Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-69/2024 23.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, ünvan 1i ərazisində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 0.09 ha (torpaq sahəsindən) paylı mülkiyyətdən ona çatan 0.04125 ha torpaq sahəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o xx xxxxxx 1984-cü il tarixdə ünvan 1ində anadan olmuşdur. X1, anası X3r. X1 17 mart 2016-cı il tarixdə yaşadığı ünvan 2ində, anası X8 06 sentyabr 2008-ci il tarixdə yaşadığı ünvan 1ində vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən 0.09 ha torpaq sahəsində yerləşən ev, torpaq sahəsi X1nun mülkiyyətindədir. Həmin çıxarışa əsasən 0.09 ha topaq sahəsi X13, İddiaçı, Cavabdeh1, X2 ümümi birgə mülkiyyətidir. Valideynləi vəfat etdikdən sonra Notariat kontoruna müraciət etmiş Qanun üzrə vərəsəlik hüquqna dair reyestrdə 2V-362 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququna dair 23 may 2020-ci il tarixli reyeyestrdə 2V-361 və 362 nömrəli şəhadətnamələr alınmışdır. Reyestrdə 2V-362 nömrə ilə qeyd edilən şəhadətnamədən müəyyən olunub ki, xx.xx.2016-cı il tarixdə ölmüş, xx.xx.2019-cu il tarixdə X9 verilmiş **********54-10301 reyestr nömrəli , ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 142.3 kv/m olan daşınmaz əmlakın 44 (47.4 kv.m) hissəsi onun payıdır. Həmçinin 2V-361 nömrə ilə qeyd edilən şəhadətnamədən müəyyən olunub ki, ƏMDKnin 5 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X4 verilmiş **********54-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.09 ha olan torpaq sahəsinin 1/2 hissəsi onun payıdır. Beləliklə ona qanun üzrə şəhadətnaməyə əsasən 4.125 kv/m torpaq sahəsi düşür. Yuxarıda qeyd edilən Qanun üzrə vərəsəlik hüququna dair 23 may 2020-ci il tarixli reyestrdə 2V -361 və 362 nömrəli şəhadətnamələrlə payının dövlət qeydiyyatına alınması və çıxarışın hazırlanması üçün 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin bacısı və Cavabdeh2 bölgü aparılması zamanı əsgərlikdə olduğundan dövlət rüsumlarını ödəsə də, 3 dəfə Daşınmaz Reyestr Xidmətinin - Qubaya rəsmi olaraq və dövlət rüsumlarını ödəsə də, onların nümayəndəsi bölgü olunsun deyə idarəyə gəlmədiklərindən bölgü aparılması mümkünsüz olduğundan daşınmaz ərazi idarəsində ona bölgünün imtinası gəlib və bu səfər qardaşı oğluna bacı etibarnamə versə də qardaşı oğlu özü ilə nümayndəsini yəni X10 gətirmiş, mühəndis kompüterdə sxemlərlə çox çətinliklə koordinatlarını tam şəkildə bölgü formasını qanuni olduğunu göstərsə də, Cavabdeh2 və nümayəndəsi bölgüyə razı olmadıqlarından yenidən onun müraciətinə imtina gəlimişdir. Bu səbəbdəndə vərəsəlik payına çıxarış ala bilmir. Ona çatan pay naturada bölünmədiyindən payından istifadə edə bilmir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh1 öz payını Cavabdeh2 bağışladığı üçün onun cavabdehilkdən çıxarılmasını və yalnız Cavabdeh2 qarşı iddiasının təmin olunmasını xahiş etmişdir. Əlavə edərək ekspertizanın rəyindən narazı olduğunu, ekspertin işə qərəzli yanaşdığını, əmlakın naturada bölünməsinin mümkün olduğunu bildirmişdir. Məhkəmə iclasında Cavabdeh2 faktiki bölgünün aparıldığını, lakin rəsmi olaraq sənəd almaq istədiklərini bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin zahatlarını dinləyib, iş matariallarını tədqiq etməklə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X21 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışına əsasən xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********54 olan hissədə ünvan 2i ərazisində yerləşən 0.09 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və üzərində yerləşən 142.30 kv.m daşınmaz əmlakın- yəni fərdi yaşayış evinin ¼ hissəsi, torpaq sahəsinin 7/16 hissəsi İddiaçı, xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********54 olan hissədə ünvan 2i ərazisində yerləşən 0.09 ha yaşayış məhtəqələri təyinatlı torpaq sahəsi və üzərində yerləşən 142.30 kv.m daşınmaz əmlakın-yəni fərdi yaşayış evinin 3/4 hissəsi, torpaq sahəsinin 9/16 hissəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyesterində 53 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, Səlimova (Əliyeva) Əsbət Ağarza qızı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X21 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********54 olan çıxarışına əsasən ünvan 2i ərazisində yerləşən 0.09 ha yaşayış məhtəqələri təyinatlı torpaq sahəsi və üzərində yerləşən 142.30 kv.m daşınmaz əmlakın özünə məxsus payını Cavabdeh2 bağışlamışdır. İş materiallarında olan AZ-İ 953074 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2008-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2008-ci ildə 32 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 796562 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2016-cı il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-ci ildə 06 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 2V-361 və 2V-362 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərdən görünür ki, X2 və X5 vərəsəsi qızları İddiaçıdır, ona miras əmlakdan düşən pay X4 və X7 çatan hissədən ibarətdir. 2V-361 reyestr nömrəli Şəhadətnamədə Səlimova (Əliyeva) Əsbət Ağarza qızına çatan1/2 hissədə pay açıq saxlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X21in 5 saylı Xaçmaz Ərazi idarəsinin mühəndisi Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı Cavabdeh2 qarşı miras əmlakın naturada bölünməsi tələbinə dair mülki iş üzrə iddiaçının və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsində olmuş, həmin torpaq sahəsinin koordinatları və ölçüləri naturadan gömülmüşdür. Lakin mübahisəli torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcud olduğundan həmin torpaq sahəsinin naturada bölgüsü mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2024-cü il tarixli rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X21in 5 saylı Xaçmaz Ərazi idarəsinin inventarlaşdırıcısı Nəbi Nəbizadənin mütəxəssis arayışında qeyd edildiyi kimi mütəxəssisin həmin sahədə olduğu, iddiaçı və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinin koordinatları və ölçüləri naturadan götürüldüyü, mübahisəli torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcud olduğundan həmin torpaq sahəsinin naturada bölgüsü mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İddiaçı ünvan 1i ərazisində yerləşən 0.09 ha (torpaq sahəsindən) paylı mülkiyyətdən ona çatan 0.04125 ha torpaq sahəsinin naturada ayrılmasınə xahiş etmiş və ekspertizaya əsasən mübahisəli torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcud olduğundan həmin torpaq sahəsinin naturada bölgüsünün mümkün olmadığı barədə rəy verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ünvan 1i ərazisində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 0.09 ha (torpaq sahəsindən) paylı mülkiyyətdən ona çatan 0.04125 ha torpaq sahəsinin naturada ayrılması barədə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh2 qarşı miras əmlakın naturada bölünməsi tələbi təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat İddiaçı, tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-69/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-69/2024
23.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver