Məhkəmə qərarları › İş №2(025)-798/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-798/2021

14.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-798/2021 14.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nin 26.02.2001-ci tarixli 03 saylı qərarı ilə Faxlulov Nurəddin, X1 X4, Məmmədova Xədicə və X5 adlarına verilmiş JN- 2263F saylı ,kodu 40601004 olan "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi aid hissədə Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon AİK - nin 26.02.2001-ci il tarixli 03- saylı qərarı ilə verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN- 2263 F Saylı kodu 40604018 olan şəhadətnamədə göstərilmiş hüquq sahiblərinin adının siyahısında 2- ci sırada Ərizəçi adı texniki səhv olaraq Ələsgər əvəzinə "Əkbər" kimi qeyd edilmişdir. Qeyd edilən JN - 2263 F saylı kodu 40601004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə birgə mülkiyyətə verilmiş 0,10 ha torpaq sahəsini özəlləşdirmək məqsədilə DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsinə müraciət edərkən məlum olmuşdur ki, İN-2263 F saylı şəhadətnamədə göstərilmiş hüquq sahiblərinin adları siyahısında 2-ci sırada Ərizəçi faktiki səhv olaraq Ələsgər əvəzinə "Əkbər" qeyd olunmuşdur. JN- nin 2263 F saylı şəhadətnamədə qeyd edilən texniki səhvdə düzəliş etmədən əməliyyat aparılması mümükün deyil. AZE № 0******* Saylı şəxsiyyət vəsiqəsində Ərizəçi adı düzgün olaraq "Əkbər" kimi yox Ələsgər kimi qeyd edilmişdir. 11-YZ №352771 saylı doğum haqqında şəhadətnamədə də düzgün olaraq "Əkbər" kimi yox Ələsgər kimi qeyd edilmişdir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-2263F saylı, KOD 40601004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarına əsasən, Faxlulov Nurəddin, X3, X2, Məmmədova Xədicə və X5 ümumi birgə mülkiyyətinə 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan 05 aprel 1969-cu il tarixdə verilmiş İİ-UZ № 352771 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1969-cu il tarixdə Özbəkistan Respublikası, Ağdərə rayonunda anadan olmuşdur. Doğum haqqında şəhadətnamədə ərizəçinin adı “Ələsgər” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 26.03.2007-ci il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi adı şəxsiyyəti təsdiq edən sənəddə “Ələsgər” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və ailə üzvlərinin mülkiyyətinə 0,10 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN- 2263F saylı, KOD 40601004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “Ərizəçi” əvəzinə “X6” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-2263F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin Ərizəçi aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar