Məhkəmə qərarları › İş №2(025)-810/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-810/2020

17.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-810/2020 17.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 19 saylı qərarı ilə X9, X2, X6 və X3 adına verilmiş JN-181 saylı kodu 40604028 olan Dövlət aktının və JN-176 A saylı Torpaq şəhadətnaməsinin ona məxsus olması hüquq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon AİK-in xx.xx.1997-ci il tarixli, 19 saylı qərarı ilə verilmiş JN-181 saylı kodu 40604028 olan Dövlət aktında və JN-176 A saylı Torpaq şəhadətnamədə hüquq sahiblərinin adları siyahısında 4-cü sırada texniki səhv olaraq İlham əvəzinə “Nəbi” kimi göstərilmişdir. Ailə üzvlərinin paylı mülkiyyətində olan JN-181 saylı Dövlət aktı üzrə 2,45 ha, JN-176 A saylı torpaq şəhadətnaməsi üzrə 0,15 ha torpaq sahələrində paylarının müəyyən edilməsi və hər bir payçının adına rəsmiləşdirilməsi üçün sənədləşmə əməliyyatı aparmaq üçün reyestr xidmətinə müraciət edərkən hüquq sahiblərinin adları siyahısında 4-cü sırada adının texniki səhv olaraq İlham əvəzinə “Nəbi” kimi qeyd edilmişdir. Onun həqiqi adı Ərizəçidur. AZE 0******* saylı şəxsiyyət vəsiqəsində adı İlham kimi yazılmaqla düzgün qeyd edilmişdir. xx.xx.2006-cı il tarixdə Qəbələ rayonu Hacallı kənd X1 tərəfindən verilmiş AZ-1 838950 saylı doğum haqqında şəhadətnamədə də adı düzgün olaraq İlham kimi qeyd edilmişdir. Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, dövlət aktının və şəhadətnamənin ona məxsus olmasının müəyyən edilməsi, ona mülkiyyət hüquqlarını həyata keçirmək və həmin torpaq sahələrinə dair çıxarış almaq üçün lazımdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, işdə olan JN – 181 (kod:40604028) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 19 nömrəli qərarına əsasən, X9, X2, X6 və X3 birgə mülkiyyətinə mülkiyyətinə Qəbələ rayonu Böyük Əmilli kəndində 2,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN – 176 (kod:40604028) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 19 nömrəli qərarına əsasən, X9, X2, X6 və X3 birgə mülkiyyətinə mülkiyyətinə Qəbələ rayonu Böyük Əmilli kəndində 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayonu Hacallı kənd inzibati idarəsi tərəfindən verilmiş xx xxxxxxx 2006ci il tarixli, AZ-İ seriyalı, 838950 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1996-ci ildə Qəbələ rayonu Böyük Əmilli kəndində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin Ərizəçi ünvanlanmış xx xxxx 2020-ci il tarixli **********99 nömrəli məktubundan görünür ki, JN-181 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Böyük Əmilli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 136 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonu Böyük Əmilli kəndində yaşayır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1996-ci il tarixdə Qəbələ rayonu Böyük Əmilli kəndində doğulmuş, Qəbələ rayonu Böyük Əmilli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 19 nömrəli qərarlarına əsasən X9, X2, X6 və X3 birgə mülkiyyətinə 2,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini verilməsini təsdiq edən JN – 181 nömrəli (kod:40604028) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında və 0,15 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN – 176A nömrəli (kod:40604028) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi ata adı səhvən «Nəbi» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıq aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması mümkün olmamışdır. Ona görə də məhkəmə ərizəni həmin hissədə əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Lakin ərizədə JN – 181 nömrəli (kod:40604028) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı və JN – 176A nömrəli (kod:40604028) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə adları qeyd olunan hüquq sahiblərindən X9, X2 və X4 da məxsusluğu barədə tələb qoyulmadığından məhkəmə hesab edir ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 19 nömrəli qərarlarına əsasən verilmiş JN – 181 nömrəli (kod:40604028) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının və JN – 176A nömrəli (kod:40604028) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi aid olan hissəsinin Ərizəçi məxsus olmasına dair hüquqi faktı müəyyən edilməlidir. Bu səbəbdən məhkəmə ərizəni həmin hissədə təmin etməməyi əsaslı və qanuni hesab edir. Qalan hissədə ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə qismən təmin edilsin. Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 19 nömrəli qərarlarına əsasən X9, X2, X6 və X3 birgə mülkiyyətinə 2,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini verilməsini təsdiq edən JN – 181 nömrəli (kod:40604028) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının və 0,15 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN – 176A nömrəli (kod:40604028) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi aid hissədə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar