Məhkəmə qərarları › İş №2(041)-1638/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1638/2024

07.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1638/2024 07.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı2 və onun nümayəndəsi və vəkili Vəkil, İddiaçı1 Məmmədşərif qızının və cavabdeh X3 iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 Məmmədşərif qızının Kürdəmir regional Asan xidmət mərkəhzində notariat ofisi üçüncü şəxs qismində gəlb edilməklə cavabdeh X6 qarşı mərhum X5ndan miras qalmış evdən və həyətyanı torpaq sahəsindən paylarının müəyyən olunması və bərabər şəkildə vərəsələr arasında bölünməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Məmmədşərif qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 89,4 kv.metr olan yaşayış evində və həmin evin yerləşdiyi 0,10117 ha həyətyanı torpaq sahəsində olan paylarının müəyyən olunması və həmin miras əmlakın bərabər şəkildə vərəsələr arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mülki işə məhkəmədə baxılan müddətdə iddiaçılar İddiaçı2 və İddiaçı1 Məmmədşərif qızı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək mərhum ataları X7 miras qalmış, ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 89,4 kv.metr olan yaşayış evi və evin yerləşdiyi 0,10117 ha torpaq sahəsinin paylarına uyğun olaraq vərəsəlik qaydasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək göstərdi ki, o, ünvan 3 ünvanda yerləşən evdə doğulub boya başa çatmış və ailə həyatı qurmuşdur. Mərhum atası ilə anasının birgə nikahından 2 qız və 1 oğlan olmaqla, özü, Aidə və Mehman adlı övladları doğulmuşdur. X5 ilə anaları X23 yollarını ayırmış o, özü, digər bacısı Aidə və qardaşı Mehman atalarının himayəsində qalmışlar. X5 xx.xx.2010-cu il tarixdə vəfat etmiş, mərhum qardaşı Mehman Yahyayev də öz ailəsi ilə birlikdə sözü gedən evdə yaşamışdır. Qardaşı Mehman 2023-cü il tarixdə vəfat etdikdən sonra, onun cavabdeh arvadı Rəsmiyyə Yahyayeva qeyd olunan evdə yaşamağa davam etmiş və hazırda da həmin evdə yaşayır. Atasının vəfatından sonra onlar atasının miras əmlakından pay tələb etməmiş, nədəki, Mülki Qanunvericiliyinin tələblərinə görə ondan rəsmi imtina etməmişlər. Qardaşı Mehmanın vəfatından sonra onun arvadı onları öz doğma ata yurdluna buraxmaq istəmir, bütün miras əmlaka təkbaşına yiyələnəcəyini təkbaşına bəyan edir. Bu və ya digər obyektiv səbəblərə görə də, rəsmi müraciət edərək, DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsindən Hüququn ölmüş şəxsə məxsus olması haqqında rəsmi arayış almış və vərəsəlik şəhadətnaməsi almaq üçün Kürdəmir regional Asan xidmət mərkəzində notariat ofisinə müraciət etmişlər. Cavabdeh X9 notariusun çağrışına qəsdən gəlmədiyinə görə notariat ofisi vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmiş və mübahisə ilə bağlı məhkəməyə müraciət etmələrini tövsiyyə etmişdir. Cavabdeh özü də mirası irsi transmissiya üzrə rəsmi qəbul etməmişdir. Ona görə də mərhum ataları X7 miras qalmış, ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 89,4 kv.metr olan yaşayış evi və evin yerləşdiyi 0,10117 ha torpaq sahəsinin paylarına uyğun olaraq vərəsəlik qaydasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi və vəkili Vəkil İddiaçı2 ilə eyni məzmunda izahat verib iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 Məmmədşərif qızı İddiaçı2 ilə eyni məzmunda izahat verərək mərhum ataları X7 miras qalmış, ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 89,4 kv.metr olan yaşayış evi və evin yerləşdiyi 0,10117 ha torpaq sahəsinin paylarına uyğun olaraq vərəsəlik qaydasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X9 iddia tələbini qəbul edərək göstərdi ki, o, iddiaçıların qardaşı mərhum X17 ilə evlənib ailə quraraq ünvan 3 ünvanda yerləşən mərhum X12 məxsus olan evə gəlin köçmüşdür. Əri Mehman 2023-cü ildə vəfat etmiş və o, hazırda öz uşaqları ilə birlikdə mübahisəli evdə yaşayır. İddiaçılar İddiaçı2 və İddiaçı1 Məmmədşərif qızı isə ailə qurmaqla hər biri ailə üzvləri ilə birlikdə özlərinə məxsus evlərdə yaşayırlar. O, vəfat etmiş əri Mehmanın vərəsəsi olmaqda mübahisəli evin və torpaq sahəsinin vərəsələr arasında bölünməsinə razıdır. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli, AZ-İ 561675 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2010-cu il tarixdə Kürdəmir şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli, AZ-İV 366030 nömrəli arayışından görünür ki, X17 xx.xx.1963-cü il tarixdə Kürdəmir şəhərində doğulmuşdur. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli, AZ-İV ******* nömrəli arayışından görünür ki, İddiaçı2 xx.xx.1965-ci il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.1968-ci il tarixli, AZ ******* nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 Məmmədşərif qızı xx.xx.1968-ci il tarixdə Kürdəmir şəhərində doğulmuşdur. İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nin şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı1 Məmmədşərif qızına verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, onun mərhum atası X1 şəhəri, Y.Məmmədəliyev küçəsi 5 saylı ünvanda yaşamış, xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Mərhum vəfat etdikdə X17, İddiaçı2 və İddiaçı1 Məmmədşərif qızından ibarət ailə üzvləri (varisləri) qalmışdır. İş materiallarına əlavə olunmuş Kürdəmir rayon Qeydiyyat şöbəsinin 1976-cı ilə aid boşanma haqqında kitabın 26-cı səhifəsinin xx.xx.2018-ci il tarixli, AZ-011242 nömrəli çıxarışından görünür ki, X16 ilə X14 nikahları pozulmuşdur. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 89,4 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş və Kürdəmir regional Asan xidmət mərkəzində notariat ofisi tərəfindən İddiaçı2 göndərilmiş xx.xx.2024-cü il tarixli, 412 nömrəli məktubdan görünür ki, vərəsələr arasında ixtilaf olduğu üçün ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı bildirilmiş məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iddiaçıların və cavabdehin, həmçinin İddiaçı2 nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçılar ünvan 3 ünvanda yerləşən evdə doğulub boya başa çatmış və ailə həyatı qurmuşdur. Mərhum atası ilə anasının birgə nikahından 2 qız və 1 oğlan olmaqla, özü, Aidə və Mehman adlı övladları doğulmuşdur. X5 ilə anaları X23 yollarını ayırmış o, özü, digər bacısı Aidə və qardaşı Mehman atalarının himayəsində qalmışlar. X5 xx.xx.2010-cu il tarixdə vəfat etmiş, mərhum qardaşı Mehman Yahyayev də öz ailəsi ilə birlikdə sözü gedən evdə yaşamışdır. Qardaşı Mehman 2023-cü il tarixdə vəfat etdikdən sonra, onun cavabdeh arvadı Rəsmiyyə Yahyayeva qeyd olunan evdə yaşamağa davam etmiş və hazırda da həmin evdə yaşayır. Atasının vəfatından sonra onlar atasının miras əmlakından pay tələb etməmiş, nədəki, Mülki Qanunvericiliyinin tələblərinə görə ondan rəsmi imtina etməmişlər. Qardaşı Mehmanın vəfatından sonra onun arvadı onları öz doğma ata yurdluna buraxmaq istəmir, bütün miras əmlaka təkbaşına yiyələnəcəyini təkbaşına bəyan edir. Bu və ya digər obyektiv səbəblərə görə də, rəsmi müraciət edərək, DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsindən Hüququn ölmüş şəxsə məxsus olması haqqında rəsmi arayış almış və vərəsəlik şəhadətnaməsi almaq üçün Kürdəmir regional Asan xidmət mərkəzində notariat ofisinə müraciət etmişlər. Cavabdeh X9 notariusun çağrışına qəsdən gəlmədiyinə görə notariat ofisi vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmiş və mübahisə ilə bağlı məhkəməyə müraciət etmələrini tövsiyyə etmişdir. Cavabdeh X9 da vəfat etmiş əri Mehmanın vərəsəsi olmaqda mübahisəli evin və torpaq sahəsinin vərəsələr arasında bölünməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Milki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlarıdıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1252-ci maddəsinin tələbinə görə əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). İş materiallarından görünür ki, miras qoyan X18 xx.xx.2010-cu il tarixdə öldükdən sonra, mərhumla birlikdə yaşayan oğlu X17 öz ailə üzvləri ilə birlikdə miras əmlak olan fərdi yaşayış evində yaşamış və o, 2023-cü ildə vəfat etmişdir. Bundan sonra həmin evdə onun arvadı, hazırki iş üzrə cavabdeh olan X9 yaşamışdır. Miras qoyan X18 və X11 ölümündən sonra iddiaçılar miras əmlakın qəbulundan imtina etməmiş, cavabdeh isə həmin evdə yaşamasına baxmayaraq irsi transmissiya üzrə mirası rəsmi qəbul etməmişdir. “Azərbaycan Respukblikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Azərbaycan Respukblikası Mülki Məcəlləsinin 1301.1-ci maddəsinin tələbinə görə əgər vərəsəliyə çağrılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyəti barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, miras qoyan X18 ölənə kimi onunla birlikdə yaşayan oğlu X17 2023-cü ildə ömüş və onun arvadı X9 hazırda miras əmlak olan həmin fərdi yaşayış evində yaşayır. X2 miras əmlakdan çatası miras payı onun vərəsəsi olan X6 verilməlidir. Həmçinin cavabdeh R.M.Yahyayeva miras əmlakdan iddiaçılarla birlikdə paylarının müəyyən edilməsinə razı olduğunu bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mərhum X8 miras qalmış ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 89,4 kv.metr olan yaşayış evi və evin yerləşdiyi 0,1017 ha torpaq sahəsinin 1/3 hissədə İddiaçı2, 1/3 hissədə İddiaçı1 Məmmədşərif qızının, 1/3 hissədə olmaqla cavabdeh X4 payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X24 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə Kürdəmir şəhərində yaşamış və xx.xx.2010-cü il tarixdə vəfat etmiş mərhum X8 miras qalmış ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 89,4 kv.metr olan yaşayış evi və evin yerləşdiyi 0,1017 ha torpaq sahəsinin 1/3 hissədə İddiaçı2, 1/3 hissədə İddiaçı1 Məmmədşərif qızının, 1/3 hissədə olmaqla cavabdeh X4 payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Kürdəmir şəhərində yaşamış və xx.xx.2010-cü il tarixdə vəfat etmiş mərhum X8 miras qalmış ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 89,4 kv.metr olan yaşayış evinin və evin yerləşdiyi 0,1017 ha torpaq sahəsinin 1/3 hissədə İddiaçı2, 1/3 hissədə İddiaçı1 Məmmədşərif qızının, 1/3 hissədə olmaqla cavabdeh X4 payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar