Məhkəmə qərarları › İş №2(025)-795/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-795/2021

06.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-795/2021 06.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “faktiki istifadə və sahiblik etməklə əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “faktiki istifadə və sahiblik etməklə əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1 və 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, miras qoyan – X3 25 aprel 2007-ci il tarixdə vəfat etmişdir. İddiaçı hal-hazırda mərhum nənəsi X2 məxsus olan ünvan 1 ünvanda yerləşən 0.07 ha torpaq sahəsinin 2/3 hissəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etsə də, lakin qeyd edilən faktın təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi barədə hər hansı bir təsdiqedici sənəd ərizəsinə əlavə etməmişdir. Göründüyü kimi ilkin olaraq müvafiq icra hakimiyyəti orqanına müraciət edilməli, X1 miras qalmış ünvan 2 ünvanda yerləşən 0.07 ha torpaq sahəsinin 2/3 hissəsinin iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsin mümkünsüzlüyü müəyyən edildikdən sonra belə bir maneənin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət edilməldir. İddiaçı göstərilən qaydaya əməl etmədiyindən qeyd olunan faktının müəyyən edilməsi ilə bağlı mübahisənin mövcud olmasının müəyyən edilməsi istisna olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işğüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Qeyd olunan Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “faktiki istifadə və sahiblik etməklə əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardaddan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar