Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-778/2021 23.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon Aqrar islahat Komissiyasının 20 dekabr 1999-cu il tarixli, 20 saylı qərarına əsasən, X3, X2, X1 və Ərizəçi3 Feyruz oğlunun adına verilmiş JN-013A (Kod ********) nömrəli, JN-013C (Kod ********) nömrəli. JN-013E (Kod ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamələrin bizə, yəni Ərizəçi1, Ərizəçi4, Ərizəçi2 və Ərizəçi3 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, ölkədə aparılan torpaq islahatı zamanı Qəbələ rayon AİK-in 20 dekabr 1999-cu il tarixli 20 nömrəli qərarına əsasən onların istifadəsində olan və Qəbələ rayonu Yemişanlı kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsi əvəzsiz olaraq onların mülkiyyətinə verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-013A (Kod ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi1 səhvən adı “Feyruz” Ərizəçi4 səhvən adı “Coşqun”, ata adı “Feyruz” kimi, Ərizəçi2 səhvən adı “Mehparə”, ata adı “ Feyruz ”, Ərizəçi3 səhvən ata adı “Feyruz” kimi qeyd olunub. Həmçinin, Qəbələ rayon AİK-in 20 dekabr 1999-cu il tarixli 20 nömrəli qərarına əsasən onların istifadəsində olan və Qəbələ rayonu Yemişanlı kəndində yerləşən 0,40 ha həyətyanı torpaq sahəsi əvəzsiz olaraq onların mülkiyyətinə verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-013C (Kod ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi1 səhvən adı “Feyruz” Ərizəçi4 səhvən adı “Coşqun”, ata adı “Feyruz” kimi, Ərizəçi2 səhvən adı “Mehparə”, ata adı “ Feyruz ”, Ərizəçi3 səhvən ata adı “ Feyruz ” kimi qeyd olunub. Həmçinin, Qəbələ rayon AİK-in 20 dekabr 1999-cu il tarixli 20 nömrəli qərarına əsasən onların istifadəsində olan və Qəbələ rayonu Yemişanlı kəndində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsi əvəzsiz olaraq onların mülkiyyətinə verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-013E (Kod ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi1 səhvən adı “Feyruz” Ərizəçi4 adı səhvən adı “Coşqun”, ata adı “Feyruz” kimi, Ərizəçi2 səhvən adı “Mehparə”, ata adı “Feyruz”, Ərizəçi3 səhvən ata adı “Feyruz” kimi qeyd olunub. Nə onlar, nə də ailə üzvlərinin heç biri uzun illər buna əhəmiyyət verməmişlər, lakin torpağın sənədlərini hazırlayıb Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışlar. Bununla bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsinə müraciət etsə də, həmin idarə tərəfindən ona ünvanlanmış 02 mart 2021 -ci il tarixli, **********67 nömrəli məktubda göstərilmişdir ki, torpaq sahəsinə dair hüquq müəyyən edici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahəiyyətində deyil və bununla bağlı məhkəməyə müraciət etməli olmağı tövsiyyə olunmuşdur. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi4 ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-013A, kod 40615048 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 20 dekabr 1999-cu il tarixli 20 nömrəli qərarına əsasən X3, X2, X1 və Ərizəçi3 Feyruz oğlunun ümumi birgə mülkiyyətinə 0.26 ha “fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı” təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-013C, kod 40615048 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 20 dekabr 1999-cu il tarixli 20 nömrəli qərarına əsasən X3, X2, X1 və Ərizəçi3 Feyruz oğlunun ümumi birgə mülkiyyətinə 0.40 ha “fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı” təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-013F, kod 40615048 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 20 dekabr 1999-cu il tarixli 20 nömrəli qərarına əsasən X3, X2, X1 və Ərizəçi3 Feyruz oğlunun ümumi birgə mülkiyyətinə 0.02 ha “fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı” təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Mıxlıqovaq kənd İ.Ə.N tərəfindən 03.03.2021-ci il tarixdə verilmiş AZ- T № 156556 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1970ci il tarixdə Qəbələ rayonu, Yemişənli kəndində anadan olmuş, doğum haqqında şəhadətnamədə ərizəçinin adı “Feruz” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Tikanlı kənd İƏN tərəfindən 24 aprel 1997-ci il tarixdə verilmiş Vİİ-JQ № 311322 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 24 aprel 1997-ci il tarixdə X5 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Məmmədşərifov, arvada Məmmədşərifova soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədə Ərizəçi1 soyadı “Feruz” olaraq, Ərizəçi2 ata adı “Fərrux” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 adı şəxsiyyəti təsdiq edən sənəddə “Feruz” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Tikanlı kənd XDC tərəfindən 17 aprel 1979-cu il tarixdə verilmiş Vİ- JQ № 323875 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Eyvazova (Məmmədşərifova) Mehbarə Fərrux qızı xx xxxxx 1979-cu il tarixdə Qəbələ rayonu, Yemişənli kəndində anadan olmuş, doğum haqqında şəhadətnamədə ərizəçinin adı “Mehbarə”, ata adı “Fərrux" olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş ASAN-Qəbələ tərəfindən 19.02.2018-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 şəxsiyyəti təsdiq edən sənəddə adı “Mehbarə”, ata adı “Fərrux" olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon VVAQ çöbəsi tərəfindən 16 dekabr 2000-ci il tarixdə verilmiş AZ-İ № 037645 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 xx xxxxxx 2000-ci il tarixdə Qəbələ rayonu, Yemişənli kəndində anadan olmuş, doğum haqqında şəhadətnamədə ərizəçinin ata adı “Feruz” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş ASAN-Qəbələ tərəfindən 21.02.2018-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 şəxsiyyəti təsdiq edən sənəddə ata adı “Feruz” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 adı şəxsiyyəti təsdiq edən sənəddə “Coşğun” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Tikanlı kənd İ.Ə.N tərəfindən 15.03.2021-ci il tarixdə verilmiş AZ-T № 150252 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi4 xx xxxx 1978-ci il tarixdə Qəbləə rayonu, Yemişənli kəndində anadan olmuş, doğum haqqında şəhadətnamədə ərizəçinin adı “Coşğun” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə müvafiq olaraq 0.26 ha, 0.40 ha və 0.02 ha torpaq sahələrinin verilməsini təsdiq edən JN-013A, kod 40615048 nömrəli, JN- 013C, kod 40615048 nömrəli və JN- 013F, kod 40615048 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamələrdə yalnışlığa yol verilərək, “Ərizəçi1” əvəzinə “X3” kimi, “Ərizəçi2” əvəzinə “X1” kimi, “Ərizəçi3” əvəzinə “Ərizəçi3 Feyruz oğlu” kimi və “Ərizəçi4” əvəzinə “X2” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-013A (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin, JN-013C (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN- 013F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-778/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-778/2021
23.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver