Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-784/2020 07.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə İddiaçı Adgözəlova Ziyafət Şahkərəm qızının cavabdehlər Cavabdeh6, Cavabdeh7, Cavabdeh1, x1, Adgözəlova Fatma Əziz qızı, Adgözəlov İmdad Surxay oğlu və Adgözəlova Zülfiyyə Surxay qızına qarşı “torpaq sahəsindən payın naturada ayrılması, miras əmlaka vərəsəlik hüququnun müəyyən edilməsi və həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək Müəyyən etdi: İddiaçı Adgözəlova Ziyafət Şahkərəm qızı cavabdehlər Cavabdeh6, Cavabdeh7, Cavabdeh1, x1, Adgözəlova Fatma Əziz qızı, Adgözəlov İmdad Surxay oğlu və Adgözəlova Zülfiyyə Surxay qızına qarşı “torpaq sahəsindən payın naturada ayrılması, miras əmlaka vərəsəlik hüququnun müəyyən edilməsi və həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş JN-304F nömrəli (kod:40604018) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın 19.01.1998-ci il tarixli, 13 saylı qərarı ilə Adgözəlov Ağamir İsrayıl oğlu ilə birlikdə 9 nəfərin ümumi birgə mülkiyyətlərinə Qəbələ rayonu Hacallı kəndində 0,42 ha torpaq sahəsi verilmişdir. İddiaçı sözügedən torpaq sahəsi üzrə mərhum yoldaşı Adgözəlov Ağamir İsrayıl oğlunun payının naturada bölünməsini, həyat yoldaşı Adgözəlov Ağamir İsrayıl oğlundan miras qalmış Qəbələ rayonunun Hacallı kəndində yerləşən torpaq sahəsindən miras payının müəyyənləşdirilməsi, həmin pay üzərinə vərəsəlik hüququnun tanınması, mülkiyyət hüququnun tanınması, həmin hissəyə Daşınmaz Əmlaka Dövlət Reyestri Xidməti Qəbələ rayon Ərazi İdarəsinin üzərinə Dövlət Reyestrindən Çıxarışın verilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı iddia tələbində bir-biri ilə əlaqəsi olmayan tələbləri birləşdirmişdir. Belə ki, iddiaçı sözügedən torpaq sahəsi üzrə mərhum həyat yoldaşının payının naturada ayrılması üçün ilk növbədə həmin torpaq sahəsi üzərində mərhum həyat yoldaşının payını müəyyən etməlidir. Daha sonra miras payının müəyyənləşdirilməli, həmin pay üzərinə vərəsəlik hüququ tanınmalı, bundan sonra payına uyğun olaraq müvafiq çıxarış almalı, daha sonra müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 9 saylı x3) payının naturada ayrılması ilə bağlı müraciət etməli, müraciətinə imtina olunduqda isə aidiyatı üzrə məhkəmədə iddia qaldırmalıdır. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı həmin torpaq sahəsi üzərində payının müəyyən olunmasına dair hər hansı sənəd (çıxarış) əlavə etməmişdir. Həmçinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 9 saylı x3 payının naturada ayrılması ilə bağlı müraciət etmiş və idarədən verilmiş məktubda da iddiaçıya ilk növbədə payının müəyyən olunması, daha sonra naturada bölünmə ilə bağlı idarəyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də, hazırki iddia tələblərinin bir icraatda baxılması qeyri-mümkündür. Həmçinin Qəbələ Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli, 2(025)-1643/2019 nömrəli və 03 fevral 2020-ci il tarixli, 2(025)-277/2020 nömrəli qərardadları ilə iddiaçının iddia ərizəsi oxşar səbəblərdən (payların müəyyən edildikdən sonra naturada bölünmə ilə bağlı iddia verməsi) geri qaytarılmış, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunsa da, iddiaçı həmin nöqsanları aradan qaldırmadan yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Adgözəlova Ziyafət Şahkərəm qızının cavabdehlər Cavabdeh6, Cavabdeh7, Cavabdeh1, x1, Adgözəlova Fatma Əziz qızı, Adgözəlov İmdad Surxay oğlu və Adgözəlova Zülfiyyə Surxay qızına qarşı “torpaq sahəsindən payın naturada ayrılması, miras əmlaka vərəsəlik hüququnun müəyyən edilməsi və həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardaddan 10 (on) gün müddətinə Qəbələ RayonMəhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-784/2020
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-784/2020
07.07.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver