Məhkəmə qərarları › İş №2(025)-779/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-779/2020

17.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-779/2020 17.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçilər Mamedova (Eyyublu) Aygül Faiq qızının və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Mamedova (Eyyublu) Aygül Faiq qızının və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Mamedova (Eyyublu) Aygül Faiq qızı və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, JN-130F nömrəli (Kod: 40601004) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin onlara onlara aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçi Mamedova (Eyyublu) Aygül Faiq qızı ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə verilmiş İN-130F saylı kodu 40601004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahiblərinin adları siyahısında üçüncü sırada texniki səhv olaraq X10 əvəzinə X11, dördüncü sırada isə Ərizəçi2 əvəzinə X1 qeyd edilmişdir. Qeyd edilən mülkiyyət sənədi üzrə torpaq sahəsinin bir hissəsini özgəninkiləşdirmək məqsədilə maraqlı .əxs DƏDRx-nın 9 saylı Qəbələ ərazi idarəsinə müraciət edərkən məlum olmuşdur ki, göstərilən JN-130F saylı şəhadətnamədə adları Aygül əvəzinə Aygün, Vasif əvəzinə Vaqif kimi qeyd edilmişdir. JN-130 F saylı şəhadətnamədəki qeyd edilən texniki səhvlərə görə əməliyyat aparmaq mümkün olmamışdır. Şəxsi sənədlərindən də aydın olur ki, JN-130F saylı şəhadətnamədə adları texniki səhv olaraq Aygül əvəzinə "Aygün", Vasif əvəzinə isə "Vaqif' kimi qeyd edilmişdir. Mamedova (Eyyublu) Aygül Faiq qızının adına verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsində ad düzgün olaraq "Aygün" yox Aygül kimi qeyd edilmişdir. X6 adına verilmiş AZ-İV № 404521 saylı Doğum haqqında şəhadətnamədə də X9m adı düzgün olaraq "Aygün" kimi yox Aygül kimi qeyd edilmişdir. AA ******* saylı şəxsiyyət vəsiqəsində Ərizəçi2 adı düzgün olaraq Vasif kimi qeyd edilmişdir. Ərizəçi2 adına verilmiş XVİİ- M<r № 410203 saylı doğum haqqında şəhadətnamədə də adı düzgün olaraq "Vaqif' kimi yox Vasif kimi qeyd edilmişdir. JN-130F saylı kodu 40601004 olan torpaq şəhadətnaməsində qeyd olunan adlardakı texniki səhvlər məhkəmə qaydasında düzəliş edilməlidir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 ərizəyə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-130F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, X2, X3, X11 və X7 ümumi birgə mülkiyyətinə 0,09 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli AZ № 404521 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx xxxx 1992-ci il tarixdə Qəbələ şəhərində anadan olmuş, ata qrafasında X4, ana qrafasında X5 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1992-ci il tarixdə 145 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 1993-cü il tarixli XVİİ- ЖГ № 410703 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx xxxxxxx 1993-cü il tarixdə Qəbələ şəhərində anadan olmuş, ata qrafasında X4, ana qrafasında X5 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1993-cü il tarixdə 240 nömrə ilə qeyd edilmişdir. İşdə olan Lelinqrad vilayəti Qatşinsk inzibati ərazisi üzrə VVAQ şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli İ-BO 760009 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X10 arasında xx xxxxxx 2017-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1039 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mamedov, arvada Mamedova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş ASAN-Qəbələ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1992-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 0,09 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-130F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “Ərizəçi2” əvəzinə “X12” və “X10” əvəzinə “X11” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-130F (Kod:40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilərMamedova (Eyyublu) Aygül Faiq qızı və Ərizəçi2 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar