Məhkəmə qərarları › İş №2(025)-791/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-791/2020

17.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-791/2020 17.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçi və digər ərizəçi Soltanlı (Alcanova) Nuray Asim qızının nümayəndəsi Ərizəçi2, Ərizəçi4, Ərizəçi1 və Ərizəçi5 iştirakları ilə, Ərizəçilər Ərizəçi2, Soltanlı (Alcanova) Nuray Asim qızının, Ərizəçi4, Ərizəçi1 və Ərizəçi5 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi2, Soltanlı (Alcanova) Nuray Asim qızı, Ərizəçi4, Ərizəçi1 və Ərizəçi5 məhkəməyə ərizə ilə müraciət edərək, JN-148F nömrəli (Kod: 40608018) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin onlara məxsus olması hüquqi faktı müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçi və digər ərizəçi Soltanlı (Alcanova) Nuray Asim qızının nümayəndəsi Ərizəçi2 ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayonu, Qəbələ şəhərində Aqrar İslahat aprılarkən Qəbələ rayonu X9 xx xxxxxx 1997-ci il tarixli, 26 saylı qərarı ilə onların mülkiyyətinə 0,41 ha torpaq sahəsi verilmişdir. Torpağın Mülkiyyətinə verilməsinə dair JN-148 F saylı, KOD 40608018 nömrəli Şəhadətnamədə texniki səhv olaraq Ərizəçi2, Ərizəçi4 Abucəlil qızının, Ərizəçi3, X10 və Ərizəçi5 soyadları səhv getmişdir. Belə ki, Ərizəçi2 və Ərizəçi4 Abucəlil qızının soyadları Ərizəçi2 və Ərizəçi4 Abucəlil qızı olduğu halda X16, X1, Ərizəçi3 soyadı Ərizəçi3 olduğu halda X26, Ərizəçi1 və Ərizəçi5 soyadları Ərizəçi1 və Ərizəçi5 olduğu halda X21 və X3 qeyd olunmuşdur. Əslində isə soyadları iş materiallarına əlavə etdikləri şəxsiyyət vəsiqələrində olduğu kimidir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni verən orqan texniki səhv edərək onların soyadını, səhv qeyd etmişlər. Bu məsələni onlar həmin sözü gedən şəhadənaməyə əsasən “Çıxarış” almaq istəyərkən bilmişlər. Soyadları səhv olması səbəbindən isə, JN-148 F saylı, KOD 40608018 nömrəli Şəhadətnamə ilə “Çıxarış” ala bilmirlər. Biz məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşlar. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçilər Ərizəçi4, Ərizəçi1 və Ərizəçi5 ərizəyə uyğun izahat verərək, təmin edilməsini xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-148F (Kod: 40608018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən, X15, X12, X6, X21, X22, X26 və X7 ümumi birgə mülkiyyətinə 0,41 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan xx xxxx 1957-ci il tarixli İ-ИЕ № 159597 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx xxxxxx 1957-ci il tarixdə Oğuz rayonunda anadan olmuş, ata qrafasında X2, ana qrafasında X13 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1957ci il tarixdə 07 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx xxxxxx 1957ci il tarixdə Oğuz rayonunda anadan olmuşdur və Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatdadır. İşdə olan Qəbələ rayon Zarağan kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 1998-ci il tarixli XXİ-ЖГ № 319603 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi5 xx xxxxx 1998-ci il tarixdə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuş, ata qrafasında X15, ana qrafasında Ərizəçi4 Abducəlil qızı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1998-ci il tarixdə 47 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi5 xx xxxxx 1998-ci il tarixdə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuşdur və Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatdadır. İşdə olan Qəbələ rayon Mıxlıqovaq kənd soveti tərəfindən verilmiş xx xxxxxx 1976-cı il tarixli İİİ-ЖГ № 429195 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X16 xx xxxxxx 1976-cı il tarixdə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, ata qrafasında X17, ana qrafasında X4 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1976-cı il tarixdə 8 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Zarakan kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 2011-ci il tarixli AZ-İ 634483 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X23 arasında xx xxxxx 2011-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 08 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Alcanov, arvada Alcanova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1976cı il tarixdə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuşdur və Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatdadır. İşdə olan Qəbələ rayon Zarağan kənd İ.Ə.D tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli AZ-T № 009848 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X27 xx xxxxxx 1997-ci il tarixdə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuş, ata qrafasında X23, ana qrafasında X16 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1998-ci il tarixdə 21 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qəbələ Regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli AZ-İİ 310900 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X27 ilə X18 arasında xx xxxx 2019-cu il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 198 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Soltanlı, arvada Soltanlı soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş seriya AA № 13883554 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx xxxxxx 1997-ci il tarixdə anadan olmuşdur. İşdə olan Qəbələ rayon Zarağan kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 1999-cu il tarixli İ-AZ № 119587 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi1 xx xxxxx 1999-cu il tarixdə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuş, ata qrafasında X23, ana qrafasında X16 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1999cu il tarixdə 80 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxxx 1999cu il tarixdə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuşdur və Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Zarağan kənd X32 Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 273 saylı arayışından görünür ki, torpaq islahatı zamanı verilmiş JN-148F, KOD 10608018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadıtnamədə adları texniki səhv nəticəsində X5, X21, X22, X26 və X16 göstərilmişdir. Oxunmalıdır: Ərizəçi2, Soltanlı (Alcanova) Nuray Asim qızı, Ərizəçi4, Ərizəçi1 və Ərizəçi5. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 0,11 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-1544A (Kod: 40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “Ərizəçi2” əvəzinə “X16”, “X27” əvəzinə “X26”, “Ərizəçi4” əvəzinə “X6”, “Ərizəçi1” əvəzinə “X21” və “Ərizəçi5” əvəzinə “X22” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-148F (Kod:40608018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilərƏrizəçi2, Soltanlı (Alcanova) Nuray Asim qızı, Ərizəçi4, Ərizəçi1 və Ərizəçi5 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar