Məhkəmə qərarları › İş №2(025)-78/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-78/2024

11.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-78/2024 11.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonunun Bayramkoxa kənd sakini X2 psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qəbələ rayonunun Mirzəbəyli İcra nümayəndəliyinin Mirzəbəyli kəndində doğulmuşdur. xx.xx.1989-cu il tarixdə Qəbələ rayonu Bayramkoxa kənd sakini X5 ilə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Birgə nikahlarından 02 iyul 1983-cü il tarixdə X7 adlı uşaqları doğulmuşdur. Musayeva Miyasə adlı uşaqları anadan qüsurlu doğulmuşdur. Qüsurlu olduğuna görə məktəbə göndərilməmişdir və savadsızdır. X12 psixi xəstə olduğuna görə ətrafa laqeyiddir. Sərbəst qərar vermək, münasibət bildirmək qabiliyyətinə malik deyil. Onun və digər ailə üzvlərinin nəzarəti altında fəaliyyət göstərir (yeyir, içir, yatır, durur və s.) Qəbələ rayonunun Bayramkoxa kəndində Miyasə də daxil olmaqla ümumi birgə paylı mülkiyyətlərində torpaq sahəsi vardır. Həmin torpaq sahəsində paylarını müəyyən etmək istəyirlər. Ancaq Miyasənin anadangəlmə xəstəliyi səbəbindən müvafiq orqanlarında onun iştirakı ilə əməliyyat aparmaq mümkünsüz olmuşdur. Qeyd oluanan səbəblərə görə qızı X4 psixi qüsuruna görə məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini istəyir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verib, ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə müvafiq qətnamənin qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan 28 sentyabr 2023-cü il tarixli, AZ-T seriyalı, 249589 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6xx.xx.1983-cü il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1991-ci ildə 26№ ilə qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Qbələ Rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş AR ƏƏSMN TSEK tərəfindən təqdim edilmiş elektron arayışında göstərilir ki, X6 xx.xx.2014-cü il tarixdə müayinə edilərək "Paranoid şizofreniya, paranoid sindromlu. Psixi qüsur halı. İfadə olunmuş əqli gerilik. Ağır dərəcə. Hepotoz sidik turşulu diatez. Anemiya" diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilmişdir. İş materiallarında olan Qəbələ rayonu ƏSMM tərəfindən verilmiş 17 dekabr 2014-cü il tarixli 083731 nömrəli vəsiqənin surətindən görünür ki, X6 ömürlük İİ qrup əlildir. Qəbələ Rayon Məhkəməsinin 14noyabr 2023-cü il tarixli, 2(025)-1552/2023 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, iş üzrə rəy verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə göndərilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: X6 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi? X6 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 3542 saylı rəyi ilə mülki iş materiallarından, təqdim edilmiş tibbi sənəd və yoxlanılan şəxsin anasından toplanılmış anamnestik məlumatlardan aşağıdakılar məlum olur.Yoxlanılan şəxs xx.xx.1983-cü il tarixdə Qəbələ rayonunda anadan olmuşdur. Anamnestik məlumatlara görə irsiyyəti psixi xəstəliklərlə ağırlaşmamışdır. Erkən psixofiziki inkişafı adi olmuşdur. Uşaqlıqda keçirdiyi infeksion xəstəlikləri xatırlamır. Məktəbə getsə də, təhsil proqramını mənimsəyə bilmədiyi üçün təhsil almamışdır. Anasının deməsinə görə yoxlanılan şəxsin psixi vəziyyətində dəyişikliklərin erkən yaşlarında biruzə vermiş, onda əsəbilik, yuxu pozuntusu, daha sonralar şübhələrin meydana gəlmiş, davranışının qeyriadekvatlığı biruzə verdiyi üçün psixiatrik qeydiyyatda düşməklə bir neçə dəfə Şəki Rayon Psixiatriya Xəstəxanasında müalicələrdə olmuş, hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə sakitləşdirici və qoruyucu müalicəni qəbul edir. Davranış pozuntuları və evdə yersiz hərəkətlərə yol verməsi, çox vaxt öz-özünə danışması, göstərilənlərlə əlaqədar hər hansı bir işi müstəqil yerinə yetirə bilməməsi ilə əlaqədar daim kənar şəxsin köməyinə və nəzarətinə ehtiyacının olması müəyyən edilir. AR ƏƏSMN TSEK tərəfindən təqdim edilmiş elektron arayışında göstərilir ki, X6 xx.xx.2014-cü il tarixdə müayinə edilərək "Paranoid şizofreniya, paranoid sindromlu. Psixi qüsur halı. İfadə olunmuş əqli gerilik. Ağır dərəcə. Hepotoz sidik turşulu diatez. Anemiya" diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilmişdir. Somatik statusu. Yoxlanılan şəxs düzgün bədən quruluşludur. Dəri və görünən selikli qişaları adi rəngdədir. Daxili orqanlartərəfindən kobud patologiya aşkar olunmur. Nevroloji statusu. Mərkəzi sinir sistemi tərəfindən nəzərə çarpan ciddi orqanik dəyişiklik qeyd edilmir. Psixi statusu. Düşüncəsi kobud pozulmamış, bələdliyi özünə, zamana və məkana görə formal saxlanılıb. Zahirən bir qədər əzgin və süst görünür. Əhvalı-ruhiyyəsi nisbətən enmişdir. Sorğu-sual zamanı ünsiyyətə formal daxil olur, verilən suallara qısa, çox vaxt yerinə düşməyən tərzdə cavablar verir. Sorğu gedişatında təfəkkürünün rabitəsizliyi, paraloji olması, autizm əlamətləri qeyd olunur. Verilən suallara yerinə düşməyən cavablar verir. Passiv olaraq ayrı-ayrı münasibət sayıqlama ideyaları biruzə verir. Həmçinin formal olaraq etiraf edərək "səslər" eşitdiyini bildirərək məzmunu barəsində məlumat vermir. Maraq dairəsinin və emosional-iradi sferasının nəzərə çarpan xeyli enik olması, şəxsiyyətin dərin psixi qüsur əlamətləri müəyyən edilir. Öz psixi vəziyyətinə qarşı tənqidi aşkar edilmir. Keçirilən ekspertizanın nəticələri ilə maraqlanmır. Nəticə hissəsi: İ Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlirəm ki, X3 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. Bunu anamnestik məlumatlarlar, təqdim edilmiş tibbi sənədlər və yoxlanılan şəxsin hal-hazırki psixi vəziyyəti (anamnestik məlumatlara görə psixi vəziyyətində dəyişikliklərin erkən yaşlarında biruzə verməsi, onda əsəbilik, yuxu pozuntusu, daha sonralar şübhələrin meydana gəlməsi, davranışının qeyriadekvatlığı biruzə verdiyi üçün psixiatrik qeydiyyatda düşməklə bir neçə dəfə Şəki Rayon Psixiatriya Xəstəxanasında müalicələrdə olması, hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə sakitləşdirici və qoruyucu müalicəni qəbul etməsi, davranış pozuntuları və evdə yersiz hərəkətlərə yol verməsi, çox vaxt öz-özünə danışması, "Paranoid şizofreniya, paranoid sindromlu. Psixi qüsur halı. İfadə olunmuş əqli gerilik. Ağır dərəcə. Hepotoz sidik turşulu diatez. Anemiya" diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, göstərilənlərlə əlaqədar hər hansı bir işi müstəqil yerinə yetirə bilməməsi ilə əlaqədar daim kənar şəxsin köməyinə və nəzarətinə ehtiyacının olması, hazırki müayinə zamanı aşkar olunan əlamətlər - sorğu gedişatında verilən suallara yerinə düşməyən cavablar verməsi, maraq dairəsinin və emosional-iradi sferasının nəzərə çarpan xeyli enik olması, şəxsiyyətin dərin psixi qüsur əlamətləri müəyyən edilməsi, öz psixi vəziyyətinə qarşı tənqidinin olmaması və s.) sübut edir. İl Yekun hissəsi: Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: X6 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi? Cavab: X3 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. 2-ci sual: X6 öz hərəkətlərini dərk etmək və iklarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Cavab: Xroniki ruhi xəstəliyi ilə əlaqədar X6 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X6 onda müəyyən edilən “Şizofreniya paranoid forma, psixi qüsur halı formasında xroniki psixi xəstəliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları,ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 3542 saylırəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X1 psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1983-cü ildə Qəbələ rayonu Bayramkoxa kəndində anadan olmuş, Qəbələ rayonu, Bayramkoxalı kəndində qeydiyyatda olan və yaşayan X6fəaliyyət qabiliyyəti olmayan şəxs hesabedilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1983-cü ildə Qəbələ rayonu Bayramkoxa kəndində anadan olmuş, Qəbələ rayonu, Bayramkoxalı kəndində qeydiyyatda olan və yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar