Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-899/2021 15.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Qusar rayon Notariat Ofisinə, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qusar rayon Şöbəsinə qarşı ümumi birgə mülkiyyətdə olan əmlaklardan payların müəyyən edilməsi və miras əmlaklarına vərəsəlik hüququnun tanınaraq həmin əmlaklardan vərəsələrin paylarının müəyyən edilərək ayrılması tələbi barədə iddiaları üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Qusar rayon Notariat Ofisinə, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qusar rayon Şöbəsinə qarşı ümumi birgə mülkiyyətdə olan əmlaklardan payların müəyyən edilməsi və miras əmlaklarına vərəsəlik hüququnun tanınaraq həmin əmlaklardan vərəsələrin paylarının müəyyən edilərək ayrılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1inin inzibati ərazi dairəsində yerləşən təyinatı kənd təssərüfatı təyinatlı torpaqlar olan 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********64 Reyestr nömrəli Çıxarış əsasında 0.666 ha və 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********65 Reyestr nömrəli Çıxarış əsasında isə 0.63 ha torpaq sahələrinin ümumi birgə mülkiyyətçiləri olan İddiaçı1 qızının, X1 və X5, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətlərindən 1/5 hissədə paylarının müəyyən olunması; ünvan 1inin inzibati ərazi dairəsində yerləşən təyinatı kənd təssərüfatı təyinatlı torpaqlar olan 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********64 Reyestr nömrəli Çıxarış əsasında 0.666 ha və 21.06.2021-ci il tarixli ,********** qeydiyyat nömrəli, **********65 Reyestr nömrəli Çıxarış əsasında isə 0.63 ha torpaq sahələrindən X1 və X5 hər birinə çatacaq 1/5 hissədə miras əmlaklarından onların vərəsələri İddiaçı1 və İddiaçı2 hər birinin ½ hissədə vərəsəlik hüquqları tanınaraq payları müəyyən edilərək ayrılması və bu barədə Qusar rayon Notarat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi; 24.06.2021-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli və **********18-10301 Reyestr nömrəli Çıxarışa əsasən Qusar rayonu Köhnə Xudat kəndində tikilmiş 127,4 kvadrat metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin yerləşdiyi 0,31 ha torpaq sahəsindən İddiaçı1 ümumi birgə mülkiyyətçi kimi 1/3 hissədə öz payı, 0.31 ha torpaq sahəsindən X1 və X5 hər birinə çatacaq 1/3 hissədə miras əmlaklarından isə onların vərəsələri İddiaçı1 və İddiaçı2 hər birinin ½ hissədə vərəsəlik hüquqları tanınaraq payları müəyyən edilərək ayrılması və bu barədə Qusar rayon Notarat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi; cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin miras əmlaklara dair vərəsəlik hüquqlarının tanınmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1ində tikilmiş, 127,4 kvadrat metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evi 24.06.2021-ci il tarixli ********** saylı qeydiyyat nömrəli və **********18-10301 Reyestr nömrəli çıxarışa əsasən 0,31 ha torpaq sahəsində yerləşmişdir. Həmin 0,31 ha torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmaqla İddiaçı1, onun mərhum X9nun və mərhumə anası X5 mülkiyyətindədir. Bundan başqa, ünvan 1inin inzibati ərazi dairəsində yerləşən təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar olan 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********64 Reyestr nömrəli Çıxarış əsasında 0.666 ha və 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********65 Reyestr nömrəli Çıxarış əsasında isə 0.63 ha torpaq sahələri mövcuddur. Həmin torpaq sahələri yenə də İddiaçı1, onun mərhum X9nun, mərhumə anası X5, bacısı İddiaçı2 və İddiaçı2 əri İddiaçı3 ümumi birgə mülkiyyətlərindədir. X15 12.09.2003-cü ildə, X10 17.08.2020-ci il tarixdə ünvan 1ində ölmüşlər. İddiaçı2 və İddiaçı1 hər iki valideynlərinin dəfnində iştirak edərək dəfn xərclərini özləri çəkmişlər. X2 xərçəng xəstəsi olmuş, ölən günə kimi onun qulluğunda durmuşlar, müayinəsini, müalicə və kimya terapiyasını öz vəsaitləri hesabına etdirmişlər. Anaları öldükdən sonra isə el adəti üzrə dəfn edərək yas mərasimini təşkil etmişlər. X1 və X5 birgə nikahlarından İddiaçı2 və İddiaçı1 başqa xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh2 və 16.02.1976-cı il təvəllüdlü Cavabdeh3 adında iki oğlan övladları da doğulmuşdur. Cavabdeh2 ünvan 1ində qeydiyyatda olaraq elə həmin kənddə özünə məxsus fərdi yaşayış evində ayrıca təsərrüfat olmaqla yaşayır. Cavabdeh3 dayısı X6 qızı Rəhimxanova (Muradxanova) Laura Eynulla qızı ilə ailə hayatı qurmuş, özü Rusiya Federasiyasının Dağıstan Respublikasında işləyir. Lakin, arvadı Laura və uşaqları ünvan 1ində ayrıca təsərrüfatda yaşayırlar. X3 və X10 ölən günlərinə kimi ünvan 1ində 127,4 kvadrat metr yaşayış sahəsi olan, 0.31 ha həyətyanı torpaq sahəsindən ibarət fərdi yaşayış evində yaşamışlar və orada da vəfat etmişlər. Bundan başqa, mərhum X12 və X5 ünvan 1inin inzibati ərazi dairəsində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqlar olan 0.666 ha və 0.63 ha torpaq sahələri iddiaçılar ilə birlikdə onların ümumi birgə mülkiyyətlərindədir. Həmin torpaqlardan mərhumlara çatası əmlak miras olaraq qalmış və hal hazırda iddiaçıların istifadəsindədir. Həmin miras əmlaklarına vərəsələrin payları müəyyən edilməmişdir. Bundan başqa, həmin torpaq sahələri ümumi birgə mülkiyyətdə olduğundan mülkiyyətçilərin də payları müəyyən edilməmişdir. Ümumi Birgə Mülkiyyətçilər arasında hər hansı bir razılaşma olmamışdır. Ona görə də, ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinə paylar müəyyən edilməli, eyni zamanda ümumi birgə mülkiyyətçilərdən X15 və X10 öldükləri üçün onlardan miras qalan əmlakdan vərəsələrinin payları da müəyyən edilməklə bölgü aparılmalıdır. Həmin miras əmlakı iddiaçılar faktiki olaraq qəbul etmişlər və idarə edirlər. Digər vərəsələr xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh2 və 16.02.1976-cı il təvəllüdlü Cavabdeh3 vərəsəlik ilə bağlı notariat kontoruna müraciət etməmişlər və bu günə kimi susmuşlar. Ona görə də hesab edirlər ki, 24.06.2021-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli və **********18-10301 Reyestr nömrəli çıxarışa əsasən ünvan 1ində tikilmiş 127,4 kvadrat metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin yerləşdiyi 0,31 ha torpaq sahəsindən İddiaçı1 ümumi birgə mülkiyyətçi kimi öz payının, 0.31 ha torpaq sahəsindən X3na və X7 çatacaq miras əmlakından isə onların vərəsələri İddiaçı1 və İddiaçı2 vərəsəlik hüquqlarının tanınaraq paylarının müəyyən edilərək ayrılması; ünvan 1inin inzibati ərazi dairəsində yerləşən təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar olan 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********64 Reyestr nömrəli Çıxarış əsasında 0.666 ha və 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********65 Reyestr nömrəli Çıxarış əsasında isə 0.63 ha torpaq sahələrindən X3na və X7 çatacaq miras əmlakından onların vərəsələri İddiaçı1 və İddiaçı2 vərəsəlik hüquqlarının tanınaraq paylarının müəyyən edilərək ayrılması və bu barədə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair; cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş müddəti üzürsüz səbəbdən buraxdıqlarına görə onların həmin miras əmlaklarına vərəsəlik hüquqlarının tanınmaması; ünvan 1inin inzibati ərazi dairəsində yerləşən təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar olan 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********64 Reyestr nömrəli Çıxarış əsasında 0.666 ha və 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********65 Reyestr nömrəli Çıxarış əsasında isə 0.63 ha torpaq sahələrinin ümumi birgə mülkiyyətçiləri İddiaçı1, mərhumlar X12 və X5, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətlərinə xitam verilərək onların paylarının müəyyən olunması barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmnədən xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Cavabdeh Qusar rayon Notariat ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, iş üzrə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qusar rayon Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4, 185.5 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçıların nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, müəyyən olunmuş halları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan qeydiyyat tarixi 24.06.2021-ci il, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0.31 ha torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə (ümumi birgə) İddiaçı1, X12 və X5 adlarına qeydiyyata alınmışdır. İşdə olan qeydiyyat tarixi 21.06.2021-ci il, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0.666 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ (ümumi birgə) üzrə İddiaçı1, X12, X5, İddiaçı2 və İddiaçı3 adlarına qeydiyyata alınmışdır. İşdə olan qeydiyyat tarixi 21.06.2021-ci il, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0.63 ha torpaq sahəsi xüsusi mülkiyyət (ümumi birgə) hüququ üzrə İddiaçı1, X12, X5, İddiaçı2 və İddiaçı3 adlarına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21.05.2021-ci il tarixli arayışdan görünür ki, X15 12.09.2003-cü ildə ünvan 1ində ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21.05.2021-ci il tarixli arayışdan görünür ki, X10 17.08.2020-ci ildə ünvan 1ində ölmüşdür. İşdə olan Qusar RİHB-nın Köhnə Xudat kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 01.06.2021-ci il tarixli 265 saylı arayışdan görünür ki, X15 vəfat edən günədək ünvan 1i ünvanında yaşamışdır və ölümündən sonra onun aşağıdakı vərəsələri qalmışdır: arvadı X10, oğlu Cavabdeh2, oğlu Cavabdeh3, qızı X16, qızı X17. İşdə olan Qusar RİHB-nın Köhnə Xudat kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 01.06.2021-ci il tarixli 266 saylı arayışdan görünür ki, X10 vəfat edən günədək ünvan 1i ünvanında yaşamışdır və ölümündən sonra onun aşağıdakı vərəsələri qalmışdır: oğlu Cavabdeh2, oğlu Cavabdeh3, qızı X16, qızı X17. İşdə olan Qusar RİHB-nın Köhnə Xudat kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 14.12.2021-ci il tarixli 582 saylı arayışdan görünür ki, X10 ölən tarixdə təsərrüfatında Cavabdeh2 və Cavabdeh3 qeyd edilməmişdir. İşdə olan İX-ЖГ №470650 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx xxxxxx 1984-cü il tarixdə ünvan 1ində anadan olmuşdur. X9, anası X8r. İşdə olan Vİİ- ЖГ №438750 saylı 08 fevral 2003-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X17 08 fevral 2003-cü il tarixdə Qusar RİHB-nın Köhnə Xudat kəndi İƏD üzrə nümayəndəliyində 08 nömrəli akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra qadına “ Şəkiyeva” soyadı verilmişdir. İşdə olan Vİİ- ЖГ №273066 saylı 22 fevral 1997-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 ilə X16 arasında 22 fevral 1997ci il tarixdə Qusar RİHB-nın Köhnə Xudat kənd İƏD üzrə nümayəndəliyində 02 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Hüseynova” soyadı verilmişdir. İşdə olan Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş 06 iyul 2021-ci il tarixli X- 694 saylı və 06 iyul 2021-ci il tarixli X-695 məktublardan görünür ki, həmin notariat ofisində 19 sentyabr 2003-cü il tarixdə vəfat etmiş X11 və 17 avqust 2020-ci ildə vəfat etmiş X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə İddiaçı1 müraciətinə baxılmışdır. Həmin şəxsə bildirilmişdir ki, X12 və X5 digər birinci növbə varisləri mövcuddur. Mövcud olan digər varislər öz paylarına dair münasibətlərini bildirmədikləri üçün tam şəkildə pay bölgüsünün aparılması mümkün deyildir. Bu səbəbdən pay bögüsünün aparılması və mübahisənin həlli üçün məhkəməyə müraciət etməsi ona tövsiyyə olunmuşdur. İşdə olan Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş 06 iyul 2021-ci il tarixli X- 696 saylı və 06 iyul 2021-ci il tarixli X-697 məktublardan görünür ki, həmin notariat ofisində 19 sentyabr 2003-cü il tarixdə vəfat etmiş X11 və 17 avqust 2020-ci ildə vəfat etmiş X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə İddiaçı2 müraciətinə baxılmışdır. Həmin şəxsə bildirilmişdir ki, X12 və X5 digər birinci növbə varisləri mövcuddur. Mövcud olan digər varislər öz paylarına dair münasibətlərini bildirmədikləri üçün tam şəkildə pay bölgüsünün aparılması mümkün deyildir. Bu səbəbdən pay bögüsünün aparılması və mübahisənin həlli üçün məhkəməyə müraciət etməsi ona tövsiyyə olunmuşdur. İşdə olan Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş 27 may 2021-ci il tarixli X- 560 saylı məktubdan görünür ki, 12.09.2003-cü il tarixdə vəfat etmiş X12 və 17.08.2020-ci ildə vəfat etmiş X5 ölümündən sonra miras qalmış əmlaklara dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün İddiaçı2 və İddiaçı1 müraciətləri daxil olmuşdur. Bildirilir ki, İddiaçı2 və İddiaçı1, X12 və X5 vərəsələri sırasına daxildirlər. İşdə olan Qusar rayon Notariat Ofisi tərəfindən məhkəməyə təqdim edilmiş 15 dekabr 2021-ci il tarixli 1389 saylı məktubdan görünür ki, X15 və X5 ölümündən sonra mirasın qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Cavabdeh2 və Cavabdeh3 tərəfindən həmin notariat ofisinə hər hansı müraciətin daxil olması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Göründüyü kimi, ünvan 1inin inzibati ərazi dairəsində yerləşən təyinatı kənd təssərüfatı təyinatlı torpaqlar olan 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********64 Reyestr nömrəli Çıxarış əsasında 0.666 ha və 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********65 Reyestr nömrəli Çıxarış əsasında isə 0.63 ha torpaq sahələri 5 nəfərin-yəni İddiaçı1, X1 və X5, həmçinin İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətlərindədir və mülkiyyət paylarına dair mülkiyyətçilərin hər hansı razılaşmaları olmamışdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, həmin torpaq sahələrinin hər bir mülkiyyətçisinin mülkiyyət payı bərabər olmaqla 1/5 hissə müəyyən olunmalıdır. Həmçinin, 24.06.2021-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli və **********18-10301 Reyestr nömrəli Çıxarışa əsasən ünvan 1ində yerləşən, 127,4 kvadrat metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin yerləşdiyi 0,31 ha torpaq sahəsinə dair İddiaçı1, X1 və X5 hər birinin mülkiyyət payı 1/3 hissə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Həmin Məcəllənin 1302-ci maddəsinə əsasən miras qoyanla birlikdə əmlaka ümumi mülkiyyət hüququ olan vərəsələrin ümumi mülkiyyətə daxil olan əmlaka vərəsəlikdə üstünlük hüququ vardır. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Məhkəmə mirasla bağlı iddiaçıların dəlilləri ilə razılaşaraq hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1inin inzibati ərazi dairəsində yerləşən təyinatı kənd təssərüfatı təyinatlı torpaqlar olan 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********64 Reyestr nömrəli Çıxarış əsasında 0.666 ha və 21.06.2021-ci il tarixli ,********** qeydiyyat nömrəli, **********65 Reyestr nömrəli Çıxarış əsasında isə 0.63 ha torpaq sahələrinin X3 və X10 ilə birlikdə birgə mülkiyyətçiləri olmaqla mərhum şəxslər vəfat etdikdən sonra onların qanuni sahibliklərində və istifadələrində olmuş, bununla da, həmin şəxslər mərhum valideynlərinin mirasına dair müvafiq notariat orqanına vaxtında mirasın qəbulu ilə bağlı ərizə verməsələr də, həmin mirasa sahiblənməklə öz hərəkətləri ilə mirası faktiki qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Bundan başqa, onlar həmin torpaq sahələrinin birgə mülkiyyətçiləri olmaqla həmin mirası almaqda üstün hüquqa malik olmuşlar. X1 və X5 digər vərəsələri olan Rəhimxanov Günəş Şairoviç və Cavabdeh3 isə həmin mirasları nə faktiki, nə də notariat orqanına ərizə verməklə qəbul etməmişlər, mirası faktiki qəbul etdiklərini nümayiş etdirən hərəkətlər etməmişlər, torpaq sahələrinə sahiblənməmişlər, onların idarə olunmasında hər hansı şəkildə iştirak etməmişlər, mirasa dair xeyli müddət susmuşlar. Ona görə də, mərhum şəxslərin vərəsələri olan həmin şəxslərin mirasa dair susmaları Mülki Məcəllənin 1273-1-ci maddəsinə uyğun olaraq mirasdan imtina kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, mərhum şəxslər Şair Rəhimxanovun və Gülarə Rəhimxanovanın yuxarıda göstərilən məlum torpaq sahələrinə dair hər birinə çatacaq 1/5 hissədə miras əmlaklarından onların vərəsələri İddiaçı1 və İddiaçı2 hər birinin ½ hissədə vərəsəlik hüquqları tanınaraq payları müəyyən edilərək ayrılmalı və bu barədə Qusar rayon Notarat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilməlidir. Həmçinin, ünvan 1ində yerləşən, 127,4 kvadrat metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin yerləşdiyi 0,31 ha torpaq sahəsindən X1 və X5 hər birinə çatacaq 1/3 hissədə miras əmlaklarından onların vərəsələri İddiaçı1 və İddiaçı2 hər birinin ½ hissədə vərəsəlik hüquqları tanınaraq payları müəyyən edilərək ayrılmalı və bu barədə Qusar rayon Notarat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilməlidir. Digər vərəsələr olan Cavabdeh2 və Cavabdeh3 vərəsəlik hüquqları isə, yuxarıda sadalanan əsaslara görə itirildiyindən tanınmamalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçılar öz tələblərinin əsası kimi istinad etdikləri halları tam sübuta yetirmişlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. ünvan 1inin inzibati ərazi dairəsində yerləşən təyinatı kənd təssərüfatı təyinatlı torpaqlar olan 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********64 Reyestr nömrəli Çıxarış əsasında 0.666 ha və 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********65 Reyestr nömrəli Çıxarış əsasında isə 0.63 ha torpaq sahələrinin ümumi birgə mülkiyyətçiləri olan İddiaçı1 qızının, X1 və X5, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətlərindən hər birinin 1/5 hissədə payları müəyyən olunsun. ünvan 1inin inzibati ərazi dairəsində yerləşən təyinatı kənd təssərüfatı təyinatlı torpaqlar olan 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********64 Reyestr nömrəli Çıxarış əsasında 0.666 ha və 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********65 Reyestr nömrəli Çıxarış əsasında isə 0.63 ha torpaq sahələrindən X1 və X5 hər birinə çatacaq 1/5 hissədə miras əmlaklarından onların vərəsələri İddiaçı1 və İddiaçı2 hər birinin ½ hissədə vərəsəlik hüquqları tanınaraq payları müəyyən edilərək ayrılsın və bu barədə Qusar rayon Notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilsin. 24.06.2021-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli və **********18-10301 Reyestr nömrəli Çıxarışa əsasən Qusar rayonu Köhnə Xudat kəndində tikilmiş 127,4 kvadrat metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin yerləşdiyi 0,31 ha torpaq sahəsindən İddiaçı1 ümumi birgə mülkiyyətçi kimi 1/3 hissədə öz payı, 0.31 ha torpaq sahəsindən X1 və X5 hər birinə çatacaq 1/3 hissədə miras əmlaklarından isə onların vərəsələri İddiaçı1 və İddiaçı2 hər birinin ½ hissədə vərəsəlik hüquqları tanınaraq payları müəyyən edilərək ayrılsın və bu barədə Qusar rayon Notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin miras əmlaklara dair vərəsəlik hüquqları tanınmasın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-899/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-899/2021
15.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver