Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-794/2021 25.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçinin nümayəndəsi X1 və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 iştirakları ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı 02.09.1997-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X9 ilə 1996-ci ildə ailə qurmuş və nikahları 02.01.1997-ci il tarixində rəsmiləşdirmişlər. Həyat yoldaşı 18.12.2018-ci il tarixində məlum olmayan səbəbdən vəfat etmişdir. Birgə nikahlarından 3 qız övladı anadan olmuşdur. Uşaqlarından 02 sentyabr 1997-ci il təvəllüdlü X10 doğulan zaman xəstə olmuşdur. Müayinə zamanı Tibbi-Sosial Ekspert Komissiayasmm diaqnozu ilə Diplegik spastik serebral iflic, baş-beyin zədələnməsi nəticəsində əqli gerilik və süst tetraplegiya təyin olunmuşdur. Hal-hazırda onda psixo-fıziki gerilik, nitq qüsuru və davranış pozğunluqları yaranmışdır ki, xəstəliyinə görə özünü sərbəst idarə edə bilmir və ona o baxaraq qulluq göstərir. X16 tibbi müayinlərinə görə başqasının qulluğuna ehtiyac olmaqla birinci dərəcəli müddətsiz əlil hesab olunmuş, xəstəlikləri ilə əlaqədar öz hərəkətlərini tənzimləyə bilmədiyindən başqa şəxsin köməyinə və qayğısına ehtiyacı olduğu göstərilmişdir. Bəzi hallarda onun tərəfindən hüquqmüəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından bir sıra çətinliklərlə üzləşir. Belə ki, mərhum həyat yoldaşımdan qalmış miras torpağın qəbul edilməsində qeyd olunan məsələ ilə əlaqədar mümkün olmamış, onun əvəzinə sənədləri imzalaya biləcək qəyyumun təyin olunması zərurəti yaranmışdır. X2 öz hərəkətlərinin mənasını başa düşməməsinə görə onun fəaliyyət qabiliyyəti olmaması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X4 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X12 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafi Nazirliyi Tibbisosial Ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elelktron çıxarışdan görünür ki, 02.09.1997-ci il təvəllüdlü X7 17.09.2015-ci il tarixdə “ömürlük birinci dərəcəli əlillik” diaqnozu qoyulmuşdur. İşdə olan AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 02 sentyabr 1997-ci ildə anadan olmuşdur. İşdə olan Qəbələ rayon Həmzəlli kənd İ.Ə.N tərəfindən 21 avqust 2020-ci il tarixdə verilmiş AZ-İV № 404500 saylı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X10 02 sentyabr 1997-ci ildə Qəbələ rayon Həmzəlli kəndində anadan olmuşdur. X3, anası Ərizəçidır. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 30 iyul 2019-cu il tarixdə verilmiş AZ-İİ № 016403 saylı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X9 18 dekabr 2018-ci ildə Mingəçevir şəhərində vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 26.07.2021-ci il tarixli, 1598 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, X6 “X19 X22 X17 (İmbesillik Dərəcəsində)”(F72) qeyd olunur. Bunu anamnestik məlumatlar (vaxtından erkən doğuş zədəsi ilə doğulması, erkən psixo- fiziki inkişafdan geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil ala bilməməsi, İ qmp əlil olması), hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat görünməsi, bir yerdə qərar tutmaması, verilən sualları anlamaması, mnestik qabiliyyətinin və intellektual səviyyəsinin aşağı olması, emosional-iradi sferasının enməsi, maraq dairəsinin məhdud olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir.Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: X10 hər hansı bir psixi xəstəlikdən əzab çəkirmi? Cavab: X10qızında X19 X22 əqli gerilik aşkar olunur. 2-ci sual: X10 psixi vəziyyətinə görə öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan hesab etməyə əsas varmı? Cavab: X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 26.07.2021-ci il tarixli, 1598 saylı rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi qızına aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 04 avqust 1973-cü il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. 02 sentyabr 1997-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-794/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-794/2021
25.08.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver