Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-789/2020 01.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh Qəbələ rayon Bum Bələdiyyəsinin sədri X1 iştirakları ilə, İddiaçı cavabdehlər Teymurov Nı̇zami Musa oğluna, Cavabdeh2 Nı̇zami qızına, Əmlak Məsələləri ̇Dövlət Komı̇təsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri ̇Xı̇dmətı̇nin 9 saylı X11, Qəbələ rayonu Bum Bələdı̇yyəsinə və maraqlı şəxs Bakı şəhəri 12 saylı Notariat ofisinə qarşı “çıxarış və bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçıTeymurov Nı̇zami Musa oğluna, Cavabdeh2 Nı̇zami qızına, Əmlak Məsələləri ̇Dövlət Komı̇təsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri ̇Xı̇dmətı̇nin 9 saylı X11, Qəbələ rayonu Bum Bələdı̇yyəsinə və maraqlı şəxs Bakı şəhəri 12 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qanunsuz və əsassız əldə olunmuş Cavabdeh1 adına verilmiş xx.xx.2016-cı il tarixli Seriya RX ******* nömrəli Çıxarışın, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1433 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına verilmiş Daşınmaz əmlakın reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan Çıxarış və xx.xx.2019-cu il tarixli A №434211 olan Torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1947-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Bum kəndində anadan olmuşdur. Atası X4 xx xxxxxx 1998-ci ildə, anam Teymurova Gövhər Əziz qızı isə xx xxxx 1998-ci ildə vəfat etmişdir. Atam və anamın evliliyindən 3 oğul övladları olmuşdur-Vaqif, Arif, Nizami. Böyük qardaşım X6 1970-ci illərdə ailə quraraq birgə təsərrüfatdan ayrılmış, başqa torpaq sahəsində özünə ev tikərək ailəsi ilə orada yaşamışdır və xx xxxxxx 1998-ci ildə vəfat etmişdir. Kiçik qardaşı Cavabdeh1 eyni zamanda iş üzrə cavabdeh 1971-ci ildən Bakı şəhərinə köçərək orada ailə quraraq yaşamış, bu fakt təsərrüfatbaşına kitabdan qeyd olunmuş çıxarışda da öz əksini tapır. Ata və ananın təsərrüfatında o, yaşamış, valideynlərinə baxmışdır, vəfat etdikləri zaman, onları dəfn etmiş, yas mərasimlərini təşkil edərək keçirmişdir. Valideynləri vəfat etdikdən sonra da faktiki olaraq onlardan qalan miras əmlaka (torpaq sahəsi, istismara yararsız ev və tikililər) onun tərəfindən sahiblik edilmiş, qulluq olunaraq istifadə olunmuş, qorunub saxlanılmışdır. Valideynlərinə məxsus əmlakın (torpaq və tikililər) onların adına sənədləşməsi aparılmalı olmasına baxmayaraq, 2019-cu il noyabr ayında Cavabdeh2 ona və həyat yoldaşı X2 qarşı Qəbələ Rayon Məhkəməsinə müraciət edərək iddia qaldırmış, məhkəmə iclası təyin olunduqdan və iddia ərizəsinin surəti onun ünvanına daxil olduqdan sonra ona məlum olmuşdur ki, qardaşı Cavabdeh1 onun xəbəri olmadan 2015-ci ildə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsini qeyd etməklə “Teymurova Gövhər Əziz qızının istifadəsində olmuş 0,09 ha torpaq sahəsinə plan-ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair məhkəmədə iddia qaldırmış və iddiası Azərbaycan Respublikası Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 2-1 (84)-721/2015 saylı qərarı ilə təmin olunaraq cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə Teymurova Gövhər Əziz qızının ifadəsində olan 0,09 ha torpaq sahəsinə iddiaçı Cavabdeh1 adına torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyinin qoyulması qət edilmişdir. Sonradan Cavabdeh1 Azərbaycan Respublikası Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 2-l(84)-721/2015 saylı qərarı əsasında (faktiki olaraq isə qərarda Çıxarışın verilməsi öhdəliyi hər hansı inzibati orqanın üzərinə qoyulmamışdır) torpaq sahəsinə qanunsuz yolla öz adına Qəbələ rayonu, Bum kəndindəki 0,09 ha torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixində Seriya RX ******* nömrəli Çıxarış əldə etmiş, Bum bələdiyyəsi isə torpaq sahəsi ayırmışdır. xx.xx.2019-cu il tarixdə isə Bakı şəhəri 12 saylı notariat ofisində (xüsusi notarius X7) 4Ə-1433 nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsi bağlayaraq Qəbələ rayonu, Bum qəsəbəsindəki 0.09 ha torpaq sahəsini Cavabdeh2 bağışlamışdır. Həmin bağışlanma müqaviləsi əsasında müvafiq olaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına Daşınmaz əmlakın reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan Çıxarış və xx.xx.2019-cu il tarixli A №434211 olan Torpaq sahəsinin planı və ölçüsü əldə olunmuşdur. Onun isə bütün bu sənədləşmələrdən xəbəri olmamışdır. Ona görə də o ilkin olaraq Şəki İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 2-l(84)-721/2015 saylı qərarı maraqlarına toxunduğundan müvafiq qərarın ləğv edilməsini və həmin iddia tələbi üzrə üçüncü şəxs qismində işə cəlb edilməyi barədə vəsatət ilə müraciət etmiş, vəsatəti təmin olunmuş həmin qərar ləğv edilərək işə mahiyyəti üzrə baxılmışdır. xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iddia tələbinin baxılması mümkünsüz olduğundan işə baxılmasının mümkün olmaması barədə qərardad qəbul olunmuşdur. Göründüyü kimi hal-hazırda Azərbaycan Respublikası Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 2-l(84)-721/2015 saylı qərarı ləğv edildiyindən, həmin qərar əsasında həyata keçirilmiş sənədləşmələr etibarsız hesab olunaraq əldə olunmuş rəsmi sənədlər də ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Qəbələ rayon Bum Bələdiyyəsinin sədri X3 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı iddiası tamamilə əsassızdır. Qeyd olunan torpaq sahələri vətəndaşlara aqrar islahat komisiyası tərəfindən verilib. Mübahisələndirilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış isə məhkəmə qətnaməsi əsasında verilmişdir. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 4Ə-1433 nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsi imzalanan zaman Bum Bələdiyyəsinin nümayəndəsi orada iştirak etməmiş, bununla bağlı hər hansı bir məlumatı yoxdur. Ona görə də hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd olunmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı Teymurov Nı̇zami Musa oğlu və Cavabdeh2 Nı̇zami qızı, Əmlak Məsələləri ̇Dövlət Komı̇təsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri ̇Xı̇dmətı̇nin 9 saylı X10 və maraqlı şəxs Bakı şəhəri 12 saylı Notariat ofisinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışın (qeydiyyat nömrəsi – **********, reyestr nömrəsi – **********18, qeydiyyat tarixi – xx.xx.2016-cı il) surətindən görünür ki, Cavabdeh1 Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.09 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 138 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın Bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.09 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsini Cavabdeh2 bağışlamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın (qeydiyyat nömrəsi – **********, reyestr nömrəsi – **********18, qeydiyyat tarixi – xx.xx.2019-cu il) surətindən görünür ki, Cavabdeh2 Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.09 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 138 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-721/2015 saylı, xx xxxxxxx 2015-ci il tarixli Qərarından görünür ki, iddiaçı Cavabdeh1 iddiası təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə Teymurova Gövhər Əziz qızının istifadəsində olan 0.09 ha torpaq sahəsinə Cavabdeh1 adına torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyi qoyulmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışına əsasən Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayon Bum qəsəbəsində yerləşən 0.09 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi xx.xx.2019-cu il tarixli bağışlanma müqaviləsi əsasında Cavabdeh2 mülkiyyətinə verilmiş və tərəflərin iştirakı ilə müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 138 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hal-hazırda iddiaçı həmin bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 666.1-ci maddəsinin tələbindən görünür ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, bağışlama etibarlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla, hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanaraq, hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə daşınmaz əşyalara dair notariat qaydasında təsdiqləndikdə bağlanmış sayılır. Cavabdehlər Teymurov Nı̇zami Musa oğlu və Cavabdeh2 Nı̇zami qızının arasında bağlanmış bağışlama müqaviləsi yuxarıda qeyd olunan qanunvericiliyin normalarına uyğun olaraq bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə iddia tələbi şəxsin yalnız özünün qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə verilə bilər. Əks təqdirdə, həmin şəxs irəli sürülən tələb üzrə əsl olmayan iddiaçı hesab olunmalıdır, çünki həmin işə baxılması onun üçün heç bir hüquqi nəticələr yaratmır. Mülki işin materiallarında İddiaçı mübahisəli torpaq sahəsinə dair hər hansı bir hüququnun olmasını təsdiq edən sənəd yoxdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı onun üçün heç bir hüquqi nəticə yaratmayan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir, və deməli, onun maraqlarının məhkəmə qaydasında müdafiəsi tələb olunmur. Şəxsin öz hüquqlarının müdafiəsinə yönəlməmiş tələblə məhkəməyə müraciət etməsi cavabdehin əmlakından istifadə hüququnun pozulmasına dəlalət edir (Mülki Məcəllənin 158.1.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən isə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, İddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və, ümumiyyətlə, onun hazırki iş üzrə bu cür iddia tələbi ilə müraciət etmək hüququna malik şəxs olmasını təsdiq edən sübut yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ İddiaçı cavabdehlər Teymurov Nı̇zami Musa oğluna, Cavabdeh2 Nı̇zami qızına, Əmlak Məsələləri ̇Dövlət Komı̇təsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri ̇Xı̇dmətı̇nin 9 saylı X11, Qəbələ rayonu Bum Bələdı̇yyəsinə və maraqlı şəxs Bakı şəhəri 12 saylı Notariat ofisinə qarşı “çıxarış və bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-789/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-789/2020
01.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver