Məhkəmə qərarları › İş №2(025)-787/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-787/2020

06.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-787/2020 06.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon X6 xx xxxxxxxx 1997-ci il tarixli, 18 saylı qərarı ilə torpağa mülkiyyət hüququna dair JN-0011 saylı Dövlət Aktı ilə digər payçılarla birlikdə onun adına paylı mülkiyyət hüququ əsasında verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktının ona məxsus olması hüquq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon X6 xx xxxxxxxx 1997-ci il tarixli, 18 saylı qərarına əsasən onlara ailə üzvləri ilə birlikdə paylı mülkiyyət hüququ əsasında 4,77 ha mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Ailə üzvü dedikdə o, X4, X7, X8 və X5 ilə birlikdə 5 nəfər ailə üzvünə paylı mülkiyyət hüququ əsasında 4,77 ha torpaq sahəsi verilmişdir. Ailə ilə üzvləri ilə birlikdə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair JN-0011 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı təqdim edilmişdir. JN-0011 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında onun ata adı Qurbanəli kimi qeyd olunmuşdur. Lakin, şəxsiyyətini müəyyən edən şəxsiyyət vəsiqəsində ata adı Qurban kimi qeyd olunmuşdur ki, bu da ona müəyyən problemlər yaratmışdır. Bu səbəbdən paylarının bölünərək hər birinin adına “Çıxarış” alınması və paylarının üzərində sərəncam vermək hüquqlarının həyata keçirilməsi mümkünsüz olmuşdur. Torpaq sənədində onun adına verilən torpaq sahəsi digər payçılarla birlikdə eyni zamanda ona məxsusdur. Sözügedən sənəd hüquqmüəyyənedici sənəddir və bu baxımdan həmin sənəd mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən həmin sənədə aydınlıq gətirilməsi zəruridir. Ovcullu kənd X2 arayışı ilə də təsdiq olunur ki, torpaq sənədində göstərilən Qurbanəli adı həqiqətən onun atasının adıdır və o, həmin paylı mülkiyyətçilərdən biridir. Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN – 0011 (kod:40604078) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxxxx 1997-ci il tarixli 18 nömrəli qərarına əsasən, X4, Ərizəçiəli qızı, X7, X8 və X1 birgə mülkiyyətinə mülkiyyətinə Qəbələ rayonu Ovcullu kəndində 4,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan xx xxxxxx 1962-ci il tarixli, AЭ seriyalı, 289213 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci ildə Qutqaşen rayonunda doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin Ərizəçi ünvanlanmış xx xxxx 2020-ci il tarixli **********20 nömrəli məktubundan görünür ki, JN- 0011 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Ovcullu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 18 nömrəli arayışdan görünür ki, Ərizəçi ailəsinə paylı mülkiyyət hüququ əsasında verilmiş torpaq sahəsinə dövlət aktında atasının adı səhvən “Qurbanəli” kimi göstərilmişdir. O, ailə üzvü kimi paylı mülkiyyətçilərindən biridir. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Qəbələ rayonu Tüntül kəndində doğulmuş, Qəbələ rayonu Ovcullu kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-in xx xxxxxxxx 1997-ci il tarixli 18 nömrəli qərarına əsasən X4, Ərizəçiəli qızı, X7, X8 və X1 birgə mülkiyyətinə 4,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini verilməsini təsdiq edən JN – 0011 nömrəli (kod:40604078) «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamədə Ərizəçi ata adı səhvən «Qurbanəli» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıq aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması mümkün olmamışdır. Ona görə də məhkəmə ərizəni həmin hissədə əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Lakin ərizədə JN – 0011 (kod:40604078) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında adları qeyd olunan hüquq sahiblərindən X4, X7, X8 və X3 da məxsusluğu barədə tələb qoyulmadığından məhkəmə hesab edir ki, Qəbələ rayon AİK-in xx xxxxxxxx 1997-ci il tarixli 18 nömrəli qərarı ilə verilmiş JN – 0011 (kod:40604078) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» aktının Ərizəçi aid olan hissəsinin Ərizəçi məxsus olmasına dair hüquqi faktı müəyyən edilməlidir. Bu səbəbdən məhkəmə ərizəni həmin hissədə təmin etməməyi əsaslı və qanuni hesab edir. Qalan hissədə ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə qismən təmin edilsin. Qəbələ rayon AİK-in xx xxxxxxxx 1997-ci il tarixli 18 nömrəli qərarına əsasən X4, Ərizəçiəli qızı, X7, X8 və X1 birgə mülkiyyətinə 4,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini verilməsini təsdiq edən JN – 0011 nömrəli (kod:40604078) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi aid hissədə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar