Məhkəmə qərarları › İş №2(025)-81/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-81/2021

25.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-81/2021 25.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X22, Cavabdeh6 və Cavabdeh7 qarşı “miras qalmış əmlaklar üzərində vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X22, Cavabdeh6 və Cavabdeh7 qarşı “miras qalmış əmlaklar üzərində vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X14nın xx.xx.2001-ci ildə, atası X10 isə xx.xx.2004-cü ildə Vəndam kəndində ölməsindən və miras əmlaklara vərəsəliyinin açılmasından sonra onlardan miras qalmış əmlakların, yəni torpağın mülkiyyətə verilməsinə dair şədətnaməyə (JN-1621 A) əsasən 0,25 ha həyətyanı torpaq sahəsinin və orada yerləşən ümumi sahəsi 93,8 kv.m olan 3 otaqı və ümumi sahəsi 57,26 kv.m olan 2 otaqlı yaşayış evinin, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə (JN-1621 C) əsasən 0,19 hektar həyətyanı torpaq sahəsinin, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə (JN-1621 B) əsasən 0,08 hektar həyətyanı torpaq sahəsinin, torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən (JN-1570) 0,24 hektar pay torpaq sahəsinin qanun üzrə birinci növbəli vərəsə kimi, həmçinin də vəsiyyyət üzrə vərəsə kimi yalnız onun tərəfindən miras əmlaklar olaraq faktiki qəbul edilməsinin müəyyən edilməsi və bütün həmin miras əmlaklar üzərində vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, atası X10 ölümündən sonra miras qalmış əmlakları faktiki olaraq vəsiyyətnamə üzrə mirası qəbul etdiyindən, mirasda məcburi pay hüququ olanların məcburi payı qəbul etməmələrinin məhkəmə qaydasında müəyyən edilməsi ilə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə mürəciət edərək cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6 və X33 qarşı qaldırdığı miras qalmış əmlaklar üzərində vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair ilkin iddia (xx xxxxxxx 2020-ci il tarixli) üzrə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1930-cu il doğumlu atası X24 ilə 1932-ci il doğumlu anası X46 xx.xx.1948-ci ildə keçmiş Vəndam kənd sovetliyində 18 saylı nikah qeydə aldırmışlar və evləndikdən sonra anası atasının soyadını qəbul etmişdir. X14 xx.xx.2001-ci ildə, atası X24 isə xx.xx.2004-cü ildə Vəndam kəndində ölmüşlər. Valideynlərinin övladı olan qardaşı X17 xx.xx.1957-ci ildə ölmüşdür. Valideynlərinin digər övladı olan qardaşı X6 arvadı ilə nikahı sağlığında pozulmuş, özü xx.xx.2012-ci ildə ölmüş və onun iki övladı vərəsələr kimi qalmışdır. Hazırda ondan başqa mərhum valideynlərinin aşağıdakı şəxslərdən ibarət birinci növbəli vərəsələri vardır: 1. xx.xx.1950-ci il doğumlu Cavabdeh5, 2. xx.xx.1952-ci il doğumlu Cavabdeh3, 3. xx.xx.1955-ci il doğulmlu Cavabdeh4, 4. xx.xx.1961-ci il doğumlu Cavabdeh1,

5. xx.xx.1963-cü il doğumlu Cavabdeh2 və 6. xx.xx.2012-ci ildə ölmüş qardaşı X6 vərəsələri : 1985-ci il doğumlu Cavabdeh6 və 1990-cı il doğumlu Cavabdeh7. Mirasqoyan valideynlərinin ölümündən sonra onlardan ümumi birgə paylı olmaqla aşağıdakı əmlakları miras qalmışdır: 1. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə (JN-1621 A) əsasən 0,25 hektar həyətyanı torpaq sahəsi və orada yerləşən iki yaşayış evi, 2. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə (JN-1621 C) əsasən 0,19 hektar həyətyanı torpaq sahəsi, 3. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə (JN-1621 B) əsasən 0,08 hektar həyətyanı torpaq sahəsi və 4. Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən (JN-1570) 0,24 hektar pay torpaq sahəsi. Bildirir ki, valideynlərin öldüyü gündən onlara məxsus olmuş, miras qalmış bütün əmlaklara faktiki sahiblik etməyə və əmlakları idarə etməyə başlamaqla miras əmlakları vərəsə kimi qəbul etmişdir. İddia tələbi üzrə bütün digər cavabdehlər miras qoyan valideynlərinin ölümündən xeyli əvvəllərdən valideynlərinə məxsus evdən və təsərrüfatdan ayrılmaqla daimi yaşamaq üçün başqa təsərrüfatlara və yaşayış məntəqələrinə köçmüş, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdikləri barədə ərizə verməmiş, miras əmlaka sahiblik etməyə və əmlakları faktiki idarə etməyə başlamamış, mirası qəbul etməmiş, mirasla hər hansı daimi əlaqələri olmamış, yəni qanunla müəyyən edilmiş qaydada, formada və müddətdə miras əmlakları qəbul etməmişlər. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. İddia ərizəsinə əlavə etdiyi Qəbələ rayon İHB-nın Vəndam qəsəbə üzrə nümayəndəliyinin, həmçinin Vəndam bələdiyyəsinin verdiyi arayışlarda da təsdiq olunur ki, valideynlərin ölümündən sonra onlardan qalmış miras əmlaka o, faktiki yiyələnməklə sahiblik etməyə başlamış, onlara məxsus olmaqla miras qalmış yaşayış evi və torpaq sahələrini idarə etməyə başlamaqla qəbul etmiş, onlarla əlaqədar bələdiyyə vergi və rüsumlarını ödəmişdir. xx.xx.1999-cu il tarixli notarial qaydada verilmiş vəsiyyətnamədə atası X24 vəsiyyət etmişdir ki, «öləcəyi günə ona məxsus olan, Vəndam kəndindəki mülkini, yaşayış evlərini, digər bütün tikililəri və digər bütün əmlakını kiçik oğlu X18 vəsiyyət edir, sonradan vəsiyyətnamə dəyişdirilməmiş və hazırda qüvvədədir. Qəbələ rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmişdir ki, atasının vəsiyyətnaməsində qeyd etdiyi kiçik oğlu X30 odur və həmin vəsiyyətnamə ona olunmaqla, özünə məxsusdur. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, o, xx xxxxxx 1965-ci ildə Qəbələ rayonun Vəndam qəsəbəsində doğulmuşdur. 1983-cü ildə Vəndam qəsəbə 1 saylı orta məktəbini bitirmişdir. 1984-1986-cı illərdə keçmiş Çexoslavakiya Respublikasında hərbi xidmətdə olarkən yerli çex millətinin nümayəndəsi ilə tanış olmuş və həmin tanışlıq uzun müddət davam etmişdir. Dostlarını görmək üçün həmin ölkəyə səfərlər etmişdir. Səfərlərində respublikanın iqtisadi inkişafını görmüş, gələcək həyatını bu ölkə ilə qurmaq barədə planları olmuşdur. 1986-cı ilin təxminən iyun ayında çex dostlarından ona gələn dəvət məktubundan və gələcəyini həmin ölkədən qurmaq barədə planlarından xəbər tutan anası bundan narahat olmuş və yaşa dolduqlarını, onlara qayğı lazım olduğunu bildirmişdir. Anasının göz yaşları onu gələcək planlarından imtina etməyə məcbur etmişdir. Bundan sonra Bakı şəhərində beş il ali təhsil almışdır. Sonrakı əmək fəaliyyəti dövründə də hər həftə sonu, hətta bütün bayramlarda valideynlərinin yanında olması üçün Vəndam qəsəbəsinə gəlib-getmişdir. 1992-ci ildə ailə həyatı qurduqdan sonra böyük oğlu İsmayıl birinci sinifə gedənə kimi valideynlərinin yanında olmuşdur. Həyatlarının sonuna kimi atası və anası onun himayəsində yaşamışlar. 1990-cı və 2000-ci illərdə anası onkoloji xəstəlik səbəbindən iki dəfə əməliyyat edilmişdir. Əməliyyat və sonrakı bütün müalicə xərclərini özü çəkmişdir. Qarşadı Nazir nə əməliyyat vaxtı və nədə ki, sonrakı vaxtı ona heç bir köməklik etməmişdir. O, atasına qarşı da eyni hərəkətləri etmişdir. 2003-cü ildə atası xəstə olub əməliyyat ediləndə də Nazir atasına qarşı eyni hərəkətləri etmişdir. Anasının ölümündən sonra atasını görməyə gəlməmiş və onunla maraqlanmamışdır. Valideynlərinin sağlığında onlara məxsus daşınar və daşınmaz əmlaklara dair heç bir iddianın olmadığını digər vərəsələrə bildirmiş və əmlaklarını istədikləri kimi övladlarının adına rəsmiləşdirə bildiklərini onlara demişdir. Valideynlərinin ölümündən bir neçə il sonra Seyfəddin Mirzalıyevin xx xxxxxx 1999cu ildə notariat qaydasında verdiyi vəsiyyətnamə ilə öləcəyi günə özünə məxsus əmlakı və mülki ona vəsiyyət etməsi barədə məlumatı olmuşdur. Bu barədə ona məlum olanda vərəsəliyin notarial qaydada qəbulu ilə bağlı müddət tərəfindən buraxılmışdır. Valileynlərinin ölümündən sonra onlardan miras qalmış bütün əmlakı qəbul etmiş və sahiblik etmişdir. Uzun müddət mirası qəbul etməsi barədə məhkəməyə müraciət etməməyinin səbəbi isə miras qalmış əmlaklarla bağlı hər hansı iddiasının olmadığını bacı və qardaşlarına göstərmək olmuşdur. Miras əmlakın saxlanılmasına külli miqdarda vəsait xərcləməyi və fiziki qüvvə sərf etməyi sonda həmin əmlakların hüquqi cəhətdən mülkiyyətinə keçməsi üçün məhkəməyə müraciət etməyinə səbəb olmuşdur. 0,25 hektar həyətyanı torpaq sahəsində yerləşən yaşayış evi tərəfindən ayrı-ayrı illərdə iki dəfə əsaslı təmir olunmuş, sonuncu dəfə təmirə təxminən otuz min manatdan artıq vəsait xərcləməklə yaşayış üçün normal hala gətirmişdir. Yenidənqurma və təmir işlərində iştirak edən usta və fəhlələr haqqında, həmçinin tikinti materiallarının alındığı mağazalar barədə məlumat verə bilər. Təmir tikinti işlərindən sonra Cavabdeh1 həmin yaşayış evinə məxsus açarların bir nüsxəsinin daim onda da olmasını tələb etdikdə Sumqayıt şəhərində onun yaşadığı mənzili olmaqla daim orada yaşadığını, Vəndam qəsəbəsində bir təqvim ili ərzində maksimum bir dəfə gələ bildiyini və ata-anasından miras qalmış yaşayış evində ona məxsus hər hansı bir əmlakın olmaması səbəbindən tələbinin qəbul edilən olmadığı nəzərinə çatdırılmışdır. Sonradan həmin torpaq sahəsində əlavə olaraq iki otaqlı yaşayış evi tikmişdir ki, hazırda həmin evlərdən birində ailəsi ilə birlikdə özü, digər yaşayış evində isə oğlu İsmayıl Mirzəli ailəsi ilə yaşayır. Mirası qəbul etməklə uzun müddət sahiblik edir və onu normal, səliqəli saxlanması üçün küllü vəsait sərf etmişdir. Təmir tikinti işlərində qardaşı Nazir usta olaraq çalışmış və gördüyü işlər və xidmətin dəyərini ona tam olaraq ödəmişdir. Bu zaman qardaşı ona heç bir güzəşt etməmişdir. Valideynlərinin ölümündən sonra 2017-ci ilədək cavabdehlər hər il, xüsusən yay aylarında onunla Vəndam qəsəbəsinə gələrək yararlı vəziyyətə gətirdiyi evdə yaşamış, onların bütün xərclərini özü çəkmişdir. Bacı və qardaşlarının ayrıca təsərrüfatları vardır və ayrı-ayrı ünvanlarda yaşayırlar. 1986-cı ildən etibarən onların heç biri miras əmlaklarda yaşamamış, həmin əmlaklarla bağlı hər hansı bir hərəkətləri olmamış və mirasın qorunub saxlanmasında, yararlı vəziyyətə gətirilməsində iştirak etməmişlər. Mirası faktiki qəbul etməyindən sonrakı dövrdə cavabdehlər 0,25 hektar həyətyanı torpaq sahəsində olan yaşayış evinə gələn zaman onlara qarşı mehribançılıq göstərmiş və onların həmin evdə qalmalarına hər hansı maneə törətməmişlər. Qeyd olunan xüsusatlara görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək, cavabdeh olduğu mülki iş üzrə miras əmlakdan qardaşının (iddiaçının) xeyrinə imtina etdiyini və nəzərə alınmasını xahiş etmişdir. İş üzrə cavabdehlər X7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə məhkəmə işə cavabdehlər X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx xxxxxx 2020-ci il tarixdə və xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclaslarında Cavabdeh1 iddianı qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı onun qardaşıdır. 1961-ci ildə anadan olmuşdur. 1981-ci ildə ayrı təsərrüfat qurmuşdur. Hal-hazırda Sumqayıt şəhərində qeydiyyatdadır və orada yaşayır. Qardaşı İddiaçı 2011-ci ildə ona, digər qardaş və bacılarına zəng edərək notariat kontoruna getmələrini və vərəsəlik paylarından imtina etmələrini xahiş etmişdir. Böyük bacısı və qardaşı X3 şəhərində notariat kontoruna gedərək miras payından imtina etmələri barədə ərizə vermişlər. Lakin o, notariat kontorunda miras payından imtina etməsi barədə ərizə verməmişdir. Valideynlərindən miras kimi qalmış əmlakdan payına düşən nə varsa istəyir. xx xxxxxx 2020-ci il tarixdə və xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclaslarında Cavabdeh4 iddianı qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı onun qardaşıdır. O, evin böyük oğludur. Atası rəhmətə gedəndən sonra qardaşı gəlib atasının evi onun oğlu İsmayıla vəsiyyət etdiyini bildirmiş və ona kağız göstərmişdir. Lakin həmin kağız üzərində nə imza, nə də möhür olmamışdır. Bu söhbət belə də qalmışdır. Xeyli vaxt keçdikdən sonra iddiaçı ona imtina ərizəsi yazmağını demişdir. Qardaşı evi və torpağı adına keçirmək istədiyini də bildirmişdir. O vaxt anası bir otağın Seyfəddinə verilməsini, qalanın isə Musaya saxlanılmasını istəmişdir. Hazırda o, atasının payından heç nə istəmir. Lakin anasından miras qalmış torpaq sahəsindən payına düşən hissəsini istəyir. O, da qeyd edilən evdən 1969-cu il tarixdən çıxmış və orada yaşamamışdır. Sumqayıt şəhərində yaşayır və özünün ayrıca təsərrüfatı vardır. xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh X25 iddianı qəbul edərək verdiyi izahatında göstərmişdir ki, 1963-cü ildə anadan olmuş və 1985-ci ildə ailə həyatı qurmuşdur. Hal-hazırda ayrı təsərrüfatı var. Ata və anasından qalmış miras payından heç nə tələb etmir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh6 iddianı qəbul edərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı onun əmisidir. 1985-ci ilin avqust ayında həmin həyətdə anadan olmuşdur. 4 il həmin həyətdə yaşamışdır. O, miras əmlakdan imtia edir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh İsrəfilova (Mirzalıyeva) Lalə Fizuli qızı iddianı qəbul edərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı onun əmisidir. 1990-cı ildə anadan olmuşdur. Həmin həyətdə heç vaxt olmamışdır. O, miras əmlakdan imtia edir. Məhkəmə tərəflərin izahatlarını və işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-1621 A, kod 40600048 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu X35 xx xxxxxxx 1998-ci il tarixli, 19 saylı qərarı ilə Qəbələ rayonu Vəndam kəndində X10 və X26 mülkiyyətinə 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-1621 C, kod 40600048 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu X35 xx xxxxxxx 1998-ci il tarixli, 19 saylı qərarı ilə Qəbələ rayonu Vəndam kəndində X10 və X26 mülkiyyətinə 0,19 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-1621 B, kod 40600048 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu X35 xx xxxxxxx 1998-ci il tarixli, 19 saylı qərarı ilə Qəbələ rayonu Vəndam kəndində X10 və X26 mülkiyyətinə 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-1570, kod 40600048 saylı «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»nın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu X35 xx xxxxxxx 1998-ci il tarixli, 19 saylı qərarı ilə Qəbələ rayonu Vəndam kəndində X10 və X26 mülkiyyətinə 0,24 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon VVADQ şöbəsinin xx xxxxxxx 1948-ci il tarixdə verdiyi, İE 01332 nömrəli «Evlənmə haqqında şəhadətnamə»nin surətindən görünür ki, X24 ilə X46 arasında xx.xx.1948-ci il tarixdə nikah bağlanmış və bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 18 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra Sənəm İsrəfilova ərinin soyadını qəbul etmişdir. İşdə olan Qəbələ rayon VVADQ şöbəsinin xx xxxxxxxx 1991-ci il tarixdə verdiyi XİV-JQ 471940 nömrəli «Doğum haqqında şəhadətnamə»nin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1965-ci ildə Qəbələ rayonu Vəndam kəndində doğulmuşdur. İşdə olan Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixdə verdiyi (təkrar) AZ-İ 026731 nömrəli «Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə»nin surətindən görünür ki, xx xxxxxx 1965-ci ildə doğulmuş X1 «Mirzalıyev»dən «Mirzəli»yə, adı isə «Müsavər»dən «Musa»ya dəyişdirilmişdir. Bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında xx.xx.1991-ci il tarixdə 37 nömrə ilə qeyd aparılmışdır. İşdə olan Qəbələ rayon VVADQ şöbəsinin xx xxxxxx 2004-cü il tarixdə verdiyi AZ-İ 059385 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X24 xx xxxxxx 2004-cü il tarixdə «mikrokard infarktı»ndan vəfat etmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin xx xxxxxx 2019-cu il tarixdə (təkrar) verdiyi AZ-İİ 029812 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X38 xx xxxx 2001-ci il tarixdə «şiş infeksiyası»ndan vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ regional «Asan xidmət» mərkəzində Qeydiyyat şöbəsinin xx xxxx 2020-ci il tarixli 5/Q-63/69 nömrəli arayışında İddiaçı barədə «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlamanın xx.xx.2020-ci il tarixədək aparıldığı və aşağıdakı məlumatların aşkar edildiyi qeyd edilmişdir : 1. Atası – X24 xx.xx.2004-cü ildə vəfat etmişdir; 2. Anası - X38 xx.xx.2001-ci ildə vəfat etmişdir; 3. Qardaşı - X17 xx.xx.1957-ci ildə vəfat etmişdir; 4. Bacısı - Cavabdeh1 xx.xx.1961-ci il təvəlüdlü; 5. Bacısı – X25 xx.xx.1963-cü il təvəllüdlü; 6. Bacısı - X31 xx.xx.1952-ci il təvəllüdlü; 7.Qardaşı - Cavabdeh4 xx.xx.1955-ci il təvəllüdlü; 8. Bacısı- X27 xx.xx.1950-ci il təvəllüdlü; 9. Qardaşı - X19 xx.xx.2012-ci ildə vəfat etmişdir. İşdə olan xx xxxxxx 1999-cu ildə Qəbələ rayon Dövlət Notariat Kontorunda 2V-1/101 reystr nömrəsi ilə qeydə alınmış vəsiyyətnamədən görünür ki, Qəbələ rayonu Vəndam kəndində yaşayan X24 vəfat edəcəyi günə ona məxsus Vəndam kəndindəki mülkini yaşayış evlərini, digər bütün tikililəri və digər bütün əmlakını kiçik oğlu X18 vəsiyyət etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin İddiaçı müraciətinə xx xxxxxxx 20111-ci il tarixdə verdiyi 05/01-M-218/13 nömrəli cavab məktubunda xx xxxxxx 1999-cu il tarixdə Qəbələ rayonu dövlət notariat kontorunda 2B-1/101 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin həmin tarixədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumatın daxil olmadığı göstərilmişdir. İşdə olan Qəbələ rayon İHB-nın Vəndam qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 257 nömrəli arayışında X10 xx.xx.2004-cü il tarixdə Vəndam qəsəbəsində vəfat etdiyi, qəsəbənin “Dəşmir” adlanan qəbristanlığında dəfn edildiyi qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon İHB-nın Vəndam qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 258 nömrəli arayışında X23 xx.xx.2001-ci il tarixdə Vəndam qəsəbəsində vəfat etdiyi, qəsəbənin “Dəşmir” adlanan qəbristanlığında dəfn edildiyi qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon İHB-nın Vəndam qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 256 nömrəli arayışında xx.xx.2001-ci il tarixdə vəfat etmiş X23 Vəndam qəsəbəsində yerləşən fərdi yaşayış evində miras qoyanla birgə yaşayan və mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə yaşamağa davam edən oğlu- 1965-ci il təvəllüdlü İddiaçı vərəsə olaraq qaldığı göstərilmişdir. İşdə olan Qəbələ rayon İHB-nın Vəndam qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 255 nömrəli arayışında xx.xx.2004-cü il tarixdə vəfat etmiş X10 Vəndam qəsəbəsində yerləşən fərdi yaşayış evində miras qoyanla birgə yaşayan və mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə yaşamağa davam edən oğlu - 1965-ci il təvəllüdlü İddiaçı vərəsə olaraq qaldığı göstərilmişdir. İşdə olan Qəbələ rayonu Vəndam bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli, 13-M saylı arayışında Qəbələ rayonu AİK-nın xx xxxxxxx 1998-ci il tarixli, 19 saylı qərarı ilə X24 və X23 adlarına verilmiş şəhadətnamələrə əsasən (JN-1621 A) 0,25 ha, (JN-1621 B) 0,08 ha, (JN- 1621 C) 0,19 ha torpaq sahələrini və JN-1570 nömrəli Dövlət aktına əsasən 0,24 ha torpaq sahəsini valideynlərinin vəfat etdikləri tarixlərdən (xx.xx.2001-ci il tarixdə Seyfəddin Mrzalıyev və xx.xx.2004-cü il tarixdə Sənəm Mirzalıyeva) hal-hazıradək oğlu İddiaçı idarə, sahiblik və istifadə etdiyi, torpaq vergilərini vaxtında ödədiyi qeyd olunmuşdur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(025)-193/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı maraqlı şəxs Qəbələ rayon Qeydiyyat Şöbəsinə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbi ilə müraciət etmiş, ərizəsi təmin edilmişdir. Qətnamə ilə xx.xx.1957-ci il təvəllüdlü X8 xx.xx.1967-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qət edilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(025)-1348/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair məhkəməyə müraciət etmiş, ərizəsi təmin edilmişdir. Qətnamə ilə xx.xx.2004cü il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində vəfat etmiş X24 tərəfindən bütün əmlaklarını kiçik oğlu X18 vəsiyyət etdiyinə dair xx.xx.1999-cu il tarixdə verilmiş, Qəbələ rayon notariat kontorunda qeydə alınmış vəsiyyətnamənin İddiaçı məxsus olması hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi qət edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli çıxarışında X19 ilə X40 arasındakı nikahın akt qeydləri kitabında xx.xx.1987-ci il tarixdə 40 nömrə ilə qeydə alındığı göstərilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli çıxarışında X20 ilə X25 arasındakı nikahın, nikahın bağlanmasına dair akt qeydləri kitabında xx.xx.1985-ci il tarixdə 25 nömrə ilə qeydə alındığı göstərilmişdir. Nikahdan sonra Sara Mirzalıyeva ərinin soyadını qəbul etmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli çıxarışında X53 ilə X31 arasındakı nikahın, nikahın bağlanmasına dair akt qeydləri kitabında xx.xx.1974-cü il tarixdə 40 nömrə ilə qeydə alındığı göstərilmişdir. Nikahdan sonra Səkinə Bilalova ərinin soyadını qəbul etmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli çıxarışında X54 ilə X27 arasındakı nikahın, nikahın bağlanmasına dair akt qeydləri kitabında xx.xx.1968-ci il tarixdə 23 nömrə ilə qeydə alındığı göstərilmişdir. Nikahdan sonra Yasəmən Bilalova ərinin soyadını qəbul etmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli çıxarışında X41 ilə X42 arasındakı nikahın, nikahın bağlanmasına dair akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 103 nömrə ilə qeydə alındığı göstərilmişdir. Nikahdan sonra Lalə Mirzalıyeva ərinin soyadını qəbul etmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli çıxarışında X53 ilə X31 arasındakı nikahın, nikahın bağlanmasına dair akt qeydləri kitabında xx.xx.1974-cü il tarixdə 40 nömrə ilə qeydə alındığı göstərilmişdir. Nikahdan sonra Səkinə Bilalova ərinin soyadını qəbul etmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli arayışında X11 xx.xx.1950-ci il tarixdə Vəndam kəndində anadan olduğu göstərilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli arayışında Cavabdeh1 xx.xx.1951-ci il tarixdə Vəndam kəndində anadan olduğu göstərilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli arayışında X15 xx.xx.1952-ci il tarixdə Vəndam kəndinə anadan olduğu göstərilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli arayışında Bilalov Nəzir Seyfəddin oğlunun xx.xx.1955-ci il tarixdə Vəndam kədində anadan olduğu göstərilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli arayışında X6 xx.xx.1958-ci il tarixdə Vəndam kəndində anadan olduğu göstərilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli arayışında X6 xx.xx.2012-ci il tarixdə «mikrokard infarktı»ndan vəfat etdiyi göstərilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli arayışında X12 xx.xx.1963-cü il tarixdə Vəndam kəndində anadan olduğu göstərilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli arayışında Cavabdeh6 xx.xx.1985-ci il tarixdə Vəndam kəndində anadan olduğu göstərilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli arayışında X29 xx.xx.1990-cı il tarixdə Vəndam kəndində anadan olduğu göstərilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli çıxarışında X16 ilə X40 arasındakı nikahın pozulması barədə akt qeydləri kitabında xx.xx.2000-ci il tarixdə 16 nömrə ilə qeyd aparıldığı göstərilmişdir. İşdə olan olan Qəbələ Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin İddiaçı xx xxxxxxx 2020-ci il tarixdə ünvanladığı 1606 və 1607 nömrəli məktublarda xx.xx.2004-cü il tarixdə vəfat etmiş atası X9 qalmış miras payını qəbul etmək və miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli ərizəsinə baxıldığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1243 və 1322-ci maddələrinin tələbləri nəzərinə çatdırılmaqla qanunvericiliyin şərh olunmuş tələblərinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. İşdə olan ünvan 1ünvanda yaşayan Cavabdeh4 xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində o, atasından miras qalmış torpaq sahəsindən imtina etdiyini, anasından miras qalmış torpaq sahələrindən ona düşən payın bölünərək verilməsini tələb etdiyini bildirməklə, növbəti məhkəmə iclaslarının iştirakının olmadan keçirilməsini xahiş etmişdir. İşdə olan Cavabdeh7 xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində o, miras əmlakdan imtina etdiyini bildirməklə, növbəti məhkəmə iclaslarının iştirakının olmadan keçirilməsini xahiş etmişdir. İşdə olan Cavabdeh3 xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində o, vərəsə olaraq mirası qəbul etmədiyini və iddiaçının iddia tələbi ilə bağlı hər hansı bir tələbinin olmadığıı bildirmişdir. İşdə olan Cavabdeh5 xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində o, vərəsə olaraq mirası qəbul etmədiyini və iddiaçının iddia tələbi ilə bağlı hər hansı bir tələbinin olmadığıı bildirmişdir. İşdə olan Cavabdeh6 Seyfəddin qızının xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində o, miras əmlakdan imtina etdiyini bildirmişdir. İşdə olan Cavabdeh2 xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində o, miras əmlakdan iddiaçı qardaşı İddiaçı xeyrinə imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. 1170.1-ci maddəsinə görə, vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1170-ci maddəsinə əsasən, əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alır. 1171-ci maddəsinə əsasən, əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar. 1193-ci maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1274-cü maddəsinə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1282.1-ci maddəsinə əsasən, əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir : İşin halları ilə müəyyən olunur ki, JN-1621 A, kod 40600048 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» və Qəbələ rayonu X35 xx xxxxxxx 1998-ci il tarixli, 19 saylı qərarı ilə Qəbələ rayonu Vəndam kəndində X10 və X26 mülkiyyətinə 0,25 ha, JN-1621 c (kod 40600048) saylı şəhadətnamə ilə 0,19 ha və JN-1621 b (kod 40600048) saylı şəhadətnamə ilə 0,08 ha həyətyanı torpaq sahələri verilmişdir. Bundan başqa JN-1570, kod 40600048 saylı «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı» ilə Qəbələ rayonu Vəndam kəndində X10 və X26 mülkiyyətinə 0,24 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. X24 ilə X47 arasında xx.xx.1948-ci il tarixdə nikah bağlanmış və bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 18 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra Sənəm İsrəfilova ərinin soyadını qəbul etmişdir. X24 xx xxxxxx 2004-cü il tarixdə «mikrodakr infarktı»ndan, X38 xx xxxx 2001-cü il tarixdə «şiş infeksiyası»ndan vəfat etmişlər. X24 xx xxxxxx 1999-cu ildə Qəbələ rayon Dövlət Notariat Kontorunda 2V-1/101 reystr nömrəsi ilə qeydə alınmış vəsiyyətnamə ilə vəfat edəcəyi günə ona məxsus Vəndam kəndindəki mülkini yaşayış evlərini, digər bütün tikililəri və digər bütün əmlakını kiçik oğlu X18 (İddiaçı) vəsiyyət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ regional «Asan xidmət» mərkəzində Qeydiyyat şöbəsinin xx xxxx 2020-ci il tarixli 5/Q-63/69 nömrəli arayışında İddiaçı barədə «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlamanın xx.xx.2020-ci il tarixədək aparıldığı və aşağıdakı məlumatların aşkar edildiyi qeyd edilmişdir: 1. Atası - X24 xx.xx.2004-cü ildə vəfat etmişdir; 2. Anası - X38 xx.xx.2001-ci ildə vəfat etmişdir; 3. Qardaşı - X17 xx.xx.1957-ci ildə vəfat etmişdir; 4. Bacısı - Cavabdeh1 xx.xx.1961-ci il təvəlüdlü; 5.Bacısı - X25 xx.xx.1963-cü il təvəllüdlü; 6. Bacısı - X31 xx.xx.1952ci il təvəllüdlü; 7.Qardaşı - Cavabdeh4 xx.xx.1955-ci il təvəllüdlü; 8. Bacısı - X27 xx.xx.1950-ci il təvəllüdlü; 9. Qardaşı - X19 xx.xx.2012-ci ildə vəfat etmişdir. xx.xx.2001-ci il tarixdə vəfat etmiş X23 və xx.xx.2004-cü il tarixdə vəfat etmiş X10 Vəndam qəsəbəsində yerləşən fərdi yaşayış evində miras qoyanla birgə yaşayan və mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə yaşamağa davam edən oğlu - 1965-ci il təvəllüdlü İddiaçı vərəsə olaraq qaldığı Qəbələ rayon İHB-nın Vədam qəsəbə inzibati ərazi dairəsi üzrə nümayndəsinin xx.xx.2020-ci il tarixli, 255 və 256 nömrəli arayışlarında təsdiq olunmuşdur. Qəbələ rayonu Vəndam bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli, 13-M saylı arayışında isə Qəbələ rayonu AİK-nın xx xxxxxxx 1998-ci il tarixli, 19 saylı qərarı ilə X24 və X23 adlarına verilmiş şəhadətnamələrə əsasən (JN-1621 A) 0,25 ha, (JN-1621 B) 0,08 ha, (JN-1621 C) 0,19 ha torpaq sahələrini və JN-1570 nömrəli Dövlət aktına əsasən 0, 24 ha torpaq sahəsini valideynlərinin vəfat etdikləri tarixlərdən (xx.xx.2001-ci il tarixdə Seyfəddin Mrzalıyev və xx.xx.2004-cü il tarixdə Sənəm Mirzalıyeva) hal-hazıradək oğlu İddiaçı idarə, sahiblik və istifadə etdiyi, torpaq vergilərini vaxtında ödədiyi qeyd olunmuşdur. Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı mirası faktiki surətdə qəbul edərək şəriksiz (miras əmlakla bağlı) idarə etdikyini şəksiz nümayiş etdirir, miras əmlaka sabiblik etməyə və əmlakı idarə etməyə faktik olaraq valideynlərinin saglığında və ölümlərindən dərhal sonra başlamışdır. İşin qeyd olunan halını, iş üzrə tətərflər, yəni iddiaçının bacı və qardaşları bilirlər və bu barədə kifayət qədər məlumatlıdırlar. İddiaçı mirası faktiki qəbul etməklə qoruyub saxlamış, əsaslı tikinti və təmir işlərini həyata keçirmişdir. İddia tələbi üzrə bütün digər cavabdehlər isə miras qoyan valideynlərinin ölümündən xeyli əvvəllərdən valideynlərinə məxsus evdən və təsərrüfatdan ayrılmaqla daimi yaşamaq üçün başqa təsərrüfatlara və yaşayış məntəqələrinə köçmüş, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdikləri barədə ərizə verməmiş, miras əmlaka sahiblik etməyə və əmlakları faktiki idarə etməyə başlamamış, mirası qəbul etməmiş, mirasla hər hansı daimi əlaqələri olmamış, yəni qanunla müəyyən edilmiş qaydada, formada və müddətdə miras əmlaklarını qəbul etməmişlər. Onların heç biri miras əmlaklarda yaşamamış, həmin əmlaklarla bağlı hər hansı bir hərəkətləri olmamış və mirasın qorunub saxlanmasında, yararlı vəziyyətə gətirilməsində iştirakları olmamışdır. İşin qeyd olunan hallarını və işdə olan sübutları, eləcə də cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 mirasdan imtinaları barədə ərizələrini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının valideynlərindən miras qalmış Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən, JN-1621 A saylı şəhadətnamə üzrə 0,25 hektar, JN-1621 C saylı şəhadətnamə üzrə 0,19 ha və JN-1621 B saylı şəhadətnamə üzrə 0,08 ha həyətyanı torpaq sahələri, eləcə də JN-1570 saylı dövlət aktı üzrə 0,24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanun üzrə, həmçinin vəsiyyət üzrə birinci dərəcəli vərəsə kimi İddiaçı tərəfindən miras əmlak olaraq faktiki qəbul edilməsi hissəsində iddia tələbi təmin edilməlidir. Bu həm də qanun üzrə vərəsəliklə pay almaq hüququna malik vərəsələrin qanunla qorunan mənafelərinə xələl yetirmir (huquqlarını məhdudlaşdırmır və ya pozmur) və məhkəmənin qənaətinə görə mübahisənin bu qaydada həlli qanuni olmaqla onların qanunla qorunan mənafelərinə zidd deyil, uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 178.1-ci maddəsinə görə isə daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İddiaçı xx xxxxxx 1999-cu ildə Qəbələ rayon Dövlət Notariat Kontorunda 2V-1/101 reystr nömrəsi ilə qeydə alınmış mərhum atası - X10 vəsiyyətnaməsi ilə, eləcə də qanun üzrə vərəsəliklə Vəndam kəndindəki 0,25 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 93,8 kv.m olan 3 otaqlı və ümumi sahəsi 57,26 kv.m olan 2 otaqlı yaşayış evlərinin birinci dərəcəli vərəsə kimi onun tərəfindən faktik qəbul edilməsinin müəyyən olunması barədə tələb irəli sürsə də, həmin evlərin mərhum valideynlərinin xüsusi mülkiyyətində olmuş miras əmlak olmasına dair hüquqmüəyyənedici (mülkiyyətin məxsusluğuna və statusuna dair) sübutları onda olmaması səbəbindən məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə yuxarıda şərh olunanları, qanunvericiliyin sadalanan müddəalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi xx xxxxxx 1999-cu ildə Qəbələ rayon Dövlət Notariat Kontorunda 2V-1/101 reystr nömrəsi ilə qeydə alınmış, mərhum X10 vəsiyyətnamə ilə, eləcə də qanun üzrə vərəsəliklə Vəndam kəndindəki 0,25 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 93,8 kv.m olan 3 otaqlı və ümumi sahəsi 57,26 kv.m olan 2 otaqlı yaşayış evlərinin hüquqmüəyyənedici sənədləri olmadığından və həmin əmlaklar vərəsəlik kütləsinə daxil edilmədiyindən birinci dərəcəli vərəsə kimi onun tərəfindən faktik qəbul edilməsinin müəyyən olunması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Onu da nəzərə almaq lazımdır ki, MPM-nin 106.3-cü maddəsinin tələbinə görə, tərəfin tələb və etirazlarının əsaslandırıldığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, X2 xx.xx.2001-ci ildə, X2 xx.xx.2001-ci ildə, mərhum X13 isə xx.xx.2004-cü ildə miras qalmış əmlakların, yəni Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən JN-1621A (kod:40600048), JN-1621C (kod:40600048), JN-1621B «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrə əsasən verilmiş 0,25 ha, 0,19 ha və 0,08 ha həyətyanı torpaq sahələrinin, JN-1570 (kod: 40600048) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən verilmiş 0,24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanun üzrə birinci növbəli vərəsə kimi, həmçinin də vəsiyyət üzrə vərəsə kimi İddiaçı tərəfindən miras əmlaklar olaraq faktiki qəbul edilməsi müəyyən edilsin və həmin miras əmlaklar üzərində vərəsəlik hüququ tanınmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi :

İddia qismən təmin edilsin. X2 xx.xx.2001-ci ildə, mərhum X13 isə xx.xx.2004-cü ildə miras qalmış əmlakların, yəni Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən JN-1621A (kod:40600048), JN-1621C (kod:40600048), JN-1621B «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrə əsasən verilmiş 0,25 ha, 0,19 ha və 0,08 ha həyətyanı torpaq sahələrinin, JN-1570 (kod: 40600048) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən verilmiş 0,24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanun üzrə birinci növbəli vərəsə kimi, həmçinin də vəsiyyət üzrə vərəsə kimi İddiaçı tərəfindən miras əmlaklar olaraq faktiki qəbul edilməsi müəyyən edilsin və həmin miras əmlaklar üzərində vərəsəlik hüququ tanınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar