Məhkəmə qərarları › İş №2(025)-79/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-79/2024

11.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-79/2024 11.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Abrıx kənd sakini X2 psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1970-ci il tarixdə Qəbələ rayonunun Abrıx kəndində doğulmuşdur. X1 adlı qadınla evlənərək ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.1993-cü il tarixdə X6 adlı uşaqları doğulmuşdur. X6 anadan qüsurlu doğulmuşdur. Bu səbəbdən təhsil yaşına çatmış, ancaq məktəbə göndərilməmişdir. Hərbi xidmət yaşına çatdıqdan sonra isə Qəbələ rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.2012ci il tarixdən hərbi xidmətə yararsız sayılaraq hərbi qeydiyyatdan silinmişdir. Sənan Mustafayev anadan gəlmə psixi xəstə olduğundan qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu özünə xidmət qabiliyyətinin olmaması ilə kənar şəxslərin qulluğuna ehtiyacı var. Topaq sahəsi üzərində paylarının müəyyən edilməsini istəyirlər. X8 qeyd olunan psixi qüsurları səbəbindən dövlət orqanlarında əməliyyat aparılması mümkünsüz olmuşdur. Ona görə də psixi qüsuruna görə oğlu X2 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini istəyir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verib, ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə müvafiq qətnamənin qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan 28 yanvar 1994-cü il tarixli, XVİİ-ЖГ seriyalı, 410967 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6xx.xx.1993-cü il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1994-cü ildə 3№ ilə qeyd edilmişdir. İş materiallarında olan Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən təqdim edilmiş 1101 saylı xx.xx.2022-ci il tarixli arayışında göstərilir ki, X6 xx.xx.2022-ci il tarixdə Şəki Rayon Psixiatriya Xəstəxanasında HPK tərəfindən müayinə olunmuşdur. Diaqnoz: "Ağır dərəcəli əqli gerilik, müalicə və qulluq tələb edən davranış pozuntusu lQ-31%". İş materiallarında olan AR ƏƏSMN TSEK tərəfindən təqdim edilmiş elektron arayışında göstərilir ki, X6 xx.xx.2022-ci il tarixdə müayinə edilərək "Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır dərəcəli əqli gerilik qulluq və müalicə tələb edən davranış pozuntusu özünə xidmət qabiliyyətinin olmaması ilə Kənar şəxslərin qulluğuna ehtiyacı var Daun sindromu" diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 14noyabr 2023-cü il tarixli, 2(025)-1555/2023 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, iş üzrə rəy verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə göndərilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: X6 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi? X6 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 3533 saylı rəyi ilə mülki iş materiallarından, təqdim edilmiş tibbi sənəd və yoxlanılan şəxsin anasından toplanılmış anamnestik məlumatlardan aşağıdakılar məlum olur.Yoxlanılan şəxs xx.xx.1993-cü il tarixdə Qəbələ rayonunda anadan olmuşdur. Atasının deməsinə görə oğlu Daun sinromu ilə anadan olmuş, düçar olduğu xəstəliklə əlaqədar erkən uşaqlıq dövründə yaşıdlarına nəzərən psixofiziki inkişafda geri qalmış, qıcolma tutmaları biruzə vermiş, gec gəzməyə başlamış, nitqi kasad olmaqla tək-bir sözlərdən ibarət olmuş, əqli geriliklə əlaqədar Bakı şəhər X4 qeydiyyatda olmaqla müvafiq müalicələr təyin edildiyi, fizioloji ifrazatları ilə natəmiz olması, həmçinin fikirlərini ifadə edə bilməməsi, sərbəst yeriməkdə çətinlik çəkməsi, hazırda yaşayış yeri üzrə psixiatrik kabinetində qeydiyyatda olmaqla qıcolma əleyhinə sakitləşdirici müalicəni qəbul etməsi, xəstəliyi ilə əlaqədar İ qrup müddətsiz əlil olması, daim kənar şəxsin nəzarəti və himayəsinə ehtiyacının olması atası tərəfindən bildirilir. Mülki işə əlavə edilmiş Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən təqdim edilmiş 1101 saylı xx.xx.2022-ci il tarixli arayışında göstərilir ki, X6 xx.xx.2022-ci il tarixdə Şəki Rayon Psixiatriya Xəstəxanasında HPK tərəfindən müayinə olunmuşdur. Diaqnoz: "Ağır dərəcəli əqli gerilik, müalicə və qulluq tələb edən davranış pozuntusu lQ- 31%". Mülki işə əlavə edilmiş AR ƏƏSMN TSEK tərəfindən təqdim edilmiş elektron arayışında göstərilir ki, X6 xx.xx.2022-ci il tarixdə müayinə edilərək "Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır dərəcəli əqli gerilik qulluq və müalicə tələb edən davranış pozuntusu özünə xidmət qabiliyyətinin olmaması ilə Kənar şəxslərin qulluğuna ehtiyacı var Daun sindromu" diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilmişdir. Somatik statusu. Yoxlanılan şəxs düzgün bədən quruluşludur. Dəri və görünən selikli qişaları adi rəngdədir. Daxili orqanlar tərəfindən kobud patologiya aşkar olunmur. Nevroloji statusu. Mərkəzi sinir sistemi tərəfindən yayılmış mikroüzvi simptomatika müəyyən edilir. Psixi statusu. Zahirən sakitdir. Öz səxsiyyətinə bələdliyi formal saxlanılıb. Məkana və zamana görə bələdliyi düzgün deyil, haraya gətirildiyini, cari vaxtın tarixini bilmir. Ünsiyyətə formal daxil olur. Ona ünvanlanan sualları əsasən dərk etmir, yalnız ən sadələrini başa düşür. Nitqi qeyri- ayrdın, tək-bir sözlərdən ibarətdir. Ata, anasının adını, yaşını, yaşadığı şəhərin adını deyə bilmir. Ən sadə hesablama əməliyyatlarını belə yerinə yetirə bilmir. intellektual imkanlarının xeyli aşağı olması müəyyən edilir. Davranışı yeknəsək xarakter daşıyır. Keçirilən ekspertizanın məqsədini anlamır. Maraq dairəsinin adi tələbatlarını ödəməklə məhdud olması müəyyən edilir. Ekspertizanın gedişinə heç bir maraq göstərmir. Nəticə hissəsi: İ Motivləşdirici hissə. Yuxarıda göstərilənlərə əsasən belə qərara gəlinir ki, X3 Daun sindromlu şəxsdə ağır dərəcəli əqli gerilik aşkar olunur. Bunu anamnestik məlumatlar (anamnestik məlumatlara görə yoxlanılan şəxs Daun sinromu ilə anadan olması, düçar olduğu xəstəliklə əlaqədar erkən uşaqlıq dövründə yaşıdlarına nəzərən psixofiziki inkişafda geri qalması, qıcolma tutmaları biruzə verməsi, gec gəzməyə başlaması, nitqi kasad olmaqla tək-bir sözlərdən ibarət olması, əqli geriliklə əlaqədar Bakı şəhər X4 qeydiyyatda olmaqla müvafiq müalicələr təyin edilməsi, xx.xx.2022-ci il tarixdə Şəki Rayon Psixiatriya Xəstəxanasında HPK tərəfindən müayinə olunaraq "Ağır dərəcəli əqli gerilik, müalicə və qulluq tələb edən davranış pozuntusu İQ-31%" diaqnozunun müəyyən edilməsi, əqli geriliklə əlaqədar fizioloji ifrazatları ilə natəmiz olması, həmçinin fikirlərini ifadə edə bilməməsi, sərbəst yeriməkdə çətinlik çəkməsi, hazırda yaşayış yeri üzrə psixiatrik kabinetində qeydiyyatda olmaqla qıcolma əleyhinə sakitləşdirici müalicəni qəbul etməsi, "Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır dərəcəli əqli gerilik qulluq və müalicə tələb edən davranış pozuntusu özünə xidmət qabiliyyətinin olmaması ilə Kənar şəxslərin qulluğuna ehtiyacı var Daun sindromu" diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, daim kənar şəxsin nəzarəti və himayəsinə ehtiyacının olması,hal- hazırki psixiatrik müayinənin nəticələri (söz ünsiyyətinə girə bilməməsi, nitqi inkişafda kasadlıq, maraq dairəsinin adi tələbatlarını ödəməklə məhdudlaşması, dərin ağıl zəifliyi əlamətlərinin biruzə verməsi və s.) sübut edir. İl Yekun hissəsi: Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: X6 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi? Cavab: X3 Daun sindromlu şəxsdə ağır dərəcəli əqli gerilik aşkar olunur.X6 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Cavab: X6 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu sürətdə idarə etmək iqtidarına malik deyil. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Daun sindromlu şəxsdə ağır dərəcəli əqli gerilik ilə diaqnozlu xəstəlik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları,ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 3533 saylırəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X2 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1993-cü ildə Qəbələ rayonu Abrıx kəndində anadan olmuş, Qəbələ rayonu, Abrıx kəndində qeydiyyatda olan və yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesabedilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1993-cü ildə Qəbələ rayonu Abrıx kəndində anadan olmuş, Qəbələ rayonu, Abrıx kəndində qeydiyyatda olan və yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar