlahiyyətində olmadığını bildirərək, yazılı qaydada imtina vermişlər. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 ərizəyə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-208F (Kod: 40604028) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 19 nömrəli qərarına əsasən, X3, X6, Ərizəçi2 Muradxan oğlu və Ərizəçi1 Muradxan qızının ümumi birgə mülkiyyətinə 0,40 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Hacallı kənd İ.Ə.N tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli AZ-T № 123298 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi2 xx xxxxxx 1968-ci il tarixdə Qəbələ rayonu, Böyük Əmili kəndində anadan olmuş, ata qrafasında X4, ana qrafasında X5 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1968-ci il tarixdə 14 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş ASAN-Qəbələ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1968-ci il tarixdə Qəbələ rayonu, Böyük Əmili kəndində anadan olmuşdur və Qəbələ rayonu, Böyük Əmili kəndində qeydiyyatdadır. İşdə olan Qəbələ rayon Hacallı kənd soveti tərəfindən verilmiş xx xxxxx 1970-ci il tarixli АЗ № ******* saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi1 xx xxxxx 1970-ci il tarixdə Qəbələ rayonu, Böyük Əmili kəndində anadan olmuş, ata qrafasında X4, ana qrafasında X5 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1970-ci il tarixdə 26 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1970-ci il tarixdə Qəbələ rayonu, Böyük Əmili kəndində anadan olmuşdur və Qəbələ rayonu, Qaradeyin kəndində qeydiyyatdadır. İşdə olan Qəbələ rayon Böyük Əmili kənd İ.Ə.D tərəfindən verilmiş xx xxxxx 2017-ci il tarixli AZ-İ № 863679 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx xxxxx 2017-ci il tarixdə Qəbələ rayonu, Böyük Əmili kəndində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 06 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 0,40 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN- 208F (Kod: 40604028) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “Ərizəçi2” əvəzinə “Ərizəçi2 Muradxan oğlu” və “Ərizəçi1” əvəzinə “Ərizəçi1 Muradxan qızı” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-208F (Kod:40604028) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Ərizəçi2 və Ərizəçi1 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar